Nəğməkar
şairlə görüş
Yanvarın 26-da
Bakıdakı Osman Mirzəyev adına 190
nömrəli tam orta
məktəbdə əməkdar
incəsənət xadimi, nəğməkar
şair Baba Vəziroğlu
ilə görüş
keçirilib.
Tədbirə
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı, metodmərkəzin
metodisti Ahu Məmmədova,
"Azərbaycan məktəbi" jurnalının baş redaktoru, əməkdar
müəllim Nəcəf Nəcəfov, xalq
artisti, bəstəkar Faiq
Sücəddinov,
aktyor Əbdül Mahmudbəyov, Azərbaycan
Yazıçılar Birliyinin katibi Ədalət
Əsgərov, TİAHİ Səbail
Rayon Komitəsinin sədri Mükafat
Abbasov və digər qonaqlar
dəvət olunmuşdular. Məktəbin
direktoru, əməkdar müəllim Afət
Bakıxanova pedaqoji kollektiv
adından qonaqları, eyni zamanda
nəğməkar şairi salamlayaraq Azərbaycan poeziyasının görkəmli
söz sahiblərindən biri
olan Baba Vəziroğlunun
yaradıcılığından söz
açdı.
"Ən
yaxşı müəllim" müsabiqəsinin qalibi, pedaqogika üzrə fəlsəfə doktoru,
tədris işləri üzrə
direktor müavini
Qənirə Əmircanova şairin şeirlərindən parçalar
söylədi və onun
poeziyasının məziyyətlərindən
ətraflı bəhs etdı. Vurğulandı ki,
söz mənəvi qidadır! Sözün
qüdrəti ondadır ki, o milyonlarla insanın
ürəyinə yol tapır. Şeir isə fikrin, duyğunun poetik ifadəsidir.
Poeziya qəlb
çırpıntısıdır. Poeziya gizli
dünyanın sirr dağarcığının
açarıdır. Baba Vəziroğlu məhz
belə söz sahiblərindəndir.
Sonra şagirdlərin
ifasında şeirlər, şairin
sözlərinə bəstələnmiş mahnılar səsləndi.
Şairin "Ocaq"
povestindən kiçik bir
səhnəcik nümayiş olundu. Məktəbin "Təbəssüm" rəqs
qrupu "Nəlbəki" rəqsini ifa etməklə iştirakçılarda xoş ovqat yaratdı. Musiqi müəllimi, bir
neçə müsabiqənin qalibi, bəstəkar
Reyhan Hacızadə ilk
dəfə olaraq şairin
sözlərinə bəstələdiyi
"Bağışladım" mahnısını ifa etdi.
Bəstəkar
Faiq Sücəddinov sənət dostunun
söz bayramında şeirlərinə bəstələdiyi
mahnılardan danışdı, gələcəkdə də bu əməkdaşlığı davam etdirəcəyinə
söz verdi, sonra isə mahnılarından birini
ifa etdi.
BŞTİ-nin İctimaiyyətlə
əlaqələr şöbəsinin müdiri
Zəminə Əliqızı Baba Vəziroğlunun
yaradıcılığı haqqında, onun
gənc nəslə örnək ola biləcək
kitabları barədə danışarkən
xalqımızın görkəmli şairi Səməd Vurğunun
kitab haqqında söylədiyi bir
bəndi xatırlatmağı da unutmadı:
Hər sözü bir ulduz, bir şəffaf
almaz,
Mənalar dünyası qaranlıq deyil,
Bu böyük kitablar yaranır az-az,
Çünki ömürlükdür,
bir anlıq deyil.
Mərasimdə şair maraqlı
görüşə görə
təhsil ocağının rəhbərliyinə və
təşkilatçılara təşəkkürünü
bildirdi.
Sonda gənc müğənni Ülviyyə
Tağıyeva şairin sözlərinə bəstələnmiş
"Nə vaxtsa dönəcəyəm"
mahnısını ifa etdi.
Sifai
SƏFƏROVA
Azərbaycan
müəllimi.- 2013.- 1 fevral.-
S.7.