"Elektron təhsil"
zamanın tələbidir
Təbiətin, bəlkə də bütün kainatın
ən qiymətli sirri
insanın
düşünmək
imkanı əldə etməsidir. İnsanın sinir
sisteminin başqa canlıların sinir
sistemindən
mühüm
üstünlüyü düşünmək və
dərk etmək üstünlüyüdür.
Bu imkanı qazandığı gündən insan
bir sıra suallara
cavablar axtarmış,
müasirləşmiş, inkişaf
edib formalaşmışdır. "Elm" adlı
anlayış bəşər həyatına daxil olan
gündən insanlar
müxtəlif düşüncələrlə yaşamışdir. Bu da
insanı və cəmiyyəti təkamülə
aparmışdır.
Elmin
imkanı artdıqca keçmişin öyrənilmə dərinliyi artır, gələcəyə istiqamət, hadisələrin məzmun
və mahiyyətini dərk
etmək zəruriyyəti böyük əhəmiyyət kəsb
edir. Cəmiyyət inkişaf
etdikcə insanların informasiya
dairəsi genişlənir.
Təbii olaraq öyrənmə və
öyrətmə
strategiyası
müvafiq olaraq formasını dəyişmiş, daha mütəşəkkil, sistemli xarakter
almışdır. Hazırda Azərbaycanda baş
verən yeni ictimai-siyasi hadisələr, yeni inkişaf
yolu təhsilin yeniləşməsi ehtiyacını daha
da
aktuallaşdırmışdır. Bu baxımdan Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli
Kurikulumu) fənlər
üzrə ümumi təlimin
nəticələrini (standartlarını) müəyyənləşdirməklə
bir növ sistemli
yanaşmada açar
rolunu oynadı. Öyrənmək sadəcə
üsullar toplusundan ibarət deyildir. Aparılan
araşdırmalar göstərir ki,
dərsin məzmununu əhatə edən və öyrənilənlərin
faydalı şəkildə tətbiq olunduğu dərslər
yaxşı planlaşdırılmış və aydın məqsədi
olan fəal dərslərdir. Belə dərslərdə şagirdlər özlərini
yaxşı ifadə edə və düşündüklərini
çox rahat şəkildə səsləndirə bilirlər.
Tarix hər
bir zaman özünə uyğun yeni düşüncə tərzini
yaradır. İnsanın təfəkküründə
oyanış təbilini həmişə zaman
özü çalmışdır. XIII əsrdə
humanizmə qayıdış humanitar təfəkkürü
formalaşdırıb. XIX əsrdə Allaha qayıdış
Allah fəlsəfəsinin
predmeti olub. XX əsrdə çox oxumaq yox, oxuduğunu
anlamaq, dərketmə fəlsəfəsi, XX əsrin sonu XXI əsrin
əvvəlində yaradıcı təfəkkürün oyanış mərhələsi,
XXI əsrdə yaradıcı təfəkkürün
inkişafı fəlsəfəsi formalaşmışdır.
Ona görə Azərbaycan
Respublikasının Prezidenti cənab
İlham Əliyevin 17 aprel 2006-cı il tarixli 1414 nömrəli
sərəncamı ilə təsdiq olunmuş "Xüsusi
istedada malik uşaqların yaradıcılıq potensialının
inkişafı üzrə Dövlət Proqramı"nın
reallaşması çərçivəsində 2010-cu il
sentyabrın 7-də Lənkəran şəhər 6 nömrəli
tam orta məktəbdə lisey
yaradılmışdır. Qeyd olunan sərəncam ölkə
Prezidentinin "Neft
kapitalını insan kapitalına çevirmək" fikrinin təcəssümüdür.
Xüsusi istedada malik şagirdlərin potensial
imkanlarının inkişafı istiqamətində
görülən işlər uzaqgörən bir siyasətin nəticəsidir.
Təhsildə
informasiya texnologiyalarının tətbiqi ilə bağlı
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" bütün ölkədə olduğu kimi, təhsil
ocağımızda da elektron məktəb layihəsinin
reallaşmasına imkan yaratmışdır. Dövlətimiz
bu məqsədlə şagirdlərimizin
istifadəsi üçün məktəbə 58 ədəd
kompüter, 12 ədəd proyektor və 13 noutbuk dəsti, 30 şagirdə netbuk vermişdir. Nəticədə
məktəblərimizdə kompüter-şagird nisbəti əvvəlki
illərə nisbətən artaraq 1:4
nisbətinə çatmışdır. Bütün
müəllimlərimiz İKT üzrə təlim kursundan
keçmişdir. Fənlər üzrə elektron tədris
resursları hazırlanmış və istifadə
olunmaqdadır. Artıq respublikamızda "Elektron məktəb" layihəsi
reallaşmışdır. Məktəbimiz İnternetə tam
qoşulmuşdur. Şagirdlərimiz bu imkandan lazımi səviyyədə
istifadə edirlər. Tədris prosesində əldə
olunmuş biliklərlə yanaşı, onlar informasiya təminatının
böyük bir hissəsini
İnternetdən alırlar.
Müəllimlərimiz
İKT bacarıqlarına yiyələnmək
üçün çevik sistem bazasının yaradılmasına nail olurlar. Hər
bir sinif otağı 1 noutbuk və 1 proyektorla təmin
edilmişdir. İKT əsaslı fərdiləşmış
təhsilin formalaşdırılması məqsədi ilə
"1 şagird-1 kompüter" layihəsinə
qoşulmuşuq, növbəti ildə müsabiqədə
iştirakımızın təmin olunmasına
çalışarıq. Lisey
siniflərinin hər bir şagirdinə bir netbuk verilmişdir.
Həmin şagirdlər və onların valideynləri onlara
paylanmış istifadəçi adlar, kodlar vasitəsi ilə
şagird gündəlikləri, eyni zamanda jurnaldakı qiymətlərlə
tanış ola bilərlər.
Bunun üçün şagird, müəllim və valideynlərlə
maarifləndirmə işi lazımi səviyyədə
aparılmışdır.
2011-2012-ci
tədris ilində istedadlı şagirdləri vaxtında
aşkar etmək üçün rayonumuzda seçim tədbirləri
təşkil olunmuşdur. Bu tədbirləri
nəticəsində rayon məktəblərinin
400 nəfərinin içərisindən üç beşinci
sinif təşkil olunmuşdur. Seçim tədbirlərində
xüsusi nailiyyətlərinə görə fərqlənənlərin təltif olunması
üçün fəxri fərmanlar təsis olunmuşdur.
Lisey siniflərinə qəbul
imtahanları Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə
şöbəsi tərəfindən keçirilənə qədər
məktəbimizdə iki dəfə
sınaq imtahanları aparılmışdır.
İstedadlı uşaqları əhatə edən məlumat
bankı yaradılmışdır.
Lisey siniflərinin şəbəkəsinin genişləndirilməsi
məqsədi ilə müvafiq işlər
görülmüş, tədris-metodik təminat xeyli
yaxşılaşdırılmışdır. Məqsədimiz istedadlı uşaqlarla iş sahəsində
səmərəli fəaliyyət sisteminin
yaradılmasıdır.
Professor
Əbdül Əlizadənin təbirincə desək, "XXI
yüzillik ağlın, intellektin təntənəsi əsridir".
Müstəqillik yoluna çıxmış
respublikamızın milli mənafeyi Azərbaycan məktəbinin,
ilk növbədə məhz ağıl, intellekt ocağı
olmasını tələb edir. Müasir "məktəb
Prometey missiyasını yerinə yetirir". Bu yanaşma "Elektron məktəb"
sistemində şagirdlərin təfəkkürünə
yönəlmiş təlimin qayəsini təşkil edir. İstedadlı uşaqlar həmişə
dünyanın sirləri ilə köklənmiş həqiqəti
axtarırlar. Onların bu həqiqətə
çatmaları üçün məktəb istedadın üzə
çıxarılması, onların intellektual
imkanlarının inkişaf etdirilməsi funksiyasını
yerinə yetirməklə yanaşı, həm də
xalqımızın milli mənəvi dəyərlərimizlə
bağlı həqiqətlərin axtarışında bələdçi olmalıdır.
Təhsilli bir cəmiyyətdə
biliyi vermək və onu əldə etmək prosesinə
rəhbərlik etməyi öhdəsinə götürən
müəllim, biliyi seçməkdə mütəxəssis
olmaq məcburiyyətində olmalıdır. Bu məqsədlə
məktəbdə müəllimlərin "İnkişaf
kartı" yaradılmışdır. Onlar ayda bir dəfə
öz fəaliyyətləri barədə məlumatı məktəb
rəhbərliyinin elektron poçtuna göndərir. Müəllimlərin
metodik təminatı müntəzəm olaraq təkmilləşdirilir.
Bu baxımdan məktəbdə
keçirilən tədbirlər istər müəllimlərin,
istərsə də şagirdlərin həyatına yeni
yanaşmaların, yeni kompetensiyaların daxil olmasına
geniş imkanlar yaradır.
Təhsil
davamlı bir prosesdir. Ölkəmizdə bu proses yüksələn
xətt üzrə inkişaf edir. Təhsilimizdə öyrədici
mühit formalaşmışdır. Daim öyrənən cəmiyyətin
müəllimi ömür boyu
şagird olmalıdır.
Düşüncənin fəaliyyətə çevrilməsində
texnologiyaların rolu əvəzsiz olsa da, zaman keçdikcə
bu formula yaradıcı düşüncə ilə təkmilləşdirilir.
Bu texnologiyaların tədris prosesinə tətbiqi
tədris prosesinin intensivləşməsində müstəsna
rola malikdir. Bu sahədə
toplanmış təcrübəni bölüşmək,
aparılan araşdırmaların nəticələri ilə
tanış olmaq məqsədilə ötən il dekabrın
22-də məktəbimizdə
"Şagirdlərin yaradıcı təfəkkürünün
inkişafı problemləri" üzrə I Respublika
elmi-metodiki konfrans keçirilmiş, konfransda bütün rayon
məktəblərinin nümayəndələri, ADPU-nun
dosentləri Fəxrəddin Yusifov və Pəri Paşayeva, Gəncə,
Sumqayıt ŞTŞ-lərinin nümayəndələri
iştirak etmiş, Bakı Avropa Liseyi, Heydər Əliyev
adına liseyin məktəbliləri ilə videobağlantı
yaradılmışdır. Konfransda
20 tədqiqat mövzusunu şagird tədqiqatçılar
təqdim etdilər.Təqdimatlar plenar və bölmə
iclaslarında oldu. Bütün təqdimatlar elektron versiyalarla,
elektron resurslarla təqdim olunurdu. Müzakirələr "Təbiət elmləri
şagirdlərin yaradıcı təfəkkürünün
inkişafında", "Humanitar elmlər şagirdlərin
yaradıcı təfəkkürünün
inkişafında", "Yaradıcı təfəkkürə
əsaslanan yanaşma", "Yaradıcı təfəkkürün
inkişafında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi"
bölmələrində davam
etdirildi. Şagirdlərimizdən Kənan Həsənli
"Yer kürəsi və ətraf mühitin səs-küylə
çirklənməsi, səsin dünyaya təsiri"mövzusunda,
Tünzalə Mirzəzadə "Azərbaycan neftinin
inkişaf mərhələləri", Leyla Məhərrəmova
"Yaşıl gələcək, yaşıllıqlarla gələcək", Fidan Məhərrəmova
"İKT-nin informasiya mübadiləsində rolu", Sevər
Abasova "Ətraf mühitin tənzimlənməsində su
dövranının rolu" mövzularında təqdimatlar
etdilər. Konfransın məqsədi bir tərəfdən
"Elektron məktəb"lərin
XXI əsrin tələbindən irəli gəlməsini
göstərmək idisə, digər tərəfdən tədris prosesini İKT-nin tətbiqi olmadan təsəvvür
etməyin qeyri-mümkünlüyünü, İKT-nin
yaradıcı təfəkkürün
inkişafında müstəsna
rolunu bir daha göstərmək,
o cümlədən cəmiyyətdə
idrakın hissi səviyyədən
məntiqi səviyyəyə keçməsini, təlim prosesinin
hədəfi olmasını əsaslandırmaq idi. Təqdimatların
əsas qayəsində həm də cəmiyyətdə
öyrənənlərın
öyrədənlərdən daha sürətlə dəyişməsini və məlumatlı
olmasını göstərmək dururdu. Ona görə də
öyrədənlər şagirdlərə ifrat deyil, zəruri
kömək göstərməli, onların nələri
öyrəndiklərinə, necə düşündüklərinə,
necə araşdırma apardıqlarına və öyrənmə
prosesində necə ünsiyyətdə olduqlarına daim diqqət
yetirməlidirlər. Bu reallıqlar şagirdlərin artan tələbatından
irəli gəlir. Tədbirin davamında qonaqlar müxtəlif
mövzularda çıxışlar edib,
qarşılıqlı fikir mübadiləsi apardılar.
Məktəbimizdə "Məktəb
uşağın dostudur" layihəsi çərçivəsində kurikulumun tətbiqi vəziyyəti ilə bağlı
"açıq dərs"lər keçirildi. Dərslər
yeni fənn kurikulumunun tətbiq olunduğu ibtidai və
beşinci siniflər daxil olmaqla müəssisəmizin digər
siniflərində təşkil edildi. "Səmərəli məktəb"
layihəsi çərçivəsində Latviya məktəblərinin
təəssüratlarına həsr olunmuş elmi-praktik
konfrans keçirildi. Konfransda Lənkəran ŞTŞ-nin
nümayəndələri, həmin layihədə iştirak
edən məktəblərin, Lənkəran şəhər 4
nömrəli məktəbin müəllimləri iştirak
etdilər. Layihə çərçivəsində
"açıq dərs"lərimiz oldu. Tədbirdə və
"açıq dərs"lərdə layihənin rəhbəri Elmina
Kazımzadə və Havva Əzizova
iştirak etdilər.
Yeri gəlmişkən qeyd edim ki,
2011-2012-ci tədris ilinin nəticələrinə əsasən
XI sinfi bitirən məzunlarımızın hamısı tam
orta təhsil üzrə attestat almış, 50%-i ali məktəblərə
daxil olmuşdur. Sonda onu da qeyd edim ki, toxunduğum fikirlərdə
XXI əsr təhsilinin əsas hədəfləri olan elektron təhsili,
qiymətləndirmə , şagirdyönümlü təhsil,
yeni təlim texnologiyaları və digər məsələlər öz əksini tapsa da, müasir düşüncə tərzi
baxımından fikirlərimizin təkmilləşməsinə
ehtiyac vardır.
Akif XALIQOV,
Lənkəran
şəhər 6 nömrəli tam
orta məktəb-liseyin
direktoru
Azərbaycan
müəllimi.- 2013.- 8 fevral.- S.6.