"Müasir gənclik və İKT sahəsində
innovasiyalar" mövzusu müzakirə
olunub
Yanvarın 31-də Gənclər və
İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən
Gənclərin Problemləri üzrə Elmi-Araşdırmalar
Mərkəzinin təşkilatçılığı ilə
"Müasir gənclik və İKT sahəsində innovasiyalar"
mövzusunda "dəyirmi masa" keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbirdə çıxış edən
mərkəzin direktoru Qədəmşah Sadıqov dövlət
siyasətinin prioritet istiqamətlərindən birinə
çevrilən informasiya-kommunikasiya texnologiyalarının
(İKT) və yeni innovasiyaların tətbiqindən
danışmışdır.
Qeyd
olunmuşdur ki, dövlət başçısı İlham Əliyev
tərəfindən 2013-cü ilin Azərbaycanda
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi
bu proseslərin daha sürətlə inkişaf etməsi
üçün şərait yaradır.
Gənclər və idman nazirinin
müavini İntiqam Babayev ölkədə gənclər siyasəti
sahəsində mühüm fəaliyyət sənədi olan
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət
Proqramı"nda yeni texnologiyaların tətbiqini nəzərdə
tutan ayrı-ayrı bəndlərin olduğunu bildirmişdir.
Gənc nəslin
davamlı inkişafı istiqamətində innovasiyaların tətbiqinin
mühüm əhəmiyyət kəsb etdiyini deyən nazir
müavini gənclərin müasir texnologiyalardan istifadəsi
sahəsində bilik və bacarıqlarının
artırılması üçün maarifləndirmənin
vacibliyini qeyd etmişdir.
Dövlət orqanlarının,
qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin
nümayəndələrinin iştirakı ilə keçirilən
tədbirdə qanunvericiliyin tətbiqində İKT-nin rolundan,
elektron-hökumət və bu resurslardan istifadənin zəruriliyindən
bəhs olunmuşdur. Təhsil sistemində elektron
innovasiyaların tətbiqindən, "ASAN xidmət" mərkəzlərinin
yaradılmasının əhəmiyyətindən
danışılmış, sosial şəbəkələr
vasitəsi ilə göstərilən xidmətlərdən gənclərin
səmərəli faydalanmasının vacibliyi
vurğulanmışdır.
Azərbaycan
müəllimi.- 2013.- 1 fevral.- S.3.