"Həyatının
təhlükəsizliyi sənin öz əlindədir"
Bu
günlərdə Ağcabədi rayonunun
Hacıbədəlli kənd orta məktəbində
Fövqəladə Hallar Nazirliyinin
(FHN) Qarabağ Regional
Mərkəzi tərəfindən
"Həyatının təhlükəsizliyi sənin öz əlindədir" adlı maarifləndirmə
tədbiri keçirilib.
Tədbirin
məqsədi şagirdlərin fərdi təhlükəsizlik
sahəsində biliklərini təkmilləşdirmək,
onları təbii və texnogen xarakterli fövqəladə hadisələr
zamanı düzgün davranış
qaydaları ilə tanış etmək, həmçinin təhsil
müəssisələrində, məişətdə müvafiq təhlükəsizlik vərdişləri
aşılamaqdır.
Məktəb
kollektivinin iştirak etdiyi tədbirdə FHN-nin
əməkdaşları təmsil etdikləri qurumun
fəaliyyəti, regional mərkəzin iş prinsipləri və maddi-texniki
bazası haqqında geniş məlumat
veriblər. Çıxış edənlər fövqəladə
hallar zamanı davranış qaydaları,
yanğın təhlükəsizliyi, dəm qazından qorunmaq və
dəm qazı ilə zəhərlənmə zamanı ilkin yardım, regionda ehtimal edilən fövqəladə hallar, "112" qaynar telefon xəttinin əhəmiyyəti və digər
məsələlər barədə də ətraflı
danışıblar. Məktəb kollektivinə həmçinin
zəlzələ, tufan, qasırğa
zamanı və radioaktiv maddələrlə
çirklənmiş ərazidə davranış qaydaları
əyani vəsaitlərin köməyi ilə izah
olunub.
Tədbirdə sonra şərti dəm qazı ilə zəhərlənmiş
şəxsə ilkin tibbi
yardım qaydaları əyani şəkildə göstərilib,
bununla bağlı videoçarx
nümayiş etdirilib.
Sonda məktəblilərə "FHN Qarabağ Regional Mərkəzi
xəbərdarlıq edir: Dəm qazı təhlükəsindən
uzaq olun!" adlı
bukletlər paylanılıb və mütəxəssislər tərəfindən
onları maraqlandıran suallar
cavablandırılıb.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.- 2013.- 20 dekabr.- S.13.