Muğam müsabiqəsinin 12 yaşlı
mükafatçısı
“Mirpaşanın səsi işğal olunmuş Ağdamın harayı, fəryadıdır”
Mirpaşa Şükürov 2001-ci ildə
Bakıda anadan olub. O, Bakıdakı 32 nömrəli Ağdam şəhər tam orta məktəbinin VII sinfində
təhsil alır. Ağdam şəhər Cabbar Qaryağdıoğlu
adına I nömrəli
Uşaq Musiqi Məktəbinin V sinfini bitirib. İlk muğam müəllimi Barat Fərhadov
olub. Hazırda xalq artisti Mənsum İbrahimovun şagirdidir.
2012-ci ildə adı
Azərbaycanın gənc
istedadlarının "Qızıl
kitabı"na daxil olunub və
Azərbaycan Respublikası
Prezidentinin xüsusi aylıq təqaüdünə
layiq görülüb.
Dəfələrlə festival və müsabiqələrdə iştirak
edərək birincilik
qazanıb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan
Mədəniyyət Fondunun
layihəsi, Azərbaycan
Televiziyasının, Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə üç ay davam edən "Muğam televiziya
müsabiqəsi-2013"-ün final mərhələsi artıq
başa çatıb.
Tədbirdə Azərbaycan
muğam sənətinin
qorunub saxlanılmasında, təbliğində
və inkişaf etdirilməsində
Azərbaycanın birinci
xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri xüsusi vurğulanıb. Qeyd olunub ki, muğam sənəti sahəsində yeni istedadların üzə çıxarılmasında Heydər
Əliyev Fondunun böyük rolu, diqqət və qayğısı olub.
Təsadüfi deyildir
ki, bu milli
musiqinin bəşəri
əhəmiyyətini nəzərə
alan YUNESKO 2003-cü ildə onu bəşəriyyətin şah əsərlərindən biri
elan edib.
Bəli, avqustun
6-da Beynəlxalq
Muğam Mərkəzində start verilən "Muğam televiziya müsabiqəsi-2013" Azərbaycan Televiziyası və Radiosu, eləcə də "Mədəniyyət" kanalı
ilə canlı yayımlandı və bu, muğamsevərlər üçün əsl ərmağan oldu. Bu gənclər müxtəlif
rayon və şəhərlərdə
aparılan dinləmələrdə
yaşıdlarından seçilən
istedad sahibləridirlər.
Onlardan 14 nəfərə diplomlar
təqdim olunub. Münsiflər heyətinin
yekdil qərarı ilə Sərxan Bünyadzadə birinci, Xətai Hacıyev, Zümrüd Məmmədova
ikinci, Ramiq Bayramov, Gülnar Qüdrətli və Babək Quliyev isə üçüncü yerləri bölüşdülər. "
Muğam televiziya
müsabiqəsi-2013"-ün 12 yaşlı iştirakçısı
Mirpaşa Şükürov
yarışmanın ən
yüksək mükafatına
"Qran-Pri"yə layiq
görüldü. Bu mötəbər
müsabiqə haqqında
təəssüratlarını bölüşmək üçün
yaşca ən gənc
iştirakçı olan
Mirpaşa ilə görüşüb söhbətləşdik.
- Mirpaşa, necə oldu ki, muğam
sənətini seçdin?
Ailənizdə musiqi ilə
məşğul olan olubmu?
- Xeyr. 2-ci sinifdə
oxuyurdum, məktəbimizə istedadlı
uşaqların üzə
çıxarılması ilə
məşğul olan komissiya gəlmişdi. Mən onlara tar musiqi aləti ilə məşğul olmaq arzusunda olduğumu bildirdim. Amma nədənsə səsimi,
oxumaq qabiliyyətimi də yoxladılar və xoşlarına gəldiyinə görə
məni Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına 1 nömrəli
Uşaq Musiqi Məktəbinə göndərdilər.
İkinci sualınıza gəlincə
isə kiçik qardaşım Kamal tar sinfinə gedir. Evdəki məşqlərimi
mən onun müşayiəti ilə edirəm.
- Yəqin
ki, xarici səfərlərin də
çox olub?
- 2012-ci ildə
Muğam Mərkəzində
7 dövlətdən gələn
uşaqların arasında
mən Azərbaycanı
təmsil edirdim. Həmin müsabiqədə "Qran-Pri" mükafatına layiq görüldüm.
Bir çox festival və müsabiqələrdə-
Fransada, İtaliyada, Almaniyada, Amerikada müəllimim Mənsum
İbrahimovla bir yerdə olmuşam. Həmişə də rəğbətlə
qarşılanmışam. Yay Olimpiya Oyunları
idmançılara dəstək
Proqramı çərçivəsində
Londonda konsert proqramında iştirak etmişəm. Məni alqışlayanlar
arasında ölkə
rəhbəri İlham
Əliyev, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da var idi.
- Muğam müsabiqəsində
hansı hissləri keçirirdin?
- Səhnədə münsiflər
heyətinin qarşısında
oxumaq həm şərəfli, həm də məsuliyyətli bir işdir.
Artıq ənənəyə
çevrilən dördüncü
muğam televiziya müsabiqəsində münsiflər
heyəti həmişə
olduğu kimi peşəkarlardan ibarət
idi. Birinci dəfə idi ki, belə görkəmli
sənətkarların qarşısında
çıxış edirdim.
Böyük ümidlərlə
getmişdim. Bütün uşaqlar gözəl
oxuyurdular, mən də bacardığımı
etdim.
- Son yarışmada qazandığın
qələbə sevincini
ilk dəfə kiminlə
bölüşdün?
- İlk dəfə
sevincimi pərdə arxasında dayanan atamla və təbii olaraq sevimli ustadım Mənsum müəllimlə bölüşdüm.
- Hər çıxışında
xalq artisti Arif Babayev sənə
ən yüksək bal "qızıl onluq" verirdi, sənin ağır seyid olduğunu da vurğulayırdı. Ən çox
səsinə arxalanırdın,
yoxsa cəddinə?
- Sözsüz ki,
səsimə, ancaq cəddimi də köməyə çağırmağı
unutmurdum (gülümsəyir).
Mən bütün qələbələrimə görə xalq artisti, ustadım Mənsum İbrahimova borcluyam.
- Məşqlərə çox vaxt ayırırsan, bu, dərslərinə mane olmur
ki?
- Əsla yox, mən dərs
əlaçısıyam. Sinif rəhbərim Natella İsmayılovaya və məktəbin direktoru Ülviyyə Hacıyevaya minnətdarlığımı
bildirirəm ki, mənə bu müqəddəs sənətə yiyələnmək
üçün şərait
yaradıblar.
- Bəs, gələcək
planların?
- Arzum Milli
Konservatoriyaya
daxil olmaq, muğam sənətini inkişaf etdirməkdir.
Mirpaşanın müəllimi,
ustad xanəndə, xalq artisti Mənsum
İbrahimov da onun
haqqında ürəkdolusu
danışdı. Dedi
ki,
o, fitri istedad
sahibidir. Mirpaşanın parlaq gələcəyi
var. 9 yaşından onunla
məşğul olur.
10 ölkədə dövlət tədbirlərində
iştirak edib. Az yaşı olmasına baxmayaraq, bütün
tapşırıqları vaxtlı-vaxtında
yerinə yetirir.
Mənsum
müəllim dərindən
köks ötürərək
onu da vurğuladı
ki, Mirpaşanın səsi işğal olunmuş Ağdamın harayı, fəryadıdır.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2013.- 6 dekabr.- S.10.