ADU-nun rektoru Türkiyənin ölkəmizdəki səfiri ilə görüşdü
Yanvarın
29-da Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin
deputatı, professor Səməd Seyidov Türkiyənin Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Alper Coşkunu qəbul etdi. Qonağı salamlayan
rektor Səməd Seyidov
onu universitetdə görməkdən məmnun
olduğunu bildirdi. Rektor
Türkiyə ilə Azərbaycan arasında əlaqələrin
dostluq və qardaşlıq münasibətləri
müstəvisində inkişaf etdiyini vurğuladı. Ümummilli
lider Heydər Əliyevin "Bir millət, iki dövlət"
müdrik kəlamını xatırladan rektor Səməd Seyidov
keçən il ADU-da
keçirilən konfransı xatırladaraq universitetin TİKA ilə əməkdaşlığa
əhəmiyyət verdiyini bildirdi. Səməd Seyidov
Azərbaycanda bu ilin informasiya-kommunikasiya texnologiyaları ili elan olunduğunu
xatırlatdı və bu baxımdan elektron universitetin
yaradılmasının aktuallıq kəsb etdiyini
dedi. Təhsil sistemində İKT-nin
inkişafını vacib sayan
rektor Səməd Seyidov
ADU-da bu məsələyə
böyük diqqət olduğunu
vurğuladı və İnternet layihələrinin
həyata keçirilməsini böyük
bir addım adlandırdı.
Səfir
Alper Coşkun ADU-da olmaqdan məmnunluğunu
dilə gətirdi. O, Türkiyə səfirliyi olaraq
ADU ilə əməkdaşlığa maraq
göstərdiklərini bildirdi. Səfir
Türkiyə-Azərbaycan dostluğunun iki ölkə arasında mühüm
əhəmiyyət kəsb etdiyini dedi.
Görüşdə
Azərbaycan-Türkiyə münasibətləri, universitetlərarası
gələcək əməkdaşlıq perspektivləri, birgə
konfransların təşkili haqqında fikir
mübadiləsi aparıldı.
ADU-nun
Mətbuat xidməti
Azərbaycan
müəllimi.- 2013.- 8 fevral.- S.2.