ADU-da "Xaricdə təhsilin gənclərin
həyatında rolu" layihəsi çərçivəsində
görüş keçirildi
Yanvarın
29-da Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin
deputatı, professor Səməd Seyidov Böyük
Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Piter Beytmen ilə görüşdü.
Qonağı salamlayan rektor onu universitetdə
görməkdən məmnun
olduğunu bildirdi.
O, ADU və Böyük
Britaniya universitetləri
arasındakı münasibətlərin
inkişaf etdiyini vurğuladı. Esseks Universiteti ilə
əlaqələrə toxunan
rektor Səməd Seyidov ADU-nun 20 tələbəsinin
Böyük Britaniyada
təhsil aldığını
qeyd etdi. Rektor Esseks Universiteti ilə ADU arasında ikili diplomların verilməsi ilə bağlı razılıq
əldə olunmasına
diqqət çəkərək
əlaqələrin inkişafından
məmnunluğunu ifadə
etdi. Tələbələr
və müəllimlər
üçün imkanların
gündən-günə genişləndiyini
bildirən rektor Səməd
Seyidov ADU-nun
böyük sayda
müəllim və tələbələrinin Böyük
Britaniyaya getdiklərini
dedi. O, ADU tələbələrinin
Böyük Britaniyanın
Esseks Universiteti ilə yanaşı, digər universitetlərdə
də təhsil almağa maraq göstərdiklərini bildirdi.
Rektor Esseks qrupunda təhsil almaq istəyən tələbələrin
xüsusi testdən keçdiklərini və bu qrupa daxil
olmaq üçün
yüksək dil vərdişlərinin önəmli
olduğunu vurğuladı.
Qarşılıqlı əməkdaşlıqda ingilis dilinin tədrisi məsələlərinə
həsr olunmuş birgə konfransların keçirilməsinin səmərəli
olduğu bildirildi.
Səfir Piter Beytmen
səmimi qəbula görə təşəkkür
etdi. O, Azərbaycanda
ingilis dilinin tədrisi məsələlərinə
həsr olunmuş beynəlxalq konfransların
keçirilməsinin vacibliyindən
söz açdı. ADU-nun Böyük Britaniyanın universitetləri
ilə əlaqələrini
yüksək qiymətləndirən
səfir Esseks Universiteti ilə əlaqələrin inkişafından
məmnunluğunu dilə
gətirdi.
Qeyd edək
ki, həmin gün Azərbaycan Dillər Universitetində Azərbaycan Böyük Britaniya Məzunları İctimai Birliyi (AUKAA) tərəfindən Britaniya
səfirliyinin dəstəyi
ilə "Xaricdə
təhsilin gənclərin
həyatında rolu"
layihəsi çərçivəsində
ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin
tələbələri ilə
görüş keçirildi.
Görüşdə Böyük Britaniyanın Azərbaycandakı
fövqəladə və
səlahiyyətli səfiri
Piter Beytmen tələbələri salamladı
və bu layihənin ADU-da müzakirə edilməsindən
məmnunluğunu bildirdi.
Səfir
ADU-nun Böyük Britaniya
universitetləri ilə
əlaqələrini qeyd
edərək bu layihənin gənclərin
həyatında mühüm
rol oynadığını
tələbələrin nəzərinə
çatdırdı. O, görüşdə ölkələrarası
təhsildə müqayisələrdən
danışılacağını, bu istiqamətdə bir sıra imkanların
tələbələrə təqdim olunacağını
vurğuladı.
Sonra məruzəçilər
xaricdə, xüsusən
də Böyük Britaniyada təhsil imkanları və gələcək karyera seçimi barədə müzakirələr apardılar,
xaricdə təhsilin üstünlüklərindən, fərqli cəhətlərindən
bəhs etdilər.
İş adamları xaricdə təhsil almaq istəyən gəncləri bu proseslə yaxından tanış etdilər, gəncləri təhsilə, elmə yiyələnməkdə fəal
olmağa həvəsləndirdilər.
Daha sonra məruzəçilərin
xaricdə təhsil aldıqları müddətdə
Böyük Britaniya haqqında fikirlərini bölüşdükləri videoçarx
təqdim olundu.
Sonda Britaniya səfirliyində siyasi və mətbuat məsələləri üzrə
məsul şəxs Günel Əhmədova layihə haqqında əlavə məlumat almaq üçün elektron ünvanları və əlaqə nömrələrini qeyd etdi və broşüralar
paylanıldı.
Azərbaycan
müəllimi.- 2013.- 1 fevral.- S.2.