NDU-nun tələbələri Cənubi
Koreyanın Kimçonq Universitetində təhsillərini
başa vurmuşlar
Naxçıvan
Dövlət Universitetində Cənubi Koreyanın Kimçonq Universitetində tələbələrin
təhsillərini başa vurmaları
münasibətilə tədbir keçirilmişdir.
NDU-nun rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov çıxış
edərək Cənubi Koreya ilə ölkələrarası
siyasi, iqtisadi, mədəni
əlaqələrin inkişafında elmin,
təhsilin və dilin müstəsna rolundan danışdı. Rektor
universitetin Cənubi Koreyanın ali təhsil ocaqları ilə əməkdaşlığının
əhəmiyyətindən, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun və Cənubi Koreyanın Azərbaycandakı
səfirliyinin bu sahəyə göstərdiyi
diqqət və qayğıdan bəhs etdi.
Qeyd olundu ki, Naxçıvan Dövlət Universiteti Cənubi Koreyanın Kimçonq
və Busan Kyumqsunq
universitetləri ilə hərtərəfli əməkdaşlığa
malikdir. Boloniya sisteminin prinsiplərinə uyğun
olaraq Cənubi Koreyanın Kimçonq
Universiteti ilə tələbə
mübadiləsi aparılmışdır.
Koreyanın
qrant yardımı və texniki
əməkdaşlıq proqramlarını həyata keçirən
KOICA dövlət agentliyi ilə universitetə
müasir informasiya
texnologiyalarının alınması, elektron
idarəetmə sisteminin yaradılması
ilə bağlı birgə layihə
reallaşdırılması haqqında da
məlumat verildi. Qeyd olundu ki, universitetin
beynəlxalq münasibətlər və xarici
dillər fakültəsində
"Koreyaşünaslıq" seçmə fənni tədris
olunur. Buradakı Cənubi Koreya
Mərkəzi uğurla fəaliyyət
göstərir. Mərkəzdə
Koreya dili üzrə
hazırlıq kurslarının fəaliyyət göstərməsi
isə Koreya dilinin, ədəbiyyatının,
tarixinin, mədəniyyətinin öyrənilməsi
baxımından böyük önəm
daşıyır. Cənubi Koreyada 5 ay müddətində təhsillərini
yekunlaşdıran tələbələr də məhz bu kurslarda fəal iştirak etmiş və bir neçə tələbənin
arasından seçilərək Kimçonq
Universitetinə göndərimişdir. Tələbə
mübadiləsi məqsədilə Naxçıvan Dövlət
Universitetindən 3 nəfər tələbə - tərcümə,
hüquqşünaslıq və stomatologiya
ixtisasları üzrə birinci kurs tələbələri Nəsir Neymətli,
Əkbər Həsənli və Şahin
Tağıyev Cənubi Koreyanın Kimçonq
Universitetində 5 ay müddətində təhsillərini
başa vurub geri dönmüşlər.
Tədbirdə
Əkbər Həsənli və Şahin
Tağıyev çıxışlarında Cənubi Koreyada yaxşı
qarşılandıqları, ölkəmiz və Naxçıvan Dövlət Universiteti haqqında onlarda
müsbət fikirlərin formalaşdığını,
ölkəmizi Cənubi Koreyada layiqli təmsil etdiklərini bildirdilər.
Sonda universitetin
rektoru Saleh Məhərrəmov
Kimçonq Universitetində təhsillərini
müvəffəqiyyətlə başa vurmuş tələbələrə qiymət
cədvəlini təqdim etdi.
Mina
QASIMOVA
Azərbaycan müəllimi.- 2013.- 26 iyul.- S.5.