Azərbaycan
Müəllimlər İnstitutu Tələbə Gənclər Təşkilatı diplomla təltif olundu
1996-cı
il fevral ayının 2-də ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə Bakıda müstəqil Azərbaycan
Respublikası gənclərinin I Forumu keçirildi. Həmin
günün əhəmiyyətini nəzərə alaraq, 2
fevral tarixi Azərbaycan Gəncləri Günü kimi elan edilərək
milli tariximizə yazıldı. O vaxtdan başlayaraq hər il
Azərbaycan Gəncləri Gününün respublikada
geniş şəkildə qeyd olunması məqsədilə
müxtəlif tədbirlər həyata keçirilir.
2013-cü ildə də gənclərin
iştirakı ilə bir sıra tədbirlər həyata
keçirildi. Bu tarixi günün gənclər arasında
geniş şəkildə qeyd olunması məqsədilə təşkil
edilmiş tədbirlər fevralın 2-də Buta Palasda
keçirilən yaradıcı gənclərin
mükafatlandırılması mərasimi ilə yekunlaşdı. Qeyd edək ki, hər il 2 fevral - Azərbaycan
Gəncləri Günü ərəfəsində elm, texnika,
təhsil, mədəniyyət və incəsənət sahəsində
nailiyyətlər qazanmış, respublikamızı xarici
ölkələrdə yüksək səviyyədə təmsil
etmiş istedadlı və yaradıcı gənclər Gənclər
və İdman Nazirliyi tərəfindən təsis edilmiş
"Gənclər mükafatı" ilə təltif edilir.
2012-ci ildəki uğurlu fəaliyyətinə
görə bir sıra gənclər və tələbə gənclər
təşkilatları da təltif olundu. Fevralın 2-də Azərbaycan
Müəllimlər İnstitutunun (AMİ) Tələbə Gənclər
Təşkilatı (TGT) 2012-ci ildəki uğurlu fəaliyyətinə
görə gənclər və idman naziri Azad Rəhimov tərəfindən
diplomla təltif olundu. Diplom AMİ-nin Tələbə Gənclər
Təşkilatının sədri Nərmin Ərəbliyə
təqdim edildi.
Qeyd edək ki, AMİ-nin TGT 2005-ci ildə
təsis edilmişdir. TGT ümumi maraqlar və
könüllülük prinsipi əsasında birləşən
tələbələrin ictimai həyatda fəal
iştirakını təmin edir. Azərbaycan Müəllimlər
İnstitutunun gənc tələbələrinin bütün təşəbbüsləri
institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə
Naxçıvanlı tərəfindən daim dəstəklənir
və onların fəaliyyəti üçün geniş
şərait yaradılır.
Son bir ildə AMİ TGT-nin təşkilatçılığı
ilə tələbələrimiz ali məktəb tələbələri
arasında, institutdaxili müsabiqələrin, bir neçə
intellektual və idman yarışının keçirilməsində,
eləcə də müxtəlif respublika, şəhər və
rayon tədbirlərində çox fəal iştirak edib,
diplom və fəxri fərmanlarla təltif olunub. Təşkilatın
yeni strukturuna əsasən Elm və təhsil, İdman,
İctimaiyyətlə əlaqələr, Beynəlxalq əlaqələr,
İnsan resursları departamentləri, Ekoklub, Ümumi
şöbə yaradılıb. Tələbə
dostlarımıza yeni-yeni nailiyyətlər arzulayırıq.
AMİ-nin
Tələbə Gənclər Təşkilatı
Azərbaycan
müəllimi.- 2013.- 8 fevral.- S.3.