Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin
keçirilməsi barədə
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Uşaq və yeniyetmələrin
elmi-texniki potensialının üzə
çıxarılması, yaradıcılıqlarının
inkişaf etdirilməsi üçün stimulların
yaradılması və onlar arasında təcrübə
mübadiləsinin təşkili
məqsədilə
ƏMR
EDİRƏM:
1. 2013-cü ilin
fevral-aprel aylarında uşaq və yeniyetmələrin
elmi-texniki yaradıcılıq
müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat
komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər
Təhsil İdarəsinin və rayon (şəhər) təhsil
şöbələrinin müdirləri müsabiqənin yüksək səviyyədə
təşkili üçün
müvafiq tədbirlər
hazırlayıb həyata keçirsinlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə
iş şöbəsi (A.İbrahimov) müsabiqənin yerlərdə
təşkili və keçirilməsinə əməli
köməklik göstərsin.
5. Zona və respublika mərhələlərində
iştirak edən məktəblilərin və onların rəhbərlərinin
ezamiyyə xərcləri ezam edən təşkilatlar tərəfindən
ödənilsin.
6. Müsabiqənin Respublika mərhələsinin
keçirilməsi ilə bağlı digər xərclərin
ödənilməsi Respublika Texniki Yaradıcılıq Mərkəzinin
2013-cü ilə təsdiq olunmuş xərclər
smetasında nəzərdə tutulmuş vəsait hesabına
müəyyən olunmuş qaydada həyata keçirilsin.
7. İqtisadiyyat şöbəsi (Ş.Əliyev)
müsabiqənin Respublika mərhələsinin keçirilməsi
ilə bağlı xərclərin ödənilməsi məqsədilə
Respublika Texniki Yaradıcılıq Mərkəzinin 2013-cü
ilə təsdiq olunmuş xərclər smetasında
müvafiq vəsaitin nəzərdə tutulmasını təmin
etsin.
8. Ümumi şöbə (X.Fərəcov) əmr və
əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini
təmin etsin.
9. İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi"
qəzetində dərc olunmasını və əsasnamə
ilə birlikdə Təhsil Nazirliyinin İnternet səhifəsində
yerləşdirilməsini təmin etsin.
10. Əmrin icrasına nəzarət
nazir müavini Q.Novruzova həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
25 yanvar 2013-cü il
Azərbaycan
müəllimi.- 2013.- 1 fevral.- S.2.