Harvard Universitetində Azərbaycanın
sürətli inkişafı misal gətiriləndə
xoş hisslər yaşayıram
Xaricdə
təhsil alan tələbələrimiz
Bəhruz Balayev 1983-cü ildə Lənkəran səhərində anadan olub. 2001-ci ildə Bakıdakı Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbi fərqlənma attestatı ilə bitirib. Elə həmin il yüksək balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunub. Akademiyanı bitirdikdən sonra 2005-ci ildə ABS-ın Florida statındakı St.Tomas Universitetinin hüquq fakültəsinin mağistr bölməsinə qəbul olunub. 2012 -ci ildə həmin universitetdə hüquq elmləri doktoru dərəcəsi alıb. Uzun illər beynəlxalq təskilatlarda çalışıb. 2013-cü ildən etibarən Harvard Universitetində Edvard S. Mason proqramı üzrə təhsilini davam etdirir və eyni zamanda dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnir.
Orta məktəb illərində çox aktiv şagird olmuşam. Qiymətlərim
hər zaman əla olub. 1999-cu ildə IX sinifdə oxuyarkən
Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə qardaşlaşmış
məktəblər pilot proqramında istirak etmiş, şagird mübadiləsi çərçivəsində
ABS-a göndərilmişəm. Müxtəlif fənn olimpiadalarında iştirak edərək təhsil
aldığım məktəbi
təmsil etmişəm.
"2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2013-2014-cü tədris ili üçün tələbələrin
seçim prosesi çox səffaf və səmərəli həyata
keçdi. Uzun illər ABS-da təhsil
aldığım zaman şahidi olduğum və Qərb ölkələrində
rast gəldiyim müsahibə metodlarından istifadə
olunmasını alqışlayıram. Qeyd edim ki, xarici
ölkədən baxdıqda son dövrdə
Azərbaycan təhsilinin nəzərəçarpacaq dərəcədə inkişaf etdiyini görə
bilərik. Təhsil Nazirliyi tərəfindən
aparılan islahatlar, müsbət dəyişikliklər
bu inkişafın davamlı olacağına ümid yaradır. Azərbaycan mətbuatını
daim izləyirəm və təhsil
sistemimizdə baş verən dəyişiklikləri alqışlayıram. Bu il böyük
sayda Azərbaycan gəncinin "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
xaricə göndərilməsini, məncə, ölkəmizin
uğurlu investisiyalarından biri kimi qiymətləndirmək
olar. Hər
bir ölkənin gələcək inkişafı onun
istedadlı kadrlara malik
olması və onların təhsil səviyyəsindən
asılıdır.
Qeyd edim ki,
əsası 1636-cı ildə qoyulmuş Harvard Universiteti
ABŞ-ın ən qədim ali təhsil
ocağıdır. Universitetin kampusu Massaçusets ştatının Kembric şəhərində yerləşir. Burada 2300 müəllim fəaliyyət göstərir.
Onların arasında 43 Nobel
mükafatı laureatı var. Dünya elminə ən çox
Nobel mükafatı laureatı bəxş
edən universitet də Harvarddır.
Tələbə həyatım
çox maraqlı və intensivdir. Əsasən dərslərimlə məşğulam. Müxtəlif sahələrdə
apardığım araşdırmalarım və müxtəlif səmərəli
görüşlər dövlət idarəçiliyi sahəsində
yeniliklərlə tanış olmağa
şərait yaradır. Tələbə
həyatımın çox hissəsi kitabxanada və ya birlikdə
təhsil aldığım gənclərin əhatəsində
keçir. Boş
vaxtlarımı üzgüçülüklə və Çarlz
çayı boyunca velosiped
idmanı ilə məşğul olmaq, kitab oxumaqla keçirirəm. Asudə vaxtlarımda
çalışıram ki, Harvard Universitetinin verdiyi ən dəyərli
imkanlardan biri olan, maraqlandığım sahələr
üzrə ekspertlər səbəkəsini
inkişaf etdirim. Bununla yanaşı, ailəmə da vaxt ayırmağı
özümə borc bilirəm. Azərbaycan
mətbəxini anamdan öyrənmişəm və xarici
yoldaşlarımı tez-tez qonaq dəvət etməyi və şam yeməyi zamanı səmərəli
danışıqlar aparmağı xoşlayıram.
Hazırda
yaşadığım Boston şəhəri Massaçusets
ştatının
paytaxtıdır və Amerika tarixinin yazıldığı şəhərlərdən
biridir. Tarixdən məlum olan
məşhur Boston
çay dəsgahı da
burada baş vermişdir. Şəhərin tarixiliyi,
özünəməxsusluğu, Avropa
sayağı arxitekturası insanı valeh
edir. Havası Bakıdan soyuqdur
və qış aylarında adətən qar
ilə örtülür. Şəhər
boyu keçən Çarlz
çayının ətrafi çox
gözəl və sonu görünməyən
bir parkdır. Bostonun
kənarında yerləşən Kembric
şəhəri Harvard Universiteti
tələbələrinin sevimli məkanıdır.
Amerikadakı Azərbaycan
diasporası ilə sıx əlaqələrimiz var. Bostonda Azərbaycan
diasporası qonaqpərvərliyi ilə seçilir.
Tez-tez Nyu-Yorka səfər edirəm və yaxından
tanıdığım Tomris Azəri xanımla (Amerika
Azərbaycanlıları Cəmiyyətinin sədri) görüşür, Nyu-Yorkda
Azərbaycan diasporasının təşkil etdiyi
yığıncaqlarda və Dağlıq Qarabağ problemi barədə əsl həqiqətlərin
dünya ictimaiyyətinə
çatdırılmasına həsr olunmuş
aksiyalarda iştirak
edirəm.
Qeyd edim ki, ABŞ-a ilk dəfə
gəldiyim 1999-cu ildən bəri yerli əhalinin
nə dərəcədə Azərbaycanı
tanımalarında və bizim
diasporanın bir araya
gəlməsində müsbət tendensiyaların
olmasının şahidi olmuşam. Tez-tez Harvard Universitetində keçilən müxtəlif
dərslərdə Azərbaycanın inkişaf
sürətinin misal gətirilməsini
gördükdə xoş hisslər
yaşayıram.
Harvardda dərslər çox
maraqlı keçir, dünya
üzrə tanınmış professorların
çıxışları isə
qiymətsizdir. Universitetin tarixi
və ənənələri bu gün nəinki tələbələri, hətta
başqa ölkələrdən gələn
turistləri də cəlb edir. Universitet rəsmi olaraq turist məkanı sayılır. Müxtəlif dövlət
başçıları, nazirlər, beynəlxalq təşkilatların
başçıları və
məşhur alimlərlə
universitetdə tez-tez
görüşlər keçirilir. İxtisasım idarəçiliyin
səmərəliliyini artırmaq, inkişaf
yollarının axtarılması, dövlət və ictimai xadimlərin təcrübəsinin
öyrənilməsindən ibarətdir.
Gələcəkdə
xalqımıza xidmət etmək və Azərbaycanın daha da inkişafı naminə
səmərəli fəaliyyətlə məşğul olmağı
planlaşdırıram.
Bəhruz
BALAYEV,
Harvard Universitetinin tələbəsi
Azərbaycan
müəllimi.- 2013.- 13 dekabr.- S.10.