"Məhsəti
Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi
haqqında"
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 16
yanvar 2013-cü il tarixli, 2663 nömrəli Sərəncamının
icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan poeziyasının tanınmış nümayəndəsi,
parlaq bədii istedada malik söz
sənətkarı Məhsəti
Gəncəvinin yaradıcılığının 900 illik
yubileyinin keçirilməsinə dair Azərbaycan
Respublikası Təhsil Nazirliyinin
Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikasının təhsil
naziri, eləcə də Bakı Şəhəri üzrə
Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil
İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin
müdirləri, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili
müəssisələrinin rəhbərləri Tədbirlər
Planının icrasını təmin etsinlər.
3. Müəssisələrin rəhbərlərinə Tədbirlər
Planının icrasının təmin edilməsi və
görülmüş işlər haqqında məlumatın
30 aprel 2013-cü il tarixinə qədər
Təhsil Nazirliyinə təqdim edilməsi
tapşırılsın.
4. İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) əmrin və Tədbirlər
Planının "Azərbaycan müəllimi" qəzetində
dərc olunmasını və Təhsil Nazirliyinin İnternet səhifəsində
yerləşdirilməsini təmin etsin.
5. Ümumi şöbə (X.Fərəcov) əmr və
Tədbirlər Planının çoxaldılıb yerlərə
çatdırılmasını
təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini
Q.Novruzova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
14 fevral 2013-cü il
Azərbaycan
müəllimi.- 2013.- 22 fevral.- S.2.