Bakı Ali
Neft Məktəbinin prorektoru,
professor Ramiz Hümbətovun
çıxışı
Hörmətli qurultay iştirakçıları!
Ölkəmizin təhsil
işçiləri və müəllimlər ordusunun
nüfuzlu qurultayında Bakı Ali Neft Məktəbinin kollektivi adından sizləri salamlamaqdan
və fikirlərimi bölüşməkdən şərəf
duyuram.
Təhsil
sistemi ölkəmizin aparıcı
qüvvəsi olaraq Azərbaycanın
iqtisadiyyatının bütün sahələrinin
uğurlu fəaliyyətinin təminatı
üçün kadr
hazırlayan, onların keçmişdəki və bugünkü nailiyyətlərində və gələcək
inkişafında əvəzsiz rol oynayan sahədir.
Təhsil
məkanındakı yeni ab-hava
və təhsilin inkişafı üzrə Dövlət
Strategiyasının təsdiq edilməsi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sisteminin
inkişafına göstərdiyi diqqət və
qayğının təzahürü olaraq
hər bir təhsil işçisinin
qarşısına yeni məsul vəzifələr qoymuşdur.
Ötən
əsrin 70-80-ci illərində ümummilli
liderimiz Heydər Əliyevin təşəbbüsləri
nəticəsində çoxsaylı təhsil müəssisələrinin
yaradılması, yeni ixtisaslar
üzrə mütəxəssis hazırlığının
həyata keçirilməsi, unikal ixtisaslar üzrə digər respublikaların
aparıcı təhsil mərkəzlərində mütəxəssis
hazırlığının təşkili, Ümumittifaq
statuslu ixtisasartırma və yenidənhazırlanma
institutlarının fəaliyyəti Azərbaycanı
dünyanın bir çox
ölkələri üçün
yüksək ixtisaslı mütəxəssislər
hazırlayan bir məkana çevirmişdir.
Həmin layihələr
çərçivəsində o vaxt təhsil almış gənclərin
mütləq əksəriyyəti hazırda ölkə
iqtisadiyyatının aparıcı qüvvələridirlər.
Təəssüflər olsun ki, müstəqillik illərinin əvvəllərində
həm obyektiv, həm də subyektiv səbəblərdən ali təhsil sahəsində əldə edilmiş uğurlar kifayət
dərəcədə inkişaf etdirilməmişdir.
Müstəqil
Azərbaycanın ali təhsil sisteminin Avropa təhsil məkanına
inteqrasiya yolunda Bolonya prosesinə qoşulması, beynəlxalq
təhsil qurumları ilə ildən-ilə
genişlənən əlaqələr, kredit
sisteminin tətbiqi, mütəxəssis
hazırlığı aparılan ixtisasların
siyahısının YUNESKO-nun
standartlarına uyğunlaşdırılması, çoxballı qiymətləndirmə
sisteminə, çoxpilləli təhsilə keçid,
infrastrukturun əsaslı şəkildə
yenilənməsi, yeni maliyyələşmə
mexanizminin tətbiqi, təəssüflər
olsun ki, əsas məqsəd
olan təhsilin keyfiyyətini beynəlxalq
səviyyəyə gətirib çıxarmamışdır.
Ona
görə də işəgötürənlər ali təhsil müəssisələrinin məzunlarını
ya tələblərə cavab
vermədiklərinə görə işə götürmür,
yaxud da əlavə xərc
çəkərək onlara yeni biliklər verməyə məcbur olurlar.
İşəgötürənlərin
əmək bazarında mütəxəssislərin bilik və təcrübəsinə ildən-ilə
artan tələbatları kadrlara
ehtiyacın ödənilməsi üçün
ali təhsil sisteminə yeniliklərin gətirilməsi
zərurəti yaratdığından ölkə Prezidentinin fərmanları əsasında yeni ali təhsil müəssisələrinin - Azərbaycan Diplomatik
Akademiyasının, M.Lomonosov adına Moskva Dövlət Universitetinin
Bakı filialının, İnformasiya
Texnologiyaları Universitetinin və s. yaradılması cəmiyyətdə rəğbətlə
qarşılanmışdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr
2011-ci il tarixli Fərmanı
ilə artıq transmilli şirkətə
çevrilmiş və ingilis
dilində təhsil almış mütəxəssislərə
böyük ehtiyacı olan
Dövlət Neft Şirkətinin strukturunda yeni, müasir tipli Bakı Ali Neft Məktəbinin
yaradılması bu prosesin məntiqi
davamıdır. Bu cür
qərarlar mütəxəssis hazırlığında sağlam rəqabətin bərqərar
olmasına, abituriyentlər üçün
isə ən keyfiyyətli təhsil imkanı təklif edən
ali məktəbləri seçməyə
imkan yaradır. Bakı Ali Neft Məktəbinin quruculuğu prosesində dünyanın
aparıcı elm və təhsil mərkəzlərinin
təcrübəsi öyrənilərək keyfiyyətli
mühəndis kadrları hazırlığının təmin
edilməsi üçün vacib olan 6 əsas komponent- yüksək potensiallı
professor-müəllim heyəti, mütərəqqi tədris proqramları, yüksək
hazırlıqlı orta məktəb məzunları
- tələbələr, tədris prosesinin
istehsalatla sıx əlaqəsinin təmin olunması, tədrisin müasir informasiya
resursları ilə təmin edilməsi və ən müasir tələblərə cavab verən maddi-texniki baza əsas götürülmüşdür. Hazırda Bibiheybətdə
Bakı Ali Neft Məktəbi
üçün kampus
tikilir və orada da bu komponentlərin
özünə yer tapması ilə
bağlı iş aparılır.
Qısa
zaman kəsiyində Bakı Ali Neft Məktəbində
müasir tələblərə cavab verən infrastruktur
yaradılmış, professor-müəllim və idarəetmə
heyəti formalaşdırılmış, Böyük
Britaniyanın dünyada
tanınmış Heriot-Vatt Universiteti (HVU) ilə tədris
proqramlarının tətbiqi ilə bağlı müqavilə
imzalanmış, genişmiqyaslı tanıtım aksiyaları nəticəsində
2012-ci ildə "Neft-qaz mühəndisliyi",
"Kimya mühəndisliyi"
ixtisaslarına, 2013-cü ildə isə həmin ixtisaslara və əlavə olaraq
"Proseslərin avtomatlaşdırılması mühəndisliyi"
ixtisasına tələbə qəbulu həyata keçirilmiş, 2012-ci ildə orta bal 631, Prezident
təqaüdçülərinin sayı 11, 2013-cü
ildə isə müvafiq olaraq,
656 və 15 olmuş, bu
göstəricilərə görə BANM Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının tərtib etdiyi reytinq cədvəlində
mütləq lider olmuşdur.
Tədrisin
təşkilində, tədris texnologiyalarının tətbiqində,
tələbə-müəllim münasibətlərinin tənzimlənməsində,
biliklərin qiymətləndirilməsi prosesində şəffaflığın
və obyektivliyin təmin edilməsində,
müəllimlərin və tədris proqramlarının
seçimində, tədrisin istehsalatla əlaqəsinin
möhkəmləndirilməsində, çoxsaylı transmilli
şirkətlərlə və aparıcı ölkələrin
təhsil mərkəzləri ilə əlaqələrin
qurulmasında, mühəndislik fəaliyyətinin təbliğində,
tələbələrin yerli gənclər
və beynəlxalq mühəndislik cəmiyyətlərinin fəaliyyətinə
qoşulmasında ən mütərəqqi
yanaşmalar həyata keçirilmiş,
ali məktəbdə sağlam
və səmərəli təhsil mühiti
yaradılmış, əldə edilmiş
nəticələr və onların ictimaiyyət arasında
yayılması Bakı Ali Neft
Məktəbinə cəmiyyətdə böyük
nüfuz qazandırmış, abituriyentlər
üçün cəlbedici etmişdir.
Tədris
prosesi istehsalatla
sıx əlaqədədir, tələbələr həm semestr boyu, həm də tətillərdən
qabaq mütləq ARDNŞ-ın Heydər
Əliyev adına Bakı Neft Emalı Zavodunda və digər müəssisələrdə
tərcübə keçirlər. Bu məqsədlə
BANM ARDNŞ-ın və AMEA-nın bir
sıra müəssisə və təşkilatları ilə,
eləcə də "BP", "Total",
"Statoil" şirkətləri, "Microsoft", "British Council" təşkilatları ilə
müqavilələr bağlamışdır. "Hallburton", "KCA Deutag",
"Schlumberger" və "Emersonprocessmanagement" şirkətləri ilə
danışıqlar yekunlaşmaq üzrədir.
Ali məktəbimizdə rektorluqla
professor-müəllim heyəti, idarəetmə qurumları, tələbələr
və valideynlər arasında sıx və işgüzar
münasibətlərin uğurlarımızda əhəmiyyətini
qeyd etmək istərdim. Hər bir tələbə, müəllim, işçi və valideyn
üçün rəhbərlik həmişə
açıqdır. Xüsusi psixoloji xidmət və sosioloji
sorğular vasitəsilə bu münasibətlər daim
tənzimlənir.
Bütün bu işlərin nəticəsi
kimi məzunlarımıza BANM-in
və Heriot-Vatt Universitetinin
diplomlarının veriləcəyini də qeyd
etmək istərdim.
Bu
yaxınlarda qəbul edilmiş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" və Təhsil Nazirliyinin
fəaliyyətində nəzərəçarpan dinamika ölkəmizin ali
təhsil sisteminin fəaliyyətini
mükəmməlləşdirmək üçün
bizə unikal bir şans vermişdir.
Əsaslı şəkildə işlənmiş bu sənədin
tələblərinin bir qismi
ilə bağlı fikirlərimi bölüşmək istərdim.
Tədris
proqramlarının yaradılması və tətbiqi işlərində
uzun müddət bərqərar olmuş konservativ yanaşma əmək bazarının mütəxəssislərə
ildən-ilə dəyişən ehtiyaclarını nəzərə
almadığından hazırlanan kadr
potensialından səmərəli istifadə olunmur. Ona görə də
tədris proqramlarının işlənməsi prosesi işəgötürən müəssisələrin
inkişafı və bu inkişafın tempi ilə uzlaşmalıdır.
Digər bir yanaşma isə tədris
proqramlarının ekspertizası üçün
heç bir dövlət
qurumunun tərkibində olmayan
müstəqil ekspert qrupunun
yaradılması və onların işinə təhsil sahəsində
beynəlxalq ekspertlərin cəlb olunmasıdır.
Ali məktəblər arasında tədris
proqramlarının qarşılıqlı tətbiqi həm tələbələr,
həm də müəllimlər üçün
mobilliyi təmin edə bilər.
Mütəxəssis
hazırlığı ixtisaslarının sərt şəkildə
bir siyahıda təsdiq olunması
proqramların tətbiqində çevikliyi
təmin etməyə imkan vermir.
Proqramların qəbulu və tətbiqi işində
bürokratik sənədləşdirmə
mövcuddur, halbuki, məsələn,
bizim partnyor olduğumuz HVU-ndə əsas sənədlər
senatın (Elmi Şuranın) təsdiq etdiyi semestr üzrə dərslərin
siyahısı (kreditləri göstərməklə), fənlərin
məzmunu və dərs cədvəlləridir.
Ali təhsil müəssisələrində xarici dillərin tədrisinin mükəmməlləşdirilməsi
həddindən artıq vacib olan məsələdir. Çünki
xarici dilləri bilən həm tələbə,
həm də müəllim dünyanın bütün
informasiya resurslarından bilik
əldə etmək, beynəlxalq elm və təhsilyönümlü
layihələrə qoşulmaq, müasir tədris texnologiyalarını tez və asanlıqla mənimsəmək
imkanı əldə edir. Məsələn,
Bakı Ali Neft Məktəbində
1-ci kursda hazırlıq mərhələsində
oxuyan tələbələrdən hər
biri ingilis dilindən
IELTS tələbləri ilə minimum 6.0 bal toplayaraq, bakalavriatda ixtisas təhsilinə
başlayırlar.
Ali təhsil müəssisələri
statuslarına görə tədrisi elmi fəaliyyətlə
vəhdətdə həyata keçirməlidirlər. Lakin ildən-ilə maddi-texniki
bazası inkişaf etməyən,
ştatlarında cəmi bir neçə
aşağı və orta səviyyəli
elmi dərəcəsiz mütəxəssislər
olan karlik-laboratoriyalardan
yüksək nəticələr gözləmək əbəsdir.
Hesab edirəm ki, bu vəziyyətdən çıxış
yollarından biri elmi-tədqiqat işlərinin
müsabiqə əsasında qrantlar vasitəsilə
həyata keçirilməsidir.
Elmi-tədqiqat
işlərinin səmərəliliyinin və məqsədyönümlüyünün
artırılmasının yollarından biri
də qabaqcıl ölkələrdə geniş
təşəkkül tapmış və ali
məktəblərin nəzdində azad iqtisadi zona statusunda
fəaliyyət göstərən elmi
texnoparklardır.
Ali məktəblərin elmi
potensialını artırmaq üçün
daha bir yol onlara qısa zaman kəsiyində xarici
ölkələrin aparıcı elm və
tədris mərkəzlərində magistr
hazırlığını həyata keçirmək
imkanı vermək və daha sonra doktorantura təhsili
hesabına professor-müəllim heyətinin potensialını artırmaqdır. Mövcud
vəziyyəti nəzərə alaraq xarici ölkələrdə stajkeçmə,
ixtisasartırma və yenidənhazırlanma kurslarında istər
müəllimlərin, istərsə də elmi
işçilərin təhsilinin təşkili çox vacibdir. Bununla paralel olaraq mərhələ-mərhələ
ölkədə ixtisaslaşdırılmış (məqsədli)
treninq mərkəzlərinin yaradılması,
müasir avadanlıqla təchiz edilməsi
və xaricdən dəvət olunmuş
mütəxəssislər tərəfindən yeni
texnologiyaların tədrisinin təşkili fayda
verə bilər.
Hesab edirəm ki, ali məktəbin reytinqini
müəyyən edərkən orada məzunlarla
hansı real işin
aparılması və məzunların işlə təmin
olunması dərəcəsi mütləq nəzərə
alınmalıdır. Bunu Təhsil
Nazirliyində məzunların vahid verilənlər
bazasının yaradılması ilə qiymətləndirmək
və reytinqdə nəzərə almaq olar.
Ayrıca olaraq özəl yerli və
transmilli şirkətlərin mütəxəssis
hazırlığında iştirakı məsələsinə
toxunmaq istərdim. Hazırda
yüzlərlə bu cür
şirkət ali məktəblərə heç bir vəsait
ödəmədən ali təhsil müəssisələrinin
məzunlarını işə götürür
və onların bilik və təcrübəsindən
bəhrələnir. Bir sıra
ölkələrdə, o cümlədən
Rusiya Federasiyasında universitetlər öz məzunlarını belə şirkətlərə,
sözün əsl mənasında,
satırlar.
Kiçik özəl müəssisələrdən
mütəxəssis hazırlığına maliyyə dəstəyi
gözləmək faydasızdır. Lakin iri şirkətlər universitetlərin fəaliyyətinə
uzunmüddətli maliyyə dəstəyi verməklə sonradan məzunlara sahib
çıxa bilərlər.
İnanıram
ki, ali məktəblər
işəgötürənlərin tələblərinə cavab verən kadrları hazırlayarlarsa,
şirkətlər hər məzuna görə təhsil
müəssisəsinə ödəniş verə və onun büdcəsini artıra bilərlər. Belə artırmaları formal
yox, işlək olan Məzunlar
Assosiasiyaları da həyata keçirə
bilər.
Hörmətli qurultay iştirakçıları!
Hazırda
ictimaiyyət və təhsil işçiləri
Strategiyanın həyata keçirilməsi üçün
tədbirlər planının təsdiqini gözləyir.
Ümidvarıq ki, bu plan hökumət tərəfindən kifayət
qədər maliyyə dəstəyi alacaq
və uğurla həyata keçiriləcəkdir. Strategiya təhsil işçisinin,
müəllimin cəmiyyətdə nüfuzunun
bərpasına, təhsil müəssisələrində
şəffaf mühitin, sağlam
istehsal münasibətlərinin
yaranmasına, bir çox
ölkələrdə olduğu kimi "Qiymətləndirmədə meyar yalnız bilikdir"
şüarının hər bir təhsil
ocağında normaya çevrilməsinə
şərait yaradacaqdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərin xarici universitetlərdə təhsilinin təşkili
ilə yanaşı, müasir ixtisaslar üzrə yüksək ixtisaslı
mütəxəssislərin Azərbaycanda
hazırlanmasını da bir
vəzifə kimi təhsil işçilərinin
qarşısında qoymuşdur. Sözügedən Strategiyanın da hədəflərindən biri
məhz bu vəzifənin icrasının
təmin olunmasıdır.
Bizim hər birimiz isə vətəndaşlıq,
dövlətçilik, təəssübkeşlik, biliklərin
yayılması işində fədakarlıq və təmənnasızlıq
nümayiş etdirərək doğma Vətənimizin gələcək
inkişafına xidmət göstərməliyik!
Mən sizin hər birinizə müqəddəs
müəllimlik fəaliyyətinizdə uğurlar
diləyirəm!
Diqqətinizə
görə sağ olun!
Azərbaycan müəllimi.- 2013.- 20 dekabr.- S.5-6.