ADU-nun Polşa universitetləri ilə əlaqələri genişlənir
Fevralın
7-də Azərbaycan Dillər Universitetinin
rektoru, Milli Məclisin
deputatı, professor Səməd Seyidov Polşa
Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Mikal Labenda ilə görüşdü.
Rektor Səməd Seyidov ADU-nun
regionşünaslıq və beynəlxalq münasibətlər
fakültəsində tələbələrin polyak
dilinə böyük maraq
göstərdiklərini və yüksək bilik
və bacarıq nümayiş etdirdiklərini
vurğuladı. Səməd Seyidov
hazırda fakültədə ikinci xarici dil kimi polyak dilinin tədrisinin uğurla aparıldığını dedi. Rektor bununla
yanaşı, tələbələrin Polşanın siyasi sistemi, tarixi və mədəniyyətini də
yaxından öyrəndiklərini bildirdi.
Səfir
Mikal Labenda ölkələrimiz
arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsindən məmnunluğunu
bildirdi. Bu istiqamətdə
ADU ilə əməkdaşlığın geniş
potensialının olduğunu nəzərə
çatdırdı. Diplomat Polşa universitetləri və ADU arasında əməkdaşlıq
perspektivlərinin genişlənməsindən
razılığını ifadə etdi. Mikal Labenda polyak
dilinin universitetdə tədrisinin daha da yüksəlməsində
maraqlı olduqlarını vurğuladı. O, Polşa
səfirliyi ilə ADU-nun əməkdaşlığından
məmnunluğunu dilə gətirdi.
Sonra səfir Polşanın Sileziya Universitetindən ADU-ya
göndərilən kitabları rektora təqdim
etdi.
Görüşdə,
həmçinin ADU-nun digər Polşa universitetləri ilə əlaqələri,
regionşünaslıq və beynəlxalq münasibətlər
fakültəsində polyak dilinin tədrisinin genişlənməsi ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan
müəllimi.- 2013.- 15 fevral.- S.4.