Elektron lövhə və planşetlərlə
təmin olunmuş sinfin açılışı olub
Dekabrın 13-də
132-134 nömrəli təhsil kompleksində Təhsil Nazirliyi və "Samsung Electronics" şirkətinin dəstəyi ilə
"Samsung Smart School" proqramı çərçivəsində
elektron lövhə və planşetlərlə
təmin olunmuş sinfin
açılış mərasimi keçirilib.
Açılış
mərasimində Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov, Koreyanın
Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Çoi Suk-in,
Koreya Beynəlxalq Əməkdaşlıq
Agentliyinin (KOICA) nümayəndəsi
xanım Kim İn-suk,
"Samsung Electronics"
şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri
Sanq Pil Çan iştirak ediblər.
Qeyd edək ki, 132-134
nömrəli təhsil kompleksində yaradılmış xüsusi sinif 35 planşet, 1 noutbuk, müvafiq proqram təminatı
ilə bir-biri ilə əlaqəli olan interaktiv lövhə və
printerlə təchiz olunub.
Azərbaycan
Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov mərasim
iştirakçılarını salamlayaraq
Təhsil Nazirliyi adından Koreya hökumətinə, Koreyanın Azərbaycandakı
səfirliyinə və "Samsung Electronics" şirkətinə təşəkkür
edib. Elektron lövhə və planşetlərlə təmin olunmuş sinfin
açılmasını yüksək dəyərləndirən
nazir müavini korporativ sosial məsuliyyətə
xüsusi önəm verən "Samsung Electronics"
şirkətinin bu təşəbbüsünün
təqdirəlayiq olduğunu bildirib.
C.Bayramov qeyd edib
ki, təhsilin keyfiyyətinin yüksəldilməsi
üçün müasir
texnologiyalara əsaslanan infrastruktura
malik təhsil sisteminin
yaradılması mühüm əhəmiyyət
daşıyır. Müasir, innovativ tədris
metodlarının təcrübəyə gətirilməsi,
İKT-dən təhsildə daha geniş istifadə müasir
dərsi, çağdaş müəllimin
fəaliyyətini şərtləndirən əsas amillərdir.
İnnovativ təlim forma
və üsullarını öz işində
tətbiq edən, təhsilin məzmununun səmərəli
mənimsənilməsinə nail olan səriştəli müəllimlərin
hazırlanması və innovativ idarəetmənin
tətbiqi məsələləri də mühüm
əhəmiyyət kəsb edir.
Ümumtəhsil
məktəblərində informasiya-kommunikasiya
texnologiyalarına dair xüsusi
hazırlıq kurslarından keçmiş
pedaqoji kadrların sayının ölkə
üzrə 100000 nəfərdən çox
olduğunu söyləyən nazir müavini bildirib ki, təhsil müəssisələrində
İKT əsaslı təlim metodologiyasına uyğun
infrastrukturun inkişaf etdirilməsi prioritet
məsələlərindəndir. Bu baxımdan "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda təhsil müəssisələrinin
İnternetlə, ümumi orta
təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklər
yüklənmiş kompüter-planşetlə təmin
olunmasının nəzərdə tutulması mühüm
əhəmiyyət kəsb edir.
Tədbirdə
çıxış edən Koreyanın Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Çoi
Suk-in və "Samsung
Electronics" şirkətinin Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Sanq
Pil Çan "Samsung Smart School"
proqramının əhəmiyyətindən söhbət
açıb, qarşılıqlı əməkdaşlığa
verdiyi
dəstəyə görə Təhsil Nazirliyinə minnətdarlıqlarını
bildiriblər.
Azərbaycan
müəllimi.- 2013.- 20 dekabr.- S.10.