AZƏRBAYCAN MÜƏLLİMLƏRİNİN
XIV QURULTAYI KEÇİRİLDİ
Dekabrın 14-də Heydər Əliyev Mərkəzində
Azərbaycan müəllimlərinin XIV qurultayı
keçirilib.
İlk öncə qurultay
iştirakçıları Fəxri xiyabana
gələrək ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı
önünə gül dəstələri
qoyublar. Görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım
Əliyevanın da məzarı ziyarət
olunub. Sonra Şəhidlər
xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda
mübarizədə şəhid olanların xatirəsi
anılıb, məzarları üzərinə qərənfillər
düzülüb.
Azərbaycanın
bütün bölgələrindən nümayəndələrin
seçildiyi XIV qurultayda
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri Ramiz
Mehdiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev,
Azərbaycan Respublikası Prezidenti
Administrasiyası Humanitar siyasət məsələləri
şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Respublikasının təhsil
naziri Mikayıl Cabbarov,
Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti Akif Əlizadə, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri Səttar
Mehbalıyev, Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının sədri Məleykə Abbaszadə,
Naxçıvan Muxtar Respublikasının
təhsil naziri Piri
Nağıyev, millət vəkilləri, işəgötürən
təşkilatların təmsilçiləri, QHT nümayəndələri,
ümumtəhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin, yerli təhsil qurumlarının rəhbərləri,
nüfuzlu müəllimlər və
ziyalılar iştirak ediblər.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultay
iştirakçılarına ünvanlanmış təbrik məktubunu
Azərbaycan Respublikası Prezidenti
Administrasiyası Humanitar siyasət məsələləri
şöbəsinin müdiri Fatma Abdullazadə nəzərə
çatdırıb.
Azərbaycan
Respublikasının təhsil naziri
Mikayıl Cabbarov qurultay
iştirakçılarını salamlayaraq
Azərbaycan müəllimlərinin XIV qurultayının
işinə uğurlar arzulayıb, geniş məruzə ilə
çıxış edib.
Çıxış
edən Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti Akif Əlizadə, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar
Mehbalıyev, Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının sədri Məleykə Abbaszadə, millət
vəkili Bəxtiyar
Əliyev, Bakı Ali Neft
Məktəbinin prorektoru Ramiz
Hümbətov, Azərbaycan Diplomatik
Akademiyasının prorektoru Fariz İsmayılzadə, Zərifə
Əliyeva adına liseyin direktoru
Məhəbbət Vəliyeva, İsmayıllı Peşə
Tədris Mərkəzinin direktoru Zaur Muradov, Bakı şəhəri
43 nömrəli məktəb-lisey kompleksinin
direktor müavini Kəmalə Bədəlova, "Zəngi"
liseyinin tarix müəllimi
Taleh Şahbazov, Şuşa Rayon Təhsil
Şöbəsi metodkabinetinin müdiri Rəsmiyyə Məmmədova və
"Ernst & Yanq Holdinqs" Şirkətinin Azərbaycan
üzrə idarəedici tərəfdaşı İlqar Vəliyev Azərbaycan müəllimlərinin
XIV qurultayının təhsil sisteminin
gələcək inkişaf perspektivlərinin
müəyyənləşdirilməsi baxımından əhəmiyyətini
qeyd ediblər. Müasir
dövrdə Azərbaycan təhsilinin dünyanın qlobal təhsil ənənələrinə
uyğunlaşması və insan
resurslarının inkişafı baxımından qurultayda müzakirə edilən məsələlərin
dəyərləndirilməsinin vacibliyi
vurğulanıb.
Qurultayda "Azərbaycanda təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"ndan
irəli gələn məsələlər və
qarşıya qoyulan vəzifələr təhlil
olunub, Dövlət Strategiyasında nəzərdə
tutulmuş əsas istiqamət və hədəflərin
reallaşdırılması yolları haqqında maraqlı
fikirlər səsləndirilib.
Bundan əlavə,
təhsilin bütün pillə və səviyyələri
üzrə islahatların həyata keçirilməsi, biliklərə
əsaslanan iqtisadiyyatın təşəkkülü, təhsil
sisteminin insan
kapitalının inkişafı
çağırışlarına cavab
verməsi istiqamətində atılacaq addımlar müzakirə
olunub.
Çıxışlarda,
həmçinin, müəllim nüfuzu,
idarəetmə, yeni maliyyələşdirmə
mexanizminin tətbiqi, səmərəli təhsil
mühitinin yaradılması, təhsilin
keyfiyyətinin yüksəldilməsi və digər vacib məqamlardan söhbət
açılıb. Müzakirələr zamanı müvafiq təkliflər səsləndirilib,
qarşıda duran vəzifələrin həllinə
dair mülahizələr irəli sürülüb.
Azərbaycan təhsilinin
dünyanın qabaqcıl təhsil sistemləri
sırasında yer tutması üçün həyata keçiriləcək
islahatların yeni mərhələsinin müvafiq hədəflərə çatmağa imkan verəcəyinə
əminlik ifadə olunub.
Sonda qurultayın qətnaməsi oxunub.
Azərbaycan müəllimi.- 2013.- 20 dekabr.- S.1.