NDU yeni TEMPUS layihəsinə qoşulub

 

Müasir dövrdə turizmin imkanlarından maksimum istifadə etmək  bu sahənin dayanıqlığını təmin edə bilmək üçün aparılan tədbirlər arasında bu sahə üzrə kadr təminatı mühüm yer tutur.

 

Turizm sahəsində bakalavrmagistr hazırlığı üzrə beynəlxalq əməkdaşlıq çərçivəsində Avropa universitetləri ilə aparılan təcrübə mübadiləsi Naxçıvan Dövlət Universitetində diqqət mərkəzində saxlanılır. Belə ki, universitetdə 2004-cü ildən turizmotelçilik ixtisası üzrə ixtisaslı kadrlar hazırlanır.   Bu ildən isə universitet "Dayanıqlı turizmin idarə olunmasında  beynəlxalq səviyyəli bakalavrmagistr proqramları üzrə  yeni modulların inkişaf etdirilməsi" istiqamətində yeni TEMPUS layihəsinə qoşulmuşdur. Layihə Almaniyanın Jade Tətbiqi Elmlər Universitetinin koordinatorluğu ilə Azərbaycan universitetləri ilə yanaşı, digər Cənubi Qafqaz ölkələri, habelə Latviyaİrlandiya universitetlərinin əməkdaşlığı çərçivəsində həyata keçiriləcəkdir.

Üç il ərzində həyata keçiriləcək layihə çərçivəsində bu il yanvarın  21-25-də Jade Universitetində keçirilmiş başlanğıc konfransında Naxçıvan Dövlət Universitetini Beynəlxalq Turizm Akademiyasının üzvləri, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayeviqtisad üzrə fəlsəfə doktoru  Əli Cabbarov təmsil etmiş, Naxçıvan Muxtar Respublikasının turizm perspektivləri və universitetdəki turizm ixtisası üzrə kadr hazırlığı barəsində çıxışlar etmişlər. Konfransda qarşıdakı dövr ərzində layihədə nəzərdə tutulmuş işlər müzakirə edilmiş, yerinə yetiriləcək 12 modul üzrə birgə əməkdaşlıq imkanları və işçi qrupların vəzifələri müəyyənləşdirilmişdir. 

 

 

Mehriban SULTAN,

NDU-nun Mətbuat şöbəsinin müdiri

 

Azərbaycan müəllimi.- 2013.- 1 fevral.- S.2.