Uşaq-gənclər
idman və şahmat məktəblərinin yetirmələri
beynəlxalq və ölkə səviyyəli yarışlarda
654 medal qazanıblar
Təhsil Nazirliyi sistemində fəaliyyət
göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin
yetirmələri 2012-ci ildə respublika yarışlarında,
Avropa və dünya çempionatlarında, digər beynəlxalq
turnirlərdə iştirak edərək yüksək nəticələr
qazanmışlar.
Təhsil Nazirliyinin Tərbiyə və
məktəbdənkənar müəssisələrlə
iş şöbəsinin müdiri Ağababa İbrahimovdan
aldığımız məlumatda bildirilir ki, ötən il məktəblilər
ümumilikdə 654 medala sahib olmuşlar. Bu medalların
274-ü qızıl, 189-u gümüş, 191-i
bürüncdür.
Respublika birincilik, çempionat və
kubok yarışlarında müxtəlif idman növləri
üzrə qazanılmış 557 medalın 219-u
qızıl, 172-si gümüş, 166-sı bürünc,
beynəlxalq yarışlarda əldə olunmuş 97
medalın isə 55-i qızıl, 17-si gümüş, 25-i isə
bürüncdür.
Azərbaycan
müəllimi.- 2013.- 8 fevral.- S.7.