Təhsil naziri Bağça-Məktəb-Lisey Kompleksində
keçirilən "Son zəng" mərasimində
iştirak etmişdir
Azərbaycan Respublikasının təhsil
naziri Mikayıl Cabbarov mayın 31-də Bakı şəhərindəki
Bağça-Məktəb-Lisey Kompleksində keçirilən
"Son zəng" mərasimində iştirak etmişdir.
Müəllimlər, şagirdlər, məzunlar
və onların valideynləri qarşısında
çıxış edən nazir qeyd etmişdir ki, məzunlar
indi böyük həyata qədəm qoyurlar. Mikayıl
Cabbarov ali, orta ixtisas və ilk peşə məktəblərinə
qəbul imtahanlarında abituriyentlərə uğurlar və
inkişaf üçün yorulmaq bilmədən səy
göstərməyi arzu edərək bildirmişdir ki, Azərbaycan
onlara ümidlə baxır.
Müasir Azərbaycanın gələcəyi
üçün sağlam,
vətənpərvər, yüksək təhsilli gənclərin
yetişdirilməsində valideynlərin də üzərinə
mühüm vəzifələr düşdüyünü nəzərə
çatdıran təhsil naziri məktəb-valideyn
əlaqələrinin bundan sonra
daha da möhkəmlənəcəyinə
əminliyini ifadə etmişdir.
Məktəbdə
təhsil üçün
yaradılmış yüksək şəraitdən söz açan Mikayıl
Cabbarov bunu Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə
qayğısının bariz nümunəsi
kimi dəyərləndirmişdir.
Cari ildə məktəblərin
buraxılış - 9-cu və 11-ci siniflərini 216 mindən çox şagird bitirəcəkdir.
Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri
üzrə 2012-2013-cü tədris ilində tələbələrin
gözlənilən buraxılışı isə 26 137 nəfər
təşkil edəcəkdir. Bu tədris
ilində nazirliyin tabeliyində olan orta ixtisas
təhsili müəssisələrini 10 399 nəfər tələbə
bitirəcək.
Azərbaycan
müəllimi.- 2013.- 7 iyun.- S.2.