7
yaşlı Avropa çempionu
Ümid Fuad oğlu Aslanov
2006-cı il yanvarın 23-də Bakıda anadan olmuşdur.
Xırdalan şəhər 1
nömrəli tam orta məktəbin birinci sinif
şagirdidir. Ailəsinin şahmata olan marağından sonra
Ümidin də bu idman növünə sevgisi
yaranmışdır.
O, 5
yaşından 1 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Şahmat-Dama Məktəbinə qəbul
olaraq, şahmatın sirlərini öyrənməyə
başlamışdır. Təcrübəli müəllimlərdən
dərs alan balaca Ümid
valideynlərinin və onu sevənlərin arzularını
gerçəkləşdirmək üçün
çalışmışdır. 2012-ci ildə 6
yaşlı şahmatçılar arasında Bakı
çempionatında iştirak edən və fərqlənən
Ü.Aslanov beynəlxalq yarışlara vəsiqə
qazanmışdır. Həmin ilin mayın 10-15 tarixlərində
Rumıniyada 45-ə yaxın ölkənin 7 yaşa qədər şahmatçıları
arasında keçirilən dünya çempionatında
o, V yerin sahibi olmuşdur.
Ümidləri doğrultmağa çalışan Ümid
bundan başqa 2012-ci ildə Gürcüstanın Poti şəhərində Nana
Aleksandriya adına beynəlxalq turnirdə 7 yaşlı
şahmatçılar arasında rəqiblərindən fərqlənərək
fəxri kürsünün yüksək pilləsinə
çıxmışdır. 2013-cü ilin mayında Yunanıstanın
Portokaros şəhərində 50-yə yaxın ölkənin
şahmatçılarının
iştirakı ilə keçirilən yarışda da fərqlənən
Ü.Aslanov III yeri tutmuşdur.
Həmin ilin iyunun 20-28 tarixlərində Serbiyanın Novisad
şəhərində Avropa çempionatında iştirak edən
Ümid 7 yaşlı şahmatçılar arasında I yeri
tutaraq fəxri kürsünün yüksək pilləsinə
qalxmışdır. Ümidə tanınmış
şahmatçı olmağı, Azərbaycanımızın
idman şərəfini beynəlxalq yarışlarda uca
tutmağı, onu sevənlərin ümidlərini həmişə
doğrultmağı arzulayırıq.
Rəşad
ZİYADOV
Azərbaycan
müəllimi.- 2013.- 5 iyul.- S.7.