Təhsil Problemləri
İnstitutunda
elmi şuranın iclası keçirilib
Dekabrın 17-də Təhsil Problemləri
İnstitutu elmi şurasının iclası olmuşdur. İnstitutun
direktoru Qulu Novruzov Azərbaycan Respublikası təhsil nazirinin institutun elmi şurasının tərkibindəki dəyişikliklər
barədə əmri ilə elmi
şura üzvlərini tanış etmiş və onlara
uğurlar arzulamışdır. Sonra Q.Novruzov elmi
şuranın gündəliyində dayanan bir məsələ
- Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il
tarixli "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın təsdiq edilməsi haqqında" sərəncamı
və institutun qarşısında duran vəzifələr barədə
çıxış etmişdir. Bildirilmişdir ki, ölkəmizdə
həyata keçirilən islahatlar onun bütün sahələrində
inkişafın sürətləndirilməsi,
Avropaya inteqrasiya olunması, eləcə də dünyanın ən
inkişaf etmiş ölkələrinin səviyyəsinə
yüksəldilməsi istiqamətinə yönəlmişdir.
Bu gün təhsil
sahəsində görülən
işlər ölkənin sosial, iqtisadi həyatında baş
vermiş
böyük dəyişikliklərin uğurlu nəticələri
kimi davam etdirilməklə XXI əsrin
möhtəşəm çağırışları
qarşısında özünün növbəti mərhələsini
gözləyir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası" bu baxımdan vaxtında qəbul
edilmiş dövlət sənədi
kimi xüsusi əhəmiyyət daşıyır. Orada təhsil
sahəsində görülmüş işlərə qiymət verilməklə müəyyən olunmuş dövr
üçün qarşıda duran vəzifələrdən,
konkret olaraq həyata keçirilən tədbirlərdən danışılır.
Natiq bildirmişdir ki, Dövlət
Strategiyası dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli
müəllim və təhsil menecerlərinə, qabaqcıl
texnologiyalara əsaslanan
infrastruktura malik təhsil sisteminin yaradılması məqsədi ilə beş strateji
istiqamətdə tədbirlərin həyata keçirilməsini
nəzərdə tutur. Onlardan birincisi, səriştələrə
əsaslanan nəticəyönlü
məzmunun yaradılması, ikincisi, yeni məzmunun səmərəli
mənimsənilməsini təmin edəcək yüksək
nüfuzlu təhsilverənlərin
formalaşdırılması, üçüncüsü,
yeni idarəetmə sisteminin formalaşdırılması,
dördüncüsü, müasir tələblərə cavab
verən və ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun
yaradılması, nəhayət, yeni maliyyələşdirmə
mexanizminin yaradılması.
Natiq
hər bir strateji istiqamət üzrə hədəflərdən,
nəzərdə tutulmuş
müvafiq tədbirlərdən
bəhs etmişdir. Eyni zamanda bu
məsələlər baxımından
Təhsil Problemləri
İnstitutunun üzərinə
düşən vəzifələri
şərh etmişdir.
Təhsilin yeni məzmunu, strategiyaları,
qiymətləndirmə sistemi,
idarəetmə mexanizmləri
ilə bağlı nəzəri və tətbiqi xarakterli elmi-pedaqoji araşdırmaların
aparılmasını, yeni
təhsil sisteminin formalaşdırılmasında, onun elmi-nəzəri əsaslarının öyrənilməsində
institutun müvafiq strukturlarının üzərinə
ciddi vəzifələrin
düşdüyünü xüsusi olaraq vurğulanmışdır. Strateji hədəflər baxımından yeni vəzifələrin həyata keçirilməsi
üçün
institutda struktur dəyişikliklərinin aparılmasına, onun kadr potensialının möhkəmləndirilməsi və
inkişaf etdirilməsinə ehtiyac olduğu bildirilmişdir.
Daha sonra institutun
ayrı-ayrı mərkəzlərinin
illik hesabatları dinlənilmiş, elmi müxbirliyə qəbul olunmaq üçün müraciətlərə
baxılmışdır. Tamamlanmış
iki doktorluq dissertasiyasının müdafiəyə
buraxılması barədə
qərar qəbul olunmuş, elmi əməkdaşların müvafiq
vəzifələrə seçilməsi
ilə bağlı məsələlər
müzakirə edilmişdir.
İlham
CAVADOV,
Təhsil
Problemləri İnstitutu
Kurikulum
Mərkəzinin koordinatoru
Azərbaycan
müəllimi.-
2013.- 20 dekabr.- S.13.