Uşaqları
qış xəstəliklərindən necə qoruyaq?
Bağça və məktəb yaşlı
uşaqları qış xəstəliklərindən qorumaq üçün
maarifləndirmə işləri aparılmalı, düzgün qidalanmaya fikir verilməli, peyvənd vurulmalı və bir sıra tədbirlər görülməlidir.
Qış xəstəliklərindən
qorunmaq üçün
düzgün qidalanmaq
vacibdir. Səhv qidalanma
uşaqlarda immunitetin
zəifləməsinə səbəb olur.
Uzun müddət ac qalanlarda isə müxtəlif qış xəstəlikləri
yaranır. Ona görə düzgün
qidalanmaq və istəyə uyğun mövsümi tərəvəzlərdən
istifadə etmək lazımdır. Xüsusi
qeyd etmək lazımdır ki, qış mövsümündə
azyaşlı körpələr də xəstələnir. Bu baxımdan onlara tərkibi
rəngləndiricilərdən ibarət olmayan
üzvi körpə qidaları verilməlidir.
Bura xəstəliklər haqqında məlumatlandırma,
əl yuma və tualet
vərdişləri, şəxsi gigiyena və
s. aiddir.
Qış xəstəlikləri
olduqda uşaqları məktəb və bağçaya göndərməməli,
müəllimlərə məlumat verilməlidir. Müəllimlər
də uşaqlarda olan
yoluxucu qış xəstəliklərini
gördükdə ailəni dərhal məlumatlandırmalıdır.
Kiçik uşaqlar
arasında yoluxucu xəstəliklər
haqqında ciddi maarifləndirmə
aparılsa daha yaxşı olar. Beləliklə, onlar
xəstəliklərdən uzaq olar. Əllərin yuyulması, şəxsi gigiyena və ya tualet vərdişləri haqqında maarifləndirmə
apardıqda primitiv görünən fəaliyyətlər
yaddan çıxmamalıdır. Məsələn,
uşaqların bəziləri öskürərkən və ya asqırarkən sadə prosedurlara
fikir verməzlər. Onlara
xəstəliklərdən qorunmaq üçün havada çoxlu olmamağı və ağzı
açıq tutmamağı öyrədə bilərsiniz. Bu cür hallarda
uşaqlarda salfetlərdən istifadəyə
və əlləri yumağa fikir verin. Əllər xüsusi maye sabunlarla və bol suyla yuyulmalıdır. Tualet
vərdişləri öyrədilərkən şəxsi gigiyenaya və təmizliyə fikir
verilməlidir.
Qış xəstəlikləri
zamanı lazım olan peyvəndlər
vurulmalıdr. Bu peyvəndlər immunitetə
təsir göstərərək uşaqları yoluxucu xəstəliklərdən qoruyur.
Tibb portalı
Azərbaycan müəllimi.-
2013.- 27 dekabr.- S.9.