"Sehrbaz qadın" tamaşası maraqla qarşılanıb
A.Şaiq adına Azərbaycan
Dövlət Kukla
Teatrında dünya
uşaq ədəbiyyatının korifeyi, məşhur Fransa
yazıçısı S.Perronun
eyniadlı nağılı əsasında Ələsgər Qurbanovun
səhnələşdirdiyi "Sehrbaz
qadın" adlı tamaşanın
premyerası olmuşdur. Balaca tamaşaçılar tərəfindən
maraqla qarşılanan bu
yeni səhnə
əsərinin quruluşunu gənc və
istedadlı rejissor Anar
Məmmədov vermişdir. Onu da qeyd
edək ki, "Sehrbaz
qadın" Mingəçevir Dövlət Dram
Teatrının aktyorlarının ifasında da
tamaşaya qoyulmuşdur.
Ə.Qurbanov bir neçə orijinal və tərcümə etdiyi
səhnə əsərlərinin müəllifidir. Belə ki, "Azadın qoçaqlığı"
və "Kələkbaz" nağıl pyesləri Salyan Dövlət Kukla
Teatrında, "Ceyranı oğurladılar və ya ayı balasının
qoçaqlığı" pyesi Gəncə
Dövlət Dram Teatrında göstərilmişdir.
Bundan başqa onun tərcümə
etdiyi məşhur gürcü
dramaturqu Otia İoselianinin "Kaş araba
aşmayaydı" tragikomediyası Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, görkəmli Amerika yazıçısı Con
Qolsiorsinin "Birincilər və sonuncular" adlı psixoloji
dramı Sumqayıt Dövlət
Musiqili Dram
Teatrında tamaşaya qoyulub.
"Kaş araba
aşmayaydı" və "Birincilər və sonuncular" tamaşaları Türkiyədə keçirilən beynəlxalq teatr festivalında uğur
qazanmış, diplomlara, mükafatlara
layiq görülmüşdür.
Müəllif
bu günlərdə Çexiya dramaturqu Karel Çarekin "Ağ xəstəlik"
psixoloji dramını tərcümə etmişdir.
Sifai
SƏFƏROVA
Azərbaycan
müəllimi.- 2013.- 8 fevral.- S.7.