Bakı Pedaqoji
Kadrların İxtisasartırma
və
Yenidənhazırlanma İnstitutunda Heydər
Əliyevin xatirəsinə
həsr olunmuş tədbir
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin vəfatının
10 ili tamam
oldu
Dekabrın
10-da Bakı Pedaqoji Kadrların İxtisasartırma
və Yenidənhazırlanma
İnstitutunda Azərbaycan
xalqının ümummilli
lideri Heydər Əliyevin xatirəsinə
həsr olunmuş tədbir keçirildi. Tədbirdə institutun rəhbərliyi,
professor-müəllim heyəti,
müdavimlər, tələbələr,
təhsil ictimaiyyətinin
və KİV-in nümayəndələri
iştirak edirdilər.
Tədbir iştirakçıları
institutun Heydər Əliyev muzey-lektoriyası
ilə tanış
olduqdan sonra ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İnstitutun
rektoru, professor Asəf Zamanov tədbiri giriş nitqi ilə açaraq bildirdi ki, Azərbaycan xalqının tarixində
və taleyüklü
məsələlərinin həllində
müstəsna xidmətləri
olan böyük şəxsiyyətlər, görkəmli
siyasət və dövlət xadimləri çox olmuşdur. Onlar gördükləri böyük
işləri və əməlləri ilə yadda qalmışlar.
Belə tarixi şəxsiyyətlər
sırasında Azərbaycan
xalqının böyük
oğlu, ümummilli lider, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər
Əliyevin xüsusi rolu var. Dövlət
xadimlərindən ancaq
bu dahi şəxsiyyət
milli lider səviyyəsinə yüksəlmişdir.
Ulu öndər milli liderliklə siyasi liderlik keyfiyyətlərini
ehtiva etməklə, fəaliyyət göstərdiyi
bütün sahələrdə
də özünü
əsl lider kimi təsdiq etmişdir. Natiq onu da qeyd
etdi ki, bu dahi insan tarixi
yazan və yaradan, onu yönəltməyi
bacaran nadir şəxsiyyətlərdən
idi. Təsadüfi deyil ki, onun həyata keçirdiyi islahatlar, irəli sürdüyü
problemlər, qəbul
etdiyi qərarlar, söylədiyi fikirlər
öz aktuallığı
və obyektivliyi baxımından ölçülüb
biçildiyindən ətrafdakıları
heyrətləndirmiş, ona
siyasət aləminin patriarxı adını qazandırmışdır. Həmin uğurlu siyasətin məntiqi nəticəsidir ki, Azərbaycan 2011-ci ildə
BMT-nin Təhlükəsizlik
Şurasının 15 üzvündən
biri seçilmiş,
2013-cü ildə dünyanın
kosmos ölkələri
sırasına daxil olmuşdur.
Sonra
professor Asəf Zamanov
"Heydər Əliyev
və yüksək ixtisaslı kadrların hazırlanması" mövzusunda
məruzə etdi. O qeyd etdi ki, ümummilli
lider Heydər Əliyev müstəqil Azərbaycanda elmin, təhsilin inkişafına
daim xüsusi diqqət yetirmiş, elmi elitanın formalaşmasında müstəsna
xidmət göstərmişdir.
Bu siyasət hazırda
Azərbaycan Respublikasının
Prezidenti möhtərəm
İlham Əliyev cənabları tərəfindən
uğurla davam etdirilir.
Heydər
Əliyev hakimiyyətdə
olduğu bütün
dövrlərdə Azərbaycan
xalqının xoşbəxt
gələcəyi haqqında
düşünərək, ölkədə intellektual
potensialın formalaşması
üçün bilikli
və savadlı kadrların hazırlanmasına
şərait yaradırdı. Əgər 1969-cu ildə
SSRİ-nin aparıcı
ali məktəblərinə
təhsil almağa göndərilən gənclərin
sayı 50 nəfər
idisə, 1981-ci ildə
Azərbaycan ali məktəblərinin yuxarı
kurs tələbələrini,
aspirant və doktorantlarını
da nəzərə alsaq, onların sayı 1500-ə çatırdı.
Bütün bunlar ulu öndərin uzaqgörən
siyasəti, güclü
iradəsi, möhkəm
əzmi sayəsində
həyata keçirilirdi.
Məhz həmin uğurlu siyasətin nəticəsidir
ki, bu gün
Azərbaycanda yüksək
intellektual potensial formalaşmış, nüfuzlu
elmi məktəblər
yaradılmışdır.
Tədbirdə BPKİYİ-nin Azərbaycan dili və ədəbiyyatı
kafedrasının müdiri,
filologiya elmləri doktoru Aydın Paşayev "Heydər Əliyev və Azərbaycan dili", pedaqogika kafedrasının
müdiri Fikrət Əliyev "Heydər Əliyev və gənc nəslin tərbiyəsi" mövzularında
məruzələrlə çıxış
edərək ulu öndərin dövlətimiz
və dövlətçiliyimiz
uğrunda qurub yaratdığı müasir
Azərbaycanın parlaq
uğurlarından söz
açdılar.
Tədbirdə
institutun Gənclər
Təşkilatının üzvləri
də çıxış
etdilər. Onlar gənclərin
milli mənəvi tərbiyəsində Heydər
Əliyev irsinin böyük bir məktəb olduğunu vurğuladılar.
Tədbir Heydər
Əliyevin xatirəsinə
həsr olunmuş
"Ata yolu" sənədli
filminin nümayişi
ilə başa çatdı.
Sevinc
QULİYEVA,
BPKİYİ-nin mətbuat katibi
Azərbaycan müəllimi.-
2013.- 13 dekabr.- S.5.