Məktəb-lisey
kompleksində alman
dilinin tədrisi genişləndirilir
BSU-nun nəzdindəki məktəb-lisey
kompleksində alman dili
mərkəzi fəaliyyət göstərir. Mərkəzin
məqsədi burada tədris olunan alman dilinin
azərbaycanlı məktəblilərə dərindən mənimsədilməsinə
nail olmaqdan, alman dili tədris olunan sinifləri lazımi dərslik və tədris
vəsaitləri ilə təchiz etməkdən ibarətdir.
Almaniyalı mütəxəssis Hiltrut Elbert Fano ilə
bağlanmış müqavilə əsasında kompleksin alman dili müəllimlərinə lazımi metodik dəstək verilir.
Cari tədris ilindən alman dilinin tədrisinin genişləndirilməsi, pedaqoji kadrların səviyyəsinin yüksəldilməsi,
şagirdlərə praktik
danışıq vərdişlərinin aşılanması məqsədilə
xarici dil dərslərinə
qoyulan tələb və
yanaşmaların yenidən nəzərdən keçirilməsi
istiqamətində alman dili mərkəzi konkret iş planını
yerinə yetirməkdədir. Oktyabr
ayında kompleksdə təşkil olunan alman dili üzrə
"açıq dərs"lərdə Cənubi Qafqaz üzrə koordinator
Angela Şmidt də iştirak edib.
"Açıq dərs"lərin müzakirələrindən
sonra qonaq kompleksin rəhbərliyi və müəllimlərlə
görüşüb. Görüşdə
kompleksdə alman dilinin
tədrisi perspektivləri müzakirə edilib.
Sonra qonaq və müəllimlər
BSU-nun Humbolt adına alman dili və mədəniyyəti
mərkəzində olublar. Alman həmkarlara universitet
haqqında və alman dilinin
öyrədilməsi istiqamətində həyata keçirilən
layihələr haqqında məlumat verilib.
Məktəb-lisey kompleksinin şagirdləri bir
sıra Bakı məktəbliləri ilə yanaşı,
payız tətili günlərində kirxada
keçirilən ənənəvi "alman
dili gecəsi"ndə də maraqlı proqramla çıxış ediblər.
Noyabrın
25-də isə Azərbaycanda fəaliyyət göstərən
Almaniya səfirliyinin əməkdaşı,
səfirin müavini Volfqanq
Mössinger BSU-nun məktəb-lisey
kompleksində olub və məktəb rəhbərliyi
ilə görüşüb, burada alman dilinin
dərindən tədrisi və kompleksin
DSD məktəb statusu ala
bilmə imkanlarını
öyrənib. Sonra bu
məsələ hərtərəfli müzakirə edilib. Kompleksin direktoru, professor
Telman Cəfərov bu
məsələnin universitetin rektoru, AMEA-nın müxbir
üzvü, professor Kamal Abdullayev tərəfindən
müsbət qarşılandığını, səfir müavini isə kompleksdə alman
dilinin dərindən öyrədilməsi
imkanlarının genişləndirilməsi xahişi
ilə Azərbaycan Respublikasının Təhsil
Nazirliyinə müraciət ediləcəyini bildirib.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.- 2013.- 6 dekabr.- S.8.