Beynəlxalq əlaqələr
daha da genişlənir
Əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulmuş, hazırda
Azərbaycan Respublikasının Prezidenti
möhtərəm İlham Əliyev tərəfindən
uğurla davam etdirilən
daxili və xarici siyasət
bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də özünü göstərir.
Təhsil
naziri, professor Misir Mərdanovun bilavasitə iştirakı ilə
2012-ci ilin yanvar
ayında Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutu (BPKİYİ) və Britaniya Şurası (British
Council) arasında əməkdaşlığa
dair Anlaşma Memorandumu imzalanmışdır. Həmin əməkdaşlıq
çərçivəsində ingilis dili müəllimləri üçün
institutumuzda ixtisasartırma kursları uğurla həyata keçirilir.
Anlaşma Memorandumunda
institutumuzla Birləşmiş
Krallığın müvafiq ali təhsil müəssisələri
arasında uzunmüddətli əməkdaşlığın
qurulması da nəzərdə tutulmuşdur.
Britaniya Şurasının təşkilatçılığı
və dəstəyi əsasında Böyük
Britaniyanın Norviç Dil
Təhsili İnstitutu (Norwich
Institute for Language Education - NİLE) əməkdaşlığın
yaradılması və müəllim inkişafı
kurslarının işi ilə
tanışlıq məqsədilə institutumuzun
rektoru, fizika-riyaziyyat
elmləri doktoru, professor Asəf Zamanovu
adıçəkilən ölkəyə dəvət etmişdir. Albaniya, Azərbaycan, İsrail, Xorvatiya, Gürcüstan,
Qazaxıstan, Özbəkistan və Sloveniyanın müvafiq ali məktəb rəhbərləri və
mütəxəssisləri üçün
Norviç Dil Təhsili
İnstitutunun fasiləsiz peşəkarlığın
inkişafı (CPD) üzrə təşkil etdiyi
iclaslarda iştirakçılar tərəfindən hazırlanmış təqdimatlar
edildi. Azərbaycan nümayəndə heyəti - professor
Asəf Zamanov və Azərbaycan Dillər
Universitetinin dekanı, professor
Əfqan Abdullayev tərəfindən
hazırlanmış "Azərbaycanda müəllim
hazırlığı və pedaqoji təhsilin
inkişafı" mövzusunda təqdimat
həm NİLE rəhbərliyi, həm də
iştirakçılar tərəfindən maraqla qarşılandı.
NİLE-də
təşkil edilmiş fasiləsiz professional inkişaf
kurslarında CPD-də başlanğıc və son təşəbbüslər, mövcud təcrübə və perspektivlər,
ixtisasartırma və CPD-nin müqayisəsi,
CPD-də dilin yeri və
digər aktual mövzularda
Böyük Britaniya
mütəxəssisləri tərəfindən mühazirələr oxundu, həmçinin birgə müzakirələr
aparıldı.
Səfər
zamanı institutumuzun beynəlxalq əlaqələrinin
genişləndirilməsi məsələlərinə də xüsusi diqqət yetirildi.
Belə ki, NİLE-nin
rəhbərliyi ilə BPKİYİ arasında elm və təhsil sahəsində gələcək
əməkdaşlığın layihəsi müzakirə olundu və müsbət qərar qəbul edildi. Həmçinin
Albaniyanın Təhsilin İnkişafı İnstitutu
ilə əməkdaşlıq müqaviləsi imzalandı.
Müqavilə çərçivəsində tərəflər
elmi-pedaqoji kadr
potensialı, həmçinin maddi-texniki
bazalarından istifadə edərək elmi-tədqiqat, elmi-metodik məsləhət və informasiya, pedaqoji
kadrların və təhsil müəssisələrinin rəhbərlərinin ixtisaslarının
artırılması, Azərbaycanda və Albaniyada
beynəlxalq elmi konfransların,
simpoziumların, treninqlərin təşkili, yeni
pedaqoji texnologiyaların tətbiqi, müxtəlif beynəlxalq
təşkilatların maliyyə köməyi ilə təhsil
layihələrinin reallaşdırılmasında birgə iştirak edəcəklər.
Qeyd etmək yerinə
düşər ki, son
5 il ərzində Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Almaniya, Belarus, Böyük Britaniya, İtaliya, İspaniya, Finlandiya, Fransa, Latviya, Qazaxıstan,
Rusiya, Ukrayna və digər
ölkələrin 30-a qədər ali məktəbi
və elmi-tədqiqat mərkəzləri ilə elm
və təhsil sahəsində uğurlu əməkdaşlıq
edir. İnanırıq ki,
cari ildə əməkdaşlığımızın
coğrafiyası daha da
genişlənəcək və keyfiyyəti yüksələcəkdir.
Sevinc
QULİYEVA,
BPKİYİ-nin
Beynəlxalq
əlaqələr
şöbəsinin müdiri
Azərbaycan
müəllimi.- 2013.- 1 fevral.-
S.3.