"Ana dilimizi sevək, sevdirək" mövzusunda respublika müsabiqəsi

 

Fevralın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Dilimiz varlığımızdır" devizi altında məktəblilər arasında ənənəvi onuncu "Ana dilimizi sevək, sevdirək" mövzusunda respublika müsabiqəsinin yekun mərhələsi keçirildi. 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr edilən müsabiqə Təhsil Nazirliyinin dəstəyi ilə "Çağ" Öyrətim İşlətmələri Şirkətinin Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsi tərəfindən təşkil olunmuşdur.

Dövlət rəsmilərinin, millət vəkillərinin, xarici qonaqların iştirak etdikləri mərasim ulu öndər Heydər Əliyevin vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəman oğul qızlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması Azərbaycanın Dövlət himninin ifası ilə başlandı.

Açılış mərasimində çıxış edən "Çağ" Öyrətim İşlətmələri Şirkəti Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnaz müsabiqənin təşkili əhəmiyyətindən söz açaraq bildirdi ki, yarışma 2004-cü ilin fevral ayından başlayaraq hər il keçirilir YUNESKO-nun 1999-cu il noyabr ayında çağırılmış Baş konfransının 30-cu sessiyasında təsis olunmuş, 21 fevral 2000-ci ildən dil mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilən Beynəlxalq Ana Dili Gününə həsr olunur. Müsabiqənin keçirilməsində məqsəd keçmişdən bizə miras qalan, ən təkmil mükəmməl dil səviyyəsinə qalxmış, varlığımız, milli sərvətimiz olan ana dilimizi gənc nəslə sevdirmək gələcək nəsillərə çatdırmaqdır.

Çıxışında ümummilli lider Heydər Əliyevin ana dilimizin qorunmasında inkişafındakı əvəzsiz xidmətlərini xüsusi vurğulayan M.Kurnaz müdrik rəhbərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirdi. Dilimizin inkişafı onun dövlət dili səviyyəsinə yüksəldilməsi məqsədi ilə görülən işlərin, xüsusən ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin ana dilimizlə bağlı imzaladıqları sənədlərin əhəmiyyətindən danışan baş idarə rəisi bütün bunları nəzərə alan Azərbaycan-Türkiyə Özəl Liseylərinin pedaqoji kollektivlərinin 2003-cü ildə "Dilimiz varlığımızdır" devizi altında "Ana dilimizi sevək,  sevdirək" mövzusunda müsabiqə keçirməyi qərara aldıqlarını söylədi. Bildirdi ki, ilk illər "Çağ" Öyrətim İşlətmələri Şirkətinin liseylərinin "Qafqaz" gimnaziyasının şagirdləri arasında keçirilən müsabiqə sonralar respublika ictimaiyyəti pedaqoji kollektivlərin diqqətini cəlb etmiş get-gedə coğrafiyasını genişləndirərək ümumrespublika səviyyəli bir yarışa çevrilmişdir. Müsabiqənin təşkili keçirilməsində Təhsil Nazirliyindən hər zaman böyük dəstək aldıqlarını qeyd edən M.Kurnaz sayca 10-cu olan builki müsabiqənin üç mərhələdə (məktəbdaxili, rayon (şəhər) respublika), qrammatika, inşa yazı, şeir, musiqi, internet saytı kateqoriyaları üzrə təşkil olunduğunu söylədi. Bildirdi ki, ana dilimizə sonsuz sevgi məhəbbət hissləri ilə keçirilən müsabiqənin birinci ikinci mərhələləri artıq başa çatmış, ilk mərhələdə 1115 məktəbdən 38 min 428, ikinci mərhələdə isə 135 şagird iştirak etmişdir. Üçüncü mərhələyə  mahnı kateqoriyası üzrə 6, şeir kateqoriyası üzrə 5, qrammatika kateqoriyası üzrə 10, internet saytı hazırlamaq kateqoriyası üzrə  10 nəfər şagird vəsiqə almışdır.

M.Kurnaz diqqətə çatdırdı ki, qrammatika, inşa internet saytının hazırlanması kateqoriyaları üzrə final yarışlarına da artıq yekun vurulmuş, qaliblər müəyyənləşdirilmişdir.

Sonra şeir mahnı kateqoriyaları üzrə final yarışması başlandı. İştirakçılar növbə ilə səhnəyə çıxıb öz şeir mahnı nömrələrini ifa etdilər. Onların çıxışları respublikamızın tanınmış dilçilərindən, ədəbiyyat, incəsənət mədəniyyət nümayəndələrindən, pedaqoqlarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildi. Final mərhələsinin yekunlarına görə qrammatika kateqoriyası üzrə Bakı Özəl Türk Liseyinin şagirdi Emin Mustafayev I, Mingəçevir Özəl Türk Liseyinin şagirdi Üzeyir Səfərli II, Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Pakizə Abbasova III yerə, inşa kateqoriyası üzrə Mingəçevir şəhər 10 nömrəli tam orta məktəbin şagirdi Zeynəb Quliyeva I, Sumqayıt şəhər 43 nömrəli tam orta məktəbin şagirdi Aytac Hüseynova II, Quba Özəl Türk Liseyinin şagirdi Pərviz Quliyev III yerə, İnternet saytı kateqoriyası üzrə Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbin şagirdi Türkan Heydərova I, "Dədə Qorqud" Özəl Türk Liseyinin şagirdi Vüqar Məmmədov II, Şəki şəhər 18 nömrəli tam orta məktəbin şagirdi Nigah Səttarov III yerə, şeir kateqoriyası üzrə Bakı şəhər 20 nömrəli məktəb-liseyin şagirdi Türkan Məmmədova I, Gəncə şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Fidan Məmmədova II, Ağsu rayon 4 nömrəli tam orta məktəbin şagirdi Salatın Səmədova III yerə, mahnı kateqoriyası üzrə isə Bakı şəhər 220 nömrəli məktəb-liseyin şagirdi Aslan Əzimzadə I, Bərdə rayon Yeni Əyricə kənd tam orta məktəbinin şagirdi Zaur İsgəndərov II, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Səidə Batuşova III yerə layiq görüldülər.

Qaliblərə qızıl, gümüş, bürünc medallarla yanaşı, pul mükafatları xüsusi sertifikatlar, habelə digər hədiyyələr verildi.

Mərasimdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov məktəblilərin ifalarının iştirakçılara həyəcanlı anlar yaşatdığını söylədi. Ana dilimizin inkişafında dövlət dili kimi işlədilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edən nazir müavini, məhz dilimizi böyük məhəbbətlə sevən mükəmməl bilən ulu öndərin sayəsində Azərbaycan dilinin bütün dünyada tanındığını bildirdi. Diqqətə çatdırdı ki, ana dilimizin inkişafına, təkmilləşməsinə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük diqqət qayğı göstərilir. Belə müsabiqələrin dilimizin sevilməsində dərindən öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan təhsil nazirinin müavini bu ənənəni yaşadan "Çağ" Öyrətim İşlətmələri Şirkətinin rəhbərliyinə öz adından təhsil naziri Misir Mərdanovun adından dərin minnətdarlığını bildirdi.

Tədbirdə söz alan "Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən, tanınmış pedaqoq, professor Zahid Qaralov, Qafqaz Universitetinin rektoru Ahmet Saniç, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, ADPU-nun prorektoru Vilayət Əliyev başqaları müsabiqənin yüksək səviyyədə təşkilini, şagirdlərin mahir ifalarını qeyd edib qalibləri təbrik etdilər, belə yarışmaların böyük tərbiyəvi əhəmiyyət daşıdığını vurğuladılar, müsabiqənin təşkilində əməyi olan hər kəsə minnətdarlıqlarını bildirdilər.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2013.- 22 fevral.- S.3.