"Yerin
daxili quruluşu" mövzusunda dərs nümunəsi
Fənn: Coğrafiya
Sinif: 6
"k"
Dərsin
mövzusu: Yerin daxili quruluşu
Məqsəd:
1. Yerin
daxili təbəqələri haqqında məlumat vermək.
2.
Şagirdlərdə əməkdaşlıq vərdişlərini
və düşüncələrini müstəqil şəkildə
düzgün ifadə etmək bacarıqlarını
inkişaf etdirmək.
İş
forması: Cütlərlə, qruplarla və fərdi iş.
Metod:
Beyin həmləsi, müzakirə, anlayışın
çıxarılması.
Təchizat:
1.
"Coğrafiya" dərsliyi, 6-cı sinif
2. Yerin
daxili quruluşu ilə bağlı şəkillər.
3.
İşçi vərəqləri.
4. Qiymətləndirmə
vərəqi.
Dərsin
gedişi:
Sinfin təşkili:
Şagirdlər qrup şəklində əyləşir və
hər qrupun qarşısına kompüter qoyulur. Davamiyyəti
yoxlayır və dərsə başlayıram.
Motivasiya:
Problemin qoyuluşu.
"Lövhədə
aşağıdakı şəkli nümayiş etdirir və
sinfə müraciət edirəm".
Müəllim:
- Gördüyünüz şəkil nədən bəhs
edir?
Şagirdlər
müxtəlif fikirlər söyləyirlər. Mən
onları dinləyir və heç bir fikir söyləmədən
növbəti suala keçirəm:
Yerin
daxili quruluşu haqqında nə bilirsiniz?
Şagirdlər
bu sualı da cavablandırdıqdan sonra mən əvvəlcədən
işə salınmış kompüterə
yaxınlaşır və proyektorda ağ lövhədə hər
bir qrup üçün mövzu ilə bağlı
hazırlanmış dörd sualı canlandırıram.
1.
Nüvə haqqında nə bilirsiniz?
2.
Mantiya haqqında nə bilirsiniz?
3. Yer qabığı haqqında məlumat
verin.
4. Materik ətəyi haqqında məlumat
verin.
Bu suallardan sonra şagirdlərə vaxt
verirəm və onlar qarşılarındakı İnternetə
qoşulmuş kompüterlərdən istifadə edərək
verilən suallara cavab hazırlayırlar. Vaxt bitdikdən sonra
hər bir qrupun cavabını dinləyirəm.
I qrup
Nüvə yerin mərkəzində radiusu
təqribən 3500 km-ə yaxın olan çox yüksək
temperatur və təzyiqə malik təbəqədir. Nüvə
ağır metalların ərimiş
qarışığından təşkil olunmuşdur.
Nüvə 2 hissəyə ayrılır:
1. Daxili nüvə
2. Xarici nüvə
Daxili nüvə xarici nüvəyə nəzərən
daha istidir və burada təzyiq daha çoxdur. Nüvə, əsasən,
dəmir və nikel ərintisindən ibarət olsa da, çox
böyük təzyiq altında olduğu üçün
böyük sıxlığa malikdir. Daxili nüvədə
temperatur 500000 C-yə çatır.
II qrup
Mantiya yer qabığının alt hissəsindən
2800-2900 km dərinliyə qədər uzanır. Mantiya 2 hissəyə
bölünür:
1. Üst mantiya (1000 km-ə qədər)
2. Alt mantiya (1000-2900 km-ə qədər)
Üst (yuxarı) mantiyada maddələr ərinti
halındadır. Alt mantiyada temperaturun daha yüksək
olmasına baxmayaraq, maddələr böyük təzyiq
altında olduğuna görə onlar nisbətən bərk-plastik
vəziyyətdədir və axıcılıq qabilliyyətinə
malik deyil. Mantiyada maddələrin ağırlığına
görə diferensiyası baş verir. Ağır ərimiş
maddələr yuxarı mantiyadan aşağı mantiyaya və
nüvəyə çökür, yüngül maddələr
isə böyük təzyiq altında yuxarı, Yer
qabığına tərəf qalxır. Yer
qabığına və Yer səthinə çox
böyük təsir göstərən bir çox proseslərin
kökü yuxarı mantiyadadır. Burada ən dərin fokuslu
zəlzələlərin və bütün vulkanların
ocaqları yerləşir.
III qrup
Yer qabığı üst mantiya ilə
Yer səthi arasında qalan bərk hissədir. Yer
qabığı ilə mantiya arasındakı sərhədi
ilk dəfə Moxoroviç tapmışdır. Üst
mantiyanın üst 100-150 km-lik hissəsi astenosfer adlanır.
Yer qabığı 2 hissəyə
bölünür:
1. Okean yer qabığı: 2 qatdan ibarətdir
(çökmə və bazalt). Bu qatın
qalınlığı azdır. Minimum 5 km (Mariana
çuxurunda və bəzi novlarda), maksimum 15 km-dir. Okean yer
qabığı ən qədim yer qabığıdır.
2. Materik yer qabığı:
Qalınlığı düzənliklərdə 30-40 km,
dağlarda isə 70-80 km-dir. Maksimum qalınlıq 90 km-dir
(Hindiquş, Tyan-Şan dağlarında). Materik yer
qabığının tərkibi 3 cür suxurdan təşkil
edilmişdir.
a) Çöküntü
b) Qranit
c) Bazalt
Materik yer qabığı dedikdə
yalnız materiklərin, adaların görünən hissəsi
deyil, həm də altında qalmış hissələri nəzərdə
tutulur. Bu hissələr aşağıdakılardır:
1. Materik dayazlığı (şelf)
2. Materik yamacı
3. Materik ətəyi
IV qrup
Materik ətəyi materik yer
qabığının okean yer qabığı ilə əvəz
olunduğu sərhəddir. Qranit qat böyük
qalınlığa malik çöküntü
suxurlarının altında odlu maqmanın tədricən
soyumasından əmələ gəlir. Ona görə
ağır, bərk və məsaməsiz olur. Okean yer
qabığında qranit qatının əmələ gələ
bilməməsinin səbəbi çöküntü
qatının nazik olmasıdır. Ona görə də Yerin dərinliklərindən
çöküntü qatının altına qalxan maqma
sürətlə soyuyur. Tərkibindəki su və qazları
itirərək, məsaməli bazalta çevrilir. Materik yer
qabığının sahəsi təxminən okean yer
qabığının sahəsinə bərabərdir (255 mln.
km2). Qranit və bazalt qatları arasındakı sərhədə konrad sərhədi
deyilir. Üst mantiyanın üst bərk hissəsi ilə
astonosfer arasında qalan sərhəd Benyof sərhəddidir.
Yer qabığı ilə mantiyanın üst hissəsi
birlikdə litosfer adlanır.
Sonuncu qrupun cavabını dinlədikdən sonra ağ lövhədə şəkli
canlandırıram və biz mövzu haqqında bütün
qruplarla birlikdə işləyirik.
Bundan sonra şagirdlərə
işçi vərəqləri paylayıram. Bu işçi
vərəqlərini öyrəndiyimiz mövzunun məzmunu və
təhlili ilə bağlı bir sual və beş test
tapşırığı təşkil edir:
I qrup
1. Yer qabığının ən
qalın və ən nazik yerləri harada yerləşir?
2. Testlər.
II qrup
1. Yerin daxili quruluşunu hansı elm
öyrənir?
2. Testlər.
III qrup
1. Materik yer qabığı hansı
qatlardan ibarətdir?
2.Testlər.
IV qrup
1. Yer qabığı və mantiyanın
üst bərk hissəsi necə adlanır?
2. Testlər.
Sonda dərsin əvvəlində
şagirdlərə ünvanladığım birinci sualı
bir də onların diqqətinə çatdırıram:
Yerin daxili quruluşu haqqında nə
bilirsiniz?
Şagirdlər fikirlərini söyləyərək
qeyd edirlər ki, Yerin daxili quruluşu 3 təbəqədən
ibarətdir:
1. Nüvə
2. Mantiya
3. Yer qabığı
Sonra şagirdlər dərsdə fəal
iştirak edən yoldaşlarını qiymətləndirirlər
və mən qiymətləri yekunlaşdıraraq son nəticəni
şagirdlərə elan edirəm.
Dərsin
sonunda şagirdlərə evdə "Marian çökəkliyi"
mövzusunda kiçik esse yazmalarını tapşırıram.
Gülnar ƏLƏKBƏROVA,
Tovuz rayonu Qovlar şəhər
qarışıq tipli tam orta internat-məktəbin
coğrafiya müəllimi
Azərbaycan
müəllimi.- 2013.- 12 iyul.- S.6.