Şagirdlərin
dünyagörüşünün
formalaşmasında müasir təlim
metodlarının rolu
Biologiyanın
tədrisi prosesində
dünyagörüşü
formalaşdırmaq
üçün elmin əsaslarını öyrətmək kifayət
deyildir. Elə etmək lazımdır ki, şagidlərin aldıqları biliklər onların
əqidəsinə çevrilsin. Dünyagörüşü
şəxsiyyətin təbiətə, ictimai həyata, insan təfəkkürünə olan baxışlar sistemidir. Zəngin
dünyagörüşlü
şəxsiyyətin formalaşması üçün
biologiya dərslərinin məzmununda böyük imkanlar
vardır.
Bu gün həyatımızda, cəmiyyətdə
baş verən hadisələrin mürəkkəbliyi və
zənginliyi yaradıcı
düşünməyi tələb edir. Yeni kurikulumlarla keçilən
dərslərdə müasir təlim metod və vasitələrinin tətbiqi
vacib sayılır. Təbiət elmləri, o cümlədən biologiya fənni üzrə dərsləri
daha maraqlı və yaddaqalan etmək üçün müəllim
İKT-nin tətbiqi ilə fəal təlimə
üstünlük verməlidir. Təlimdə interaktivlik
şagirdlərin yaradıcılıq qabiliyyətini artırır. Nümunə olaraq
9-cu sinifdə tədris etdiyim "İnsan anatomiyası" fənni
üzrə bir mövzunu təqdim
edirəm.
Mövzu: İnsanın psixikası. Şəxsiyyət və onun
xüsusiyyətləri.
Məqsəd: Hər bir insanın
mürəkkəb psixi xüsusiyyətlərə malik
olması, psixikanın mühitlə əlaqədar
formalaşması, şəxsiyyətin cəmiyyətdə
yetişməsi, onun xarakterik
xüsusiyyətlərinin həm ünsiyyətdə, həm də
mühitlə bağlı olması haqqında şagirdlərə
məlumat vermək.
İş forması: Kiçik qruplarla iş.
İş metodu: Müəllimin izahı, motivasiya, əqli hücum, karusel.
Resurslar: Müxtəlif psixi vəziyyətlərdə olan
insan şəkillərini
əks etdirən disk,
iş vərəqləri.
Dərsin gedişi: Sinfə
müraciətlə soruşuram:
- Televiziya kanallarında, bədii əsərlərdə, gündəlik
həyatda eşitdiyiniz psixika,
psixologiya ifadələri
canlılar aləmində
nə üçün
təkcə insanlara
aid edilir?
Şagirdlərin fərdi cavablarını dinləyəndən sonra izah edirəm:
- Heyvanlardan fərqli olaraq insanların ikinci siqnal sisteminə - nitqə malik olması təfəkkürü
formalaşmışdır. Deməli, təfəkkürün əsasını
söz təşkil edir. İnsanların süuru beyin
qabığının fəaliyyəti
ilə əlaqədardır.
İnsan
bioloji varlıq olmaqla yanaşı, həm də sosial varlıqdır.
O, cəmiyyətdə formalaşır,
zaman keçdikcə özünəməxsus psixikaya
malik olur. Psixika insanın daxili aləmidir. Daxili aləmin keyfiyyətindən
asılı olaraq müxtəlif xarakterli insanlar formalaşır.
Onların arasında şəxsiyyətlər
yetişir.
Şagirdlərə
tədqiqat sualı verirəm: "Məlumdur
ki, cəmiyyətdə
hamı şəxsiyyət
kimi yetişmir. Sizin fikrinizcə, şəxsiyyət necə
olmalıdır?"
Bir neçə şagird öz fikrini söylədikdən
sonra qruplar üzrə tədqiqat işi aparılır.
Hər biri 5 nəfərdən ibarət
olan 4 qrupa iş vərəqləri paylanır. Qruplara ad verilir:
I. "İdrak" qrupu
Suallar:
1. Düşüncəli
fəaliyyətin insanda
və digər məməlilərdə fərqli
xüsusiyyətləri.
2. İnsanın fərd və şəxsiyyət olaraq fərqli cəhətləri.
3. Hansı tip temperamentə malik insandan şəxsiyyət
yetişə bilər?
II.
"Təfəkkür" qrupu
Suallar:
1. Film qəhrəmanı
olan Tarzan insan cəmiyyətində yaşaya
bilərmi?
2. Temperamentin tiplərə bölünməsinin
səbəbi sinir sisteminin hansı xüsusiyyətidir?
3. Kiçikyaşlı
uşaqlarda nitq necə formalaşır?
III.
"İstedad" qrupu
Suallar:
1. "Ağıl yaşda deyil, başdadır" atalar sözünün elmi izahı.
2. Zəif tip sayılan melanxolikdən şəxsiyyət formalaşa
bilərmi?
3. İnsan depressiyadan necə çıxa bilər?
IV.
"Zəka" qrupu
Suallar:
1. Şəxsiyyət mütləq nəcib insan olmalıdırmı?
2. Ətrafınızda
yaşayan insanlar arasında hansı
temperament tipinə daha
çox rast gəlirsiniz?
3. Bütün
temperament tipləri bir
insanda cəmlənə
bilərmi?
Qruplar müəyyən vaxt ərzində sualları cavablandırırlar və
iş vərəqlərini
təqdim edirlər. Bütün qrupların gəldiyi nəticə ümumidir:
"Şəxsiyyət
özünəməxsus fizioloji,
psixoloji keyfiyyətlərə
malik insandır.
Bu keyfiyyətlər onunla doğulmur, həyatda formalaşır.
Şəxsiyyətin əsas xüsusiyyəti
onun xarakterinin sabitliyidir".
Qrupları qiymətləndirərkən
şagirdlərin müstəqil
fikir söyləmələri
və fəallığı
əsas götürülür.
Ev tapşırığı:
"Görkəmli şəxsiyyətlər"
mövzusunda (disk şəklində)
təqdimat hazırlamaq.
Mələk ƏKBƏROVA,
Bakıdakı 132-134 nömrəli təhsil
kompleksinin biologiya müəllimi
Azərbaycan
müəllimi.- 2013.- 1 fevral.- S.4.