Şamaxı
idmanının fəxri
Bu
yaxınlarda bir şad
xəbər Şamaxı pedaqoji ictimaiyyəti
və idmançılarının sevincinə səbəb oldu. Belə ki,
Şamaxı Rayon Təhsil Şöbəsində
40 ilə yaxın bədən tərbiyəsi və idman üzrə metodist vəzifəsində
çalışan vətən təəssübkeşli Əhliman
Qəhrəmanov Azərbaycan Respublikasının fəxri bədən
tərbiyəsi və idman işçisi
fəxri adına layiq görüldü.
1946-cı il dekabrın 16-da
Şamaxı şəhərində anadan olmuş Qəhrəmanov
Əhliman Əliş oğlunun həyat yolunun olduqca zəngin,
maraqlı və rəngarəng olmasının bir səbəbi
uşaqlıqdan taleyini idmana həsr etməsi ilə
bağlıdır.
O vaxtlar S.M.Qənizadə adına şəhər
1 nömrəli orta məktəbin VII sinfində oxuyan Ə.Qəhrəmanovun
idmana olan marağını hiss edən təcrübəli bədən
tərbiyəsi üzrə müəllim-məşqçi Həsənağa
Xudaverdiyev onu güləş dərnəyinə cəlb etdi.
Gərgin məşqlərdən sonra sərbəst güləş
növündə sinif yoldaşlarından seçilən
yeniyetmə Əhliman yarışlarda xüsusən fərqlənir,
idman dərəcələrini artırır, yeni-yeni
uğurlar qazanır.
Çox keçmir ki, gənc Əhliman
həyatını birdəfəlik idmana bağlayır. Beləcə
gərgin məşqlər, arzu və məqsədlər
qol-qanad açır, uğurlara zəmin yaranır.
1966-cı ildə Azərbaycan Dövlət
Bədən Tərbiyəsi İnstitutunun pedaqogika fakültəsinə
daxil olmaqla gənc Əhliman üçün böyük
arenaya meydan açılır. Əsl həyat da buradan
başlanır.
Tələbələrin sərbəst
güləş üzrə yarışlarında dəfələrlə
1-ci yer tutan Əhliman Qəhrəmanov 1968-ci ildə
SSRİ idman ustası
normasını müvəffəqiyyətlə yerinə
yetirir. Bundan sonra gənc Əhliman daha da şöhrətlənir
və Şamaxıda məşhur bir idmançı kimi
sevilir.
Kənd Könüllü İdman Cəmiyyətində
25 ilə qədər idmanın sərbəst güləş
növü ilə məşğul olan Ə.Qəhrəmanov
Bakı, Gəncə və Sumqayıt şəhərlərində
keçirilən mötəbər yarışlarda 1-3-cü
yerləri tutmaqla vətən təəssübkeşli
oğul kimi Şamaxı idmanını daha da şöhrətləndirir.
Bundan sonra Ə.Qəhrəmanovun idman sorağı SSRİ-nin
digər şəhərlərindən gəlməyə
başlayır.
Belə ki, tanınmış Azərbaycan
idmançısı Ə.Qəhrəmanovun Leninqrad (indiki Sankt-Peterburq) şəhərində
İvan Poddubinin şərəfinə keçirilən
yunan-Roma güləşindəki turnirdə
mükafatlandırıcı yer tutması və qiymətli
mükafat alması onu bir məşhur idmançı kimi təsdiqlədi.
Şamaxıda Əhliman müəllim
artıq bir məşqçi kimi gərgin
çalışır, gələcəyin məşhur
idmançılarını yetişdirməyə ciddi səy
göstərir.
O, Şamaxıda adlı-sanlı
idmançılar - dünya çempionları Bahadur Mirzəliyev,
Telman Xəlilov, Qahir Mahmudov, Telman Məmmədyarov və
Qüdrət Məmmədyarov kimi SSRİ idman
ustalarının yetişməsində də az əmək sərf
etməmişdir.
Əhliman müəllimin həyat salnaməsində
1969-cu ildən pedaqoji fəaliyyətə
başladığı Leninabad kənd orta, Şamaxı Kənd
Təsərrüfatı, Şamaxı Tibb Texnikumu və uzun illər şəhər
1 nömrəli orta məktəbində işlədiyi
dövrlər tanınmış idmançının ən
gözəl, rəngarəng al-əlvan günlərinin
müjdəçisi olmuşdur.
Əhliman Qəhrəmanovun
tanınmış bir idmançı kimi səs-sorağı
rayon rəhbərliyinin diqqətindən yayınmır və
o, 1975-ci ildə Şamaxı Rayon Xalq Maarif Şöbəsinə
ixtisası üzrə metodist təyin olunub.
Əhliman müəllim həm də
ehtiyatda olan zabit kimi 20 ildən çoxdur ki, Şamaxı Rayon
Təhsil Şöbəsində çağırışaqədərki
və fiziki tərbiyə işlərini əlavə olaraq
aparır və gənclərimizin vətənə məhəbbət
və hərbi hazırlıq tərbiyəsində xüsusi səy
göstərir, təəssübkeş vətən oğlu
kimi ümumtəhsil məktəblərində hərbi
hazırlıq dərslərinin yüksək səviyyədə
tədris edilməsi üçün qüvvə və
bacarığını əsirgəmir.
Gözəl insan, pedaqoq Əhliman müəllim
hazırlıqlı bir metodist kimi Şamaxıda idman ənənələrinin
yaşaması, yeni-yeni qələbələrin əldə
edilməsi naminə daima məqsədyönlü tədbirlər
həyata keçirmişdir. Belə ki, o, məktəblərdə
sadə idman qurğularının yaradılması, müasir
tipli idman zallarının maddi-texniki bazasının möhkəmləndirilməsi
üçün əməli işlər görmüş, məktəblilərin
rayon və zona spartakiadalarının mütəşəkkil
şəkildə keçirilməsinə nail olmuş, gərgin
əməyi sayəsində hərbi hazırlıq müəllimlərinin
vaxtaşırı toplantılarını və praktik tədbirlərini
həyata keçirmişdir. Həmçinin o, idman müəllimləri
və hərbi hazırlıq fənlərini tədris edən
və ehtiyatda olan hərbçilərin ixtisasartırma
kurslarından vaxtında keçirilməsinə nail olmuş,
ixtisası üzrə müəllimlərə lazımi səviyyədə
elmi-metodiki köməkliklər göstərmişdir.
Əhliman müəllimin əməyi həmişə
yüksək qiymətləndirilib. O, bir çox mükafatlara
- diplomlara, fəxri fərmanlara, fəxri adlara layiq
görülmüşdür.
Əhliman müəllimi yeni bir fəxri
ada - Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi
və idman işçisi adına layiq görülməsi
münasibəti ilə Şamaxı idmançıları
çoxsaylı pedaqoji ictimaiyyəti adından ürəkdən
təbrik edir, ona uzun ömür, möhkəm
cansağlığı, ailə xoşbəxtliyi arzusu ilə
Şamaxı idmanının tərəqqisi naminə gənc
nəslə həmişə yardımçı
olmasını istərdik.
Ədalət
MƏMMƏDOV,
Şamaxı
RTŞ-ın aparıcı məsləhətçisi
Azərbaycan
müəllimi.- 2013.- 8 fevral.- S.7.