Tədris vəsaitlərinə
nəşr hüququ (qrif)
verilməsi
Qaydalarının təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Dərslik,
dərs vəsaiti və digər tədris vasitələrinə
nəşr hüququnun verilməsi ilə
bağlı mövcud qaydaların təkmilləşdirilməsi,
onların müasir standartlara,
fənn kurikulumuna (fənn proqramına) uyğun hazırlanması və qeyd olunan prosesin
səmərəli təşkil olunmasını təmin etmək məqsədi ilə
"Azərbaycan Respublikasının Təhsil Nazirliyi
haqqında Əsasnamə"nin 8.10-cu və 13.5-ci bəndlərini
rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. "Tədris vəsaitlərinə
nəşr hüququ (qrif)
verilməsi Qaydaları" təsdiq edilsin
(əlavə olunur).
2. 1994-cü ildə qəbul edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində tədris ədəbiyyatının nəşrə planlaşdırılması və hazırlanması qaydalarına dair Təlimat" qüvvədən düşmüş hesab edilsin.
3. Dərslik
və nəşriyyat şöbəsi (F.Şahbazlı) Azərbaycan
Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə
tutulmuş məsələləri (kurikuluma əsaslanan yeni dərsliklərin
yaradılması, təhsil proqramları, tədris resursları
arasında sağlam rəqabətin
stimullaşdırılması və s.)
diqqət mərkəzində saxlasın və Qaydalara
düzgün əməl olunmasını
təmin etsin.
4. İnformasiya şöbəsi (E.Əliyev) əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını, rəsmi internet səhifəsində
yerləşdirilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova tapşırılsın.
Mikayıl
CABBAROV,
Azərbaycan
Respublikasının təhsil naziri
23 dekabr 2013-cü il
Azərbaycan
müəllimi.- 2013.- 27 dekabr.- S.2.