Xəzər Universiteti Türkiyənin daha iki universiteti ilə əlaqələr qurdu
Xəzər Universitetinin təsisçisi,
Direktorlar və Qəyyumlar Şurasının
sədri, professor Hamlet İsaxanlı
və universitetin ictimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli yanvarın
26-dan fevralın 2-dək Türkiyədə
olmuşlar.
Universitetin mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər
ki, Balıkəsir, Çanaqqala 18 Mart və Uludağ universitetlərinin
rəhbərləri ilə
keçirilən görüşlərdə
H.İsaxanlı Xəzər
Universitetinin fəaliyyəti,
beynəlxalq əlaqələri
və qazandığı
uğurlardan danışmışdır.
Görüşlərdə, həmçinin, universitetlər arasında
anlaşma protokolları
imzalanmışdır.
Xəzər Universitetinin nümayəndələri həmçinin
Balıkəsir vilayətinin,
Çanaqqala və
Bursa şəhərlərinin görməli yerlərini gəzmiş, bir sıra dövlət qurumlarında olmuşlar.
Səfər çərçivəsində
H.İsaxanlı və
Ə.Əmirbəyli Çanaqqalada
yerləşən möhtəşəm
"Çanakkale Destanı"
xatirə kompleksində
Birinci Dünya müharibəsində şəhid
olmuş türk və azərbaycanlı əsgərlərin məzarlarını
ziyarət etmişlər.
Azərbaycan müəllimi.- 2013.- 8 fevral.- S.2.