"Ağıllı
lövhə" proqramı üzrə kursdan
keçən müəllimlərə sertifikatlar
verilmişdir
Naxçıvan
Müəllimlər İnstitutunda mayın 11-də
"Ağıllı lövhə" proqramı üzrə
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində
işləyən bir qrup müəllim üçün 60
saatlıq əyani-qiyabi kurs təşkil edilmişdir. Kurs
iyunun 12-də başa çatmışdır.
Elektron lövhənin geniş
imkanlarından istifadənin təcrübi şəkildə
öyrədilməsi məqsəd kimi qarşıya
qoyulmuş və buna nail olunmuşdur. Müəllimlər tərəfindən
maraqla dinlənilən kurs məşğələlərində
siniflərarası onlayn şəbəkə
bağlantıları da uğurla həyata
keçirilmişdir.
Nəzəriyyədən-təcrübəyə
prinsipi əsasında həyata keçirilən kursda müəllimlər
lövhədə sərbəst işləmək
bacarığı əldə etmişlər.
Məşğələnin sonunda kursu
bitirən müəllimlərə sertifikat və
"Ağıllı lövhə" proqramının elektron SD-ləri təqdim
olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin şöbə müdiri Rəşad Əlizadə
təqdimat mərasimində iştirak etmişdir.
Naxçıvan Müəllimlər
İnstitutunun rektoru, professor Oruc Həsənli kursu bitirmiş
müəllimlərə uğurlar arzulamışdır.
Naxçıvan Müəllimlər
İnstitutunun Mətbuat xidməti
Azərbaycan
müəllimi.- 2013.- 14 iyun.- S.6.