Uşaqların
əl işlərindən ibarət rəsm sərgisi
Fevralın
1-də Bakıdakı "Buggy Bug" Uşaq Tədris Əyləncə
Mərkəzində 4-12 yaşlı uşaqların əl
işlərindən ibarət rəsm sərgisi keçirildi. Sərgidə mərkəzin
müəllimləri, dərnək rəhbərləri, dərnək
üzvləri, valideynlər və digər şəxslər iştirak edirdilər. Öncə
iştirakçılar dərnək üzvlərinin əl
işlərindən ibarət sərgiyə baxış
keçirdilər.
Tədbirdə
çıxış edən "Buggy Bug" Uşaq Tədris Əyləncə
Mərkəzinin təsisçisi və direktoru
Aysu Bayramzadə
iştirakçıları salamlayaraq sərginin
böyük əhəmiyyət kəsb etdiyini və dərnək üzvlərinin
bacarıq və qabiliyyətlərinin aşkara
çıxarılmasında mühüm rol oynadığını nəzərə çatdırdı. Mərkəzin
qısa müddət ərzində fəaliyyətə
başlamasına baxmayaraq yüksək nəticələr
əldə olunduğunu nəzərə
çatdıran A.Bayramzadə qeyd etdi ki, mərkəz öz işini xüsusi istedada malik uşaq və gənclərin
yaradıcılıq potensialının inkişafı
istiqamətində qurur.
Tədbirdə
iştitak edən valideynlər mərkəzdə
yaradılan şəraitdən məmnunluq hissi
keçirdiklərini bildirdilər. Mərkəzin işini yüksək qiymətləndirən
valideynlər belə sərgilərin keçirilməsinin
faydalı olduğunu söylədilər
və mərkəzə gələcək fəaliyyətlərində
uğurlar arzuladılar.
Sonda sərgidə fərqlənən
dərnək üzvlərinə hədiyyələr verildi. Xatirə şəkli çəkildi.
Azərbaycan
müəllimi.- 2013.- 8 fevral.- S.3.