Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2013-cü il 18 oktyabr tarixli 307 nömrəli
qərarının icrasının təmin edilməsi
barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
"Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77 nömrəli qərarı ilə
təsdiq edilmiş "İlk
peşə-ixtisas təhsili pilləsinin
dövlət standartı və proqramı (kurikulum)"nda dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 oktyabr tarixli 307 nömrəli
qərarının
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Təhsil Nazirliyi
haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər
tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 oktyabr tarixli 307 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin.
2. Texniki-peşə təhsili şöbəsi (N.Məmmədov) ilk peşə-ixtisas təhsili müəssisələrində qrupların komplektləşdirilməsini qərarın tələbinə uyğun olaraq təmin etsin.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin "Azərbaycan müəllimi" qəzetində, "Sənətkar" jurnalında dərc olunmasını və çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
4. Əmrin icrasına
nəzarət təhsil nazirinin müavini Ceyhun Bayramova həvalə edilsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
9 dekabr 2013-cü il
Azərbaycan
müəllimi.- 2013.- 13 dekabr.- S.2.