Təlim prosesində informasiya-kommunikasiya texnologiyalarından
istifadə
Müasir təlim metodlarından və İKT-dən istifadə tədris mühitində dəyişiklik
etməyə və müəllimlə tələbə arasında, tələbələrin öz aralarında qarşılıqlı
əlaqələr qurmağa
imkan yaradır.
Bu prosesin bütün mərhələlərində
problemin və ya hər hansı
bir məsələnin
kollektiv həlli üçün vərdişlər,
dialoqa girmək və başqaları ilə razılaşmaq bacarıqları əldə
edilir. Ona görə də subyektin sosial şəxsiyyət kimi inkişafı üçün
təlimin kollektiv formalarından istifadə daha səmərəli nəticə verir. Bunun üçün tələbələrə sərbəst
düşünmək, müstəqil
fəaliyyət göstərmək
imkanı verilməli;
təlim prosesində informasiya-kommunikasiya texnologiyalarından
və müasir təlim metodlarından istifadə edilməlidir.
Çalışmaq
lazımdır ki, tələbələr müəllimlərin
mühazirələrini dinləməkdən
azad olub daha çox müstəqil tədqiqatlar
aparmaqla biliklər əldə etsinlər. Bunun üçün aşağıdakı təlim
strategiyalarından istifadə
etmək məqsədəuyğundur:
- məlumat bazalarından məqsədyönlü (elektron kitabxana və İnternet) istifadə;
- problem həlli;
- tədqiqat;
- hadisənin (video,
audio, mətn) araşdırılması;
- müzakirə;
- öyrənənlərin
təqdimatları (Microsoft Power Point və Word vasitəsi ilə);
- müşahidələr
və görüşlər;
- müəllimlə məsləhət;
- mühazirə (müəllimin PP təqdimatları);
müstəqil oxu.
Uğurlu dərs forma və üsulu seçmək də hələ keyfiyyətli dərsin təşkil edildiyindən
xəbər verə bilməz. Buna nail olmaq üçün məqsədin
reallaşdırılmasına xidmət edən, dəqiq düşünülmüş
təlim materialları
və təlim tapşırıqları müəyyən
edilməlidir. Fənnin
keyfiyyətli tədrisinə
nail olmaq üçün
bu baxımdan da ciddi işlər
aparılmalıdır. Belə
ki, təlim prosesində tədqiqatın
aparılması üçün
əhəmiyyətli hesab
edilən çox dəyərli Azərbaycan
dilində olan əsərlərin elektron
versiyası, ingilisdilli
əsərlərin tərcüməsi
xüsusi qovluqlarda hər bir tələbəyə
təqdim edilməlidir.
Müxtəlif məqsədlərlə müşahidələr
aparmaq, təhlil etmək, müzakirələrdə
iştirak etmək, mühakimələr yürütmək
məqsədi ilə uğurlu və nöqsanlı dərs nümunələrinin DVD versiyaları
müəllimlərin tədris
vəsaitlərinin sırasına
daxil edilməlidir.
Məlum olduğu kimi, müasir dövrdə təlim prosesini informasiya-kommunikasiya
texnologiyalarından kənarda
təsəvvür etmək
qeyri-mümkündür. Fənnin tədrisi
prosesində İKT-nin yalnız
İnternet imkanlarından deyil, həm də multimedia imkanlarından geniş istifadə edilməlidir. Tələbələrin
müxtəlif qavrama imkanları nəzərə alınmaqla
resurslar sırasına bütün təlim boyunca hər dərsi
əhatə edən Power Point təqdimat daxil edilməlidir ki,
bu da tələbələrə təqdim edilən məlumatların
vizual, səsli, animasiyalı və s. şəkildə
çatdırılmasına yardımçı olur.
Tədqiqatlar aparmaq, İnternet səhifələrindən
məlumatlar əldə etmək nəticələri ilə
bağlı təqdimatlar və hesabatlar hazırlamaq
(İnternet Explorer; Microsoft Word və Power Point proqram təminatı
vasitəsi ilə) kimi tapşırıqlar tələbələrin
İKT-nin fəal istifadəçisinə çevrilməsinə
yardımçı olur.
Zəruri materialların tələbələrə
qovluqlarda təqdim edilməsi fənnin
eksperimental olmasından və təlim materiallarının
sınaqdan keçirilməsindən irəli gəlir. Uğur
qazanmış dərs vəsaitləri çap
olunmalıdır. Vəsait interaktiv xarakter daşımalı,
tələbələrin ünsiyyətə girmə və
öyrənmə fəaliyyətini istiqamətləndirməlidir. Öyrənənlərin öz
nailiyyətlərini qiymətləndirməsi üçün
də geniş özünüqiymətləndirmə
imkanları təqdim edilməlidir. Vəsaitə DVD-lər də
əlavə edilməli, audio, video, animasiyalı və
linqvistik xarakterli elektron materiallar onu unikal və orijinal müstəqil təlim materialı
kimi səciyyələndirməlidir.
Aynur FƏRƏCOVA,
AzTU-nun
Azərbaycan dili və pedaqogika kafedrasının müəllimi
Azərbaycan
müəllimi.- 2013.- 12 iyul.- S.6.