Ümumtəhsil
məktəblərinin 2013-2014-cü dərs ilinə aid tədris planlarının
təsdiqi haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikasının tədris
Azərbaycan, rus, gürcü dillərində
aparılan, ləzgi dili və azsaylı
xalqların dilləri
öyrədilən ümumtəhsil
məktəbləri üçün
2013-2014-cü dərs ilinə
aid aşağıdakı tədris
planları təsdiq edilsin:
1.
Ümumtəhsil məktəblərinin
I-VI sinifləri üçün
tədris planları
(1, 2, 3 nömrəli əlavələr).
2.
Ləzgi dili öyrədilən ümumtəhsil
məktəblərinin I-VI sinifləri
üçün tədris
planları (4, 5 nömrəli
əlavələr).
3.
Ümumtəhsil məktəblərinin
VII-XI sinifləri üçün
tədris planları
(6, 7, 8 nömrəli əlavələr).
4.
Ləzgi dili öyrədilən ümumtəhsil
məktəblərinin VII-XI sinifləri üçün
tədris planları
(9, 10 nömrəli əlavələr).
5.
Azsaylı xalqların
dilləri öyrədilən
ümumtəhsil məktəblərinin
I-IV sinifləri üçün
tədris planları
(11, 12 nömrəli əlavələr).
6.
Tədris planlarına
dair “Qeydlər” (13 nömrəli əlavə).
7. Aparatın
rəhbəri C.Bayramov, Kənd
rayonları üzrə ümumi təhsil şöbəsi
(A.Əhmədov), İqtisadiyyat
şöbəsi (R.Orucov), Dərslik və
nəşriyyat şöbəsi (F.Şahbazlı) tədris
planlarının çap olunub
vaxtında yerlərə çatdırılmasını təmin
etsinlər.
8. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) bu əmrin
əlavələrlə birlikdə «Azərbaycan müəllimi»
qəzetində və «Təhsil xəbərləri» məcmuəsində
dərc olunmasını təmin etsin.
9. Əmrin icrasına nəzarət
Aparatın rəhbəri C.Bayramova həvalə
olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
15 iyul 2013-cü il
Azərbaycan müəllimi.- 2013.- 19 iyul.- S.5.