Ali təhsil sistemində yeni texnologiyalar və elmmetrik
meyarlar
"Azərbaycan
2020: gələcəyə baxış" inkişaf
konsepsiyasının hədəflərinin formalaşmasında əsas prioritetlər innovasiya cəmiyyətinin
yeni mərhələsinin-biliyin generasiyası, yayımı və
istifadəsi əsasında qurulmuş iqtisadiyyatın formalaşmasına
yönəldilmişdir. Unikal vərdiş və qabiliyyətlərin
formalaşması və daima yeniləşməkdə olan fəaliyyət
sahələrinə adaptasiya olunması, yüksək peşəkarlıq
və s. əsas istehsal resurslarının, maddi firavanlığın
və şəxsiyyətin ictimai statusunun mahiyyətini təşkil
edir. İntellektual fəaliyyətə investisiya, resursların
ən səmərəli yerləşdirilməsi üsuluna
çevrilir. İstehsalın intensivləşməsi
və elmi-texniki tərəqqinin nəticələrindən
istifadə innovasiya siklinin kəskin ixtisarına və
texnologiyaların yeniləşmə tempinin sürətlənməsinə
səbəb olur. Dünyada gedən innovasiya proseslərində
Azərbaycanın yeri ölkənin mövcud iqtisadi,
intellektual və təhsil potensialına uyğun
olmalıdır. Keçid dövründə
"fundamental tədqiqatlar-tətbiqi tədqiqatlar-sənaye
istehsalı" siklinin komponentləri arasında əlaqələr
zəifləmişdir. Elm və təhsil
arasındakı əlaqələrin zəifləməsinin nəticəsidir
ki, elm-təhsil-istehsalat simbiozundan yaranan sinergetik effekt kifayət
qədər yüksək deyildir. Elmi tədqiqat
sektorunun inkişaf tempi ölkə iqtisadiyyatının
güclü inkişaf tempindən və
sahibkarlığın yeni texnologiyalara olan ehtiyaclarından
geri qalır.
Müasir ali təhsil sisteminin əsas vəzifəsi
tələbənin yaradıcı aktivliyinin,
hazırcavablığının, təşəbbüskarlığının
və peşə sahəsinə adaptasiya olmaq bacarığının inkişafını təmin
edə biləcək pedaqoji şəraitin
yaradılmasıdır. Ali təhsil müəssisələrinin
dinamik inkişafını təmin edə bilən mütərəqqi
pedaqoji texnologiyaların işlənməsi və tətbiqi təhsil
sisteminin əzəli prioritetlərindəndir. Pedaqoji texnologiya
anlayışı tədris-tərbiyə vasitələri,
üsul və formalarının müəyyən
düzümünü və əlaqələrini müəyyən
edən psixoloji-pedaqoji təsisatlar məcmusunu əhatə
edir. Pedaqoji texnologiya bir tərəfdən ən rasional tədris
üsullarını tədqiq edən elm, digər tərəfdən
isə təhsil prosesinin prinsipləri,
üsulları və tənzimləyici sistemləri kimi fəaliyyət
göstərməlidir.
Beynəlxalq praktikada bir sıra mütərəqqi
pedaqoji texnologiyalar, o cümlədən: şəbəkə
texnologiyası, kollektiv istifadə mərkəzləri,
informasiya-kommunikasiya texnologiyaları, şəxsiyyət
yönümlü texnologiyalar, tədqiqat yönümlü
texnologiyalar, intellekt-kart texnologiyası, "portfolio"
texnologiyası, "keys" texnologiyası, modul
texnologiyası, "debat" texnologiyası, pedaqoji emalatxana və
ustad-sinif texnologiyası, reytinq texnologiyası, pedaqoji dizayn
texnologiyası və s. geniş tətbiq tapmışdır.
Bu texnologiyaların hansının harada tətbiqi ali məktəbin
spesifik xüsusiyyətləri ilə müəyyən olunur. Azərbaycan Texniki Universitetində mütərəqqi
təhsil texnologiyaları sistemləşdirilərək
universitet üçün xarakterik sayılan
aşağıdakı yeddi vacib istiqamət üzrə tətbiq
olunur.
1. Yeni tədris texnologiyalarında istifadə
olunan resursların, o cümlədən də proqram-aparat
(SoftWare və HardWare)
vasitələrinin fiziki və mənəvi
baxımdan yüksək dəyərini nəzərə
alaraq onlardan istifadənin səmərəliliyinin
yüksəldilməsinin birinci vacib istiqaməti kimi AzTU-da
şəbəkə texnologiyaları və kollektiv istifadə
mərkəzlərinin yaradılmasına xüsusi önəm
verilir.
Son illərdə AzTU-da beynəlxalq
standartlara cavab verən bir sıra mərkəz və şəbəkələr
yaradılmışdır: Elektron təhsil sistemi,Virtual-layihə-texnoloji
tədris mərkəzi, Rəqəmli yayım və rəqəmli
abunəçi avadanlıqları bazasında ATS şəbəkəsi,
Korporativ televiziya mərkəzi,Telekonfrans texnologiyaları mərkəzi,
Bulud informasiya təhlükəsizliyi sistemi, Enerji Sistemləri
Laboratoriyası. Müasir proqram-aparat vasitələri ilə təmin
olunmuş bu qurumlar əsasən beynəlxalq və ölkədaxili
donorların, qismən
isə universitetin maliyyə
resursları hesabına yaradılmışdır.
Elm, texnologiya və texnikanın prioritet
istiqamətləri üzrə kadr
hazırlığının ən son nailiyyətlərindən
biri də universitetlərin idarə
olunmasının avtomatlaşdırılmış
sistemi-Elektron Universitetdir (EU). EU anlayışı faktiki olaraq təhsilin
distant və onlayn formalarının inkişafının yeni mərhələsini
əhatə edir. AzTU-da Elektron Universitet layihəsi
üzərində Koreyanın beynəlxalq əməkdaşlıq
təşkilatı KOİCA ilə birlikdə aktiv tədqiqatlar
aparılmış, universitetin hər bir funksional bölməsi
üzrə müvafiq altsistemlər işlənmişdir.
Funksional altsistemlərin əlaqələndirilməsi akademik
idarəetmə, qrupWare, Portal sistemləri və ümumi verilənlər
bazası vasitəsilə həyata
keçirilir.
Tədris prosesində yeni texnologiyaların
tətbiqi və transferi, texnoloji proseslərin
avtomatlaşdırılmış layihələndirilməsi və
idarə olunması, tələbələrdə unikal vərdişlərin
və qabiliyyətlərin formalaşdırılması,
ixtisasartırma və yeni ixtisasalma, elmi nəticələrin
kommersiyalaşdırılması və digər əlaqədar
fəaliyyətlərin həyata keçirilməsi məqsədilə
müstəqil "Virtual-layihə-texnoloji tədris mərkəzi"
(VLTTM) yaradılmışdır.
VLTTM-in bazasında AzTU-nun professor-müəllim heyəti
və tələbələri
hüquqi bir-birindən asılı olmayan müəssisələrin,
o cümlədən də Amerikanın "HAAS Automation",
Almaniyanın "R.&S.Keller Gmbh", İsveçrənin
"Abplanalp Engineering AG" və
digərləri ilə birlikdə virtual müəssisə təşkil
edərək real vaxt rejimində, informasiya mübadiləsinin
vahid standartları çərçivəsində birgə
layihələr həyata keçirmək imkanlarına malikdirlər.
Enerji sistemləri laboratoriyası energetika
sahəsinin bir çox problem məsələləri üzrə təhlil aparmaq və böyük
enerji sistemlərini analiz etmək imkanlarına malikdir.
Qabaqcıl
mühafizə sistemlərini optimallaşdırmağa
şərait yaradan bu sistem qarşılıqlı tərəfdaşlıq
proqramı çərçivəsində ABŞ-ın
"General Elektrik Digital Enerji" və ETAP şirkətləri
tərəfindən AzTU-ya hədiyyə edilmişdir. ESL
regionda ilk
treninq - tədris laboratoriyası olduğundan bir çox
ölkələrdə bu laboratoriyanın
açılışı maraqla izlənilmişdir.
İnformasiya təhlükəsizliyinin
bulud sistemi - Huawei VDİ E6000 universitetin kompüter şəbəkəsini
virtual bulud-informasiya təhlükəsizliyi sistemi altında
birləşdirmişdir.
Təhsil qurumlarının maddi-texniki və
tədris metodiki bazalarının inteqrasiyası ali təhsilin keyfiyyətinin yüksəldilməsi
və nəticələrinin tanınması nöqteyi-nəzərindən
texniki ali məktəblər üçün vacib əhəmiyyət
kəsb edir. İnteqrasiyanı həm bir ölkə
hüdudlarında, həm də təhsil sistemləri oxşar
ölkələr arasında vahid təhsil məkanı
yaratmaqla həyata keçirmək
mümkündür. Elmtutumlu texnologiyaların işlənməsində
istifadə olunan laboratoriya və eksperimental
avadanlıqların fiziki və mənəvi köhnəlməsi
ali məktəblər arasında kooperasiya əsasında
kollektiv istifadə mərkəzlərinin, o cümlədən
də superkompüter, elektron mikroskop, 3D skaner və s. ilə təchiz
olunmuş mərkəzlərin, nanotexnologiya və biotexnologiya
mərkəzlərinin, ali məktəb innovasiya infrastrukturlu mərkəzlərin,
texnoparkların, biznes inkubatorların və texnologiyaları
transfer mərkəzlərinin
yaradılması məsələsini ön plana çəkir.
2. İkinci vacib istiqamət beynəlxalq
standartlara cavab verən cihaz, qurğu və
avadanlıqların alınması, sazlanması və tətbiqidir.
Son iki ildə AzTU-da müasir standartlara
cavab verən, kompüterə çıxışı olan,
lisenziyalı proqram vasitələri ilə təmin
olunmuş 40-dan artıq cihaz və
qurğu, 4 tədris laboratoriyası istifadəyə
verilmişdir. Bu istiqamətdəki fəaliyyət
universitet laboratoriyalarının, uzun müddət durğunluq
halında olan, maddi-texniki bazasını yeniləşdirmək,
yeni tədris texnologiyalarının tətbiqinə şərait
yaratmaq baxımından yüksək səmərəliliyə
malikdir. Bu fəaliyyətin gələcəkdə
də uğurla davam etdirilməsi nəzərdə tutulur.
Yeni minillikdə ölkə
iqtisadiyyatının inkişaf bazasını yüksək
texnologiyalar təşkil edəcəkdir.
Yüksək texnologiyalar biliyə söykənən
iqtisadiyyatın yaranması istiqamətində irəli
atılmış bir addımdır. Belə
bir inkişaf elmi-texniki fəaliyyətin
nəticələrinə, investisiyalara, informasiyaya və kadr təminatına
olan tələblərin sərtləşməsini və yeni
resursların cəlb olunmasını tələb edir.
Yüksək texnologiya dedikdə yüksək elmtutumlu işləmələrdə,
unikal texnoloji proseslərdə, cihazlarda və materiallarda istifadə edilən, fundamental
və tətbiqi tədqiqatların beynəlxalq səviyyəsini
müəyyənləşdirən müasir texnologiyalar
(standart üzrə 8%-dən çox) başa düşülür. Yüksək texnologiyalara, müasir elmi-texniki və
intellektual potensialdan ölkənin sosial-iqtisadi
inkişafının prioritet istiqamətlərində, o
cümlədən də müdafiə qabiliyyətinin yüksəldilməsində
geniş istifadə olunan rəqabətədavamlı məhsul
istehsal etməyə imkan verən texnologiyalar aid edilir. Azərbaycan
Respubilkasının Müdafiə Sənayesi Nazirliyi müəssisələrinin
elmtutumlu texnologiyalar əsasında inkişafı dövlətin
yüksək prioritetlərindən biridir və müdafiə
sənayesi kompleksi (MSK) qarşısında qoyulmuş məsələlərin
reallaşdırılmasında səmərəli iştirak edə
bilən yüksək
ixtisaslı mütəxəssislərin yeni nəslinin
hazırlanmasını tələb edir. MSK-nın
inkişaf səviyyəsi ölkənin milli təhlükəsizliyinin
qarantı olmaqla bərabər iqtisadiyyatın
maşınqayırma, cihazqayırma, nəqliyyat, rabitə,
yanacaq-enerji kompleksi kimi vacib sahələrində də
elmi-texniki tərəqqinin səviyyəsini müəyyənləşdirir.
3. Üçüncü vacib istiqamət universitet
əməkdaşlarının
innovativ fəaliyyəti əsasında alınmış
ixtira-patentlərin və layihə texnoloji işləmələrin
nəticələrinin tədris prosesində tətbiqidir.
2009-2012-ci illərdə AzTU-nun əməkdaşları
tərəfindən 35 ixtira-patent alınmışdır,
onlardan 3-ü Avro-Asiya patentidir. Ümumiyyətlə götürdükdə isə
AzTU-nun əməkdaşlarının 600-dən artıq
ixtira-patenti vardır. Bu ixtiraların böyük əksəriyyəti
modellər, təcrübi və həqiqi nümunələr
kimi tədris prosesində və istehsalatda tətbiq olunur.
Elmin və innovasiyanın məqsədyönlü
inkişafını təmin etmək, iqtisadiyyatın texnoloji modernləşdirilməsini həyata
keçirmək, elmi potensialı dayanıqlı iqtisadi
inkişafın əsas resurslarından birinə çevirmək
prioritet əhəmiyyətli tədbirlərdir. Elmin prestijinin
yüksəldilməsi məqsədilə mövcud intellektual potensialın
imkanlarından rasional istifadə etməklə bərabər,
elmi sferaya, dünyanın qabaqcıl elm mərkəzlərində
təcrübə keçmiş, yeni informasiya
texnologiyalarına və Avropa dillərinə yiyələnmiş
gənc mütəxəssislərin cəlb olunmasına
xüsusi fikir verilməlidir.
Effektiv elmi-tədqiqat sektoru səmərəli
innovasiya sistemi ilə sırf üzvi əlaqədə fəaliyyət
göstərməlidir. Ali təhsil müəssisələrinin
patent aktivliyinin artırılmasına, elmi nəticələrin
kapitallaşdırılmasına xüsusi diqqət verilməli,
universitetlərin nəzdində vençur-innovasya müəssisələri,
innovasiya texnoloji mərkəzlər, texnologiyaları transfer mərkəzləri,
texnoparklar kimi innovasiya strukturlarının baza elementlərinin
yaradılmasına diqqət artırılmalıdır. İnnovasiya sahibkarlığını himayə edən
dövlət və vençur fondlarının
yaradılması məqsədəuyğun olardı.
Müəssisələrin innovasiya aktivliyinə mane ola bilən
səbəblər, o cümlədən də innovasiya fəaliyyətini genişləndirmək
üçün kifayət qədər vəsaitin olmaması,
yeni texnologiyaların yüksək dəyəri, iqtisadi riskin və
özünü ödəmə müddətlərinin
çox olması, normativ-hüquqi bazanın zəif olması
kimi amillərin təsiri aradan qaldırılmalıdır.
4. Dördüncü vacib istiqamət beynəlxalq
layihələr əsasında Avropa təhsil məkanına
inteqrasiya, tələbə və müəllimlərin
mobilliyinin təmini və yeni təhsil
texnologiyalarının transferidir.
Son illərdə AzTU Avropanın
qabaqcıl universitetləri ilə 4 ədəd regional TEMPUS layihəsində
iştirak etmişdir. Koreyanın beynəlxalq əməkdaşlıq
təşkilatı KOİCA ilə "AzTU-nun təhsil
informasiya sisteminin (e-universitet) yaradılması"
mövzusunda layihə başa çatmaq üzrədir,
nanotexnologiyaların işlənməsi və tətbiqi
üzrə 2 qrant layihəsi həyata keçirilir. Cari
ildə bir ədəd regional TEMPUS layihəsi Avropa
İttifaqının Elm və təhsil komissiyasında müvəffəqiyyətlə
ekspertizadan keçmiş, DAAD üzrə iki qrant
qazanılmış və 2 layihə isə müsabiqəyə
təqdim edilmişdir. Müasir texnoloji durumun ən
yüksək səviyyəsi CALS (Continuous Acquisition and Life
Cycle Support-Fasiləsiz Təkmilləşdirmə
və Həyat Tsiklinə Dəstək) texnologiyasıdır.
CALS texnologiyası məmulun yaradılması və istifadəsinin bütün
iştirakçılarını kağızsız-elektron
informasiya mübadiləsi əsasında, məmulun elektron təsvirinin vahid standartları
çərçivəsində
layihələndirmə, istehsal, istismar, satışdan
sonrakı servis, təmir, bərpa və utilizasiya proseslərini
həyata keçirən vahid bir kompüter təşkilatında
birləşdirir. ABŞ-da CALS
texnologiyalarının tətbiqinə illik investisiya bir milyard
dollar təşkil edir. Beynəlxalq və milli CALS standartları məmulun,
onun həyat siklinin və istehsal mühitinin informasiya modelinin
formatını və məzmununu müəyyən edir. Əvvəllər elm, layihələndirmə,
istehsal və istehlak ayrı-ayrılıqda, bir-birində məkan
və zaman fərqində fəaliyyət göstərirdisə,
CALS texnologiyaları bu mərhələlərin üst-üstə
salınmasını təmin edir. CALS
texnologiyasına qoşulmuş hər bir iştirakçı
vahid standartlar daxilində məmulun hər hansı bir bəndini
səmərəliləşdirərsə bu yenilik dərhal
bütün sistemdə oz ifadəsini tapır. İstehsal və onun məhsulu özü inkişaf
edən sistemə çevrilir.
CALS texnologiyalarından istifadə, keyfiyyətin
və riskin idarə olunması beynəlxalq əməkdaşlığın
ilkin şərtləridir. CALS
texnologiyalarının inkişaf konsepsiyası iqtisadi inkişaf
etmiş ölkələrdə, o cümlədən də Rusiyada artıq
hazırlanmışdır və Azərbaycanda da
hazırlanmalıdır.
5. Beşinci vacib istiqamət respublika və
beynəlxalq səviyyəli konfransların və
seminarların keçirilməsidir.
Cari ildə AzTU-da çoxsaylı beynəlxalq,
respublika və universitet miqyaslı elmi konfranslar, simpoziumlar və
seminarlar, o cümlədən ümummilli lider Heydər Əliyevin
90 illik yubileyinə həsr olunmuş "Yüksək
texnologiyalar və ali təhsil", "Metallurgiya və
materialşünaslığın problemləri","Avtomatika
və idarəetmənin müasir problemləri", "Heydər
Əliyev və Azərbaycan təhsili" və s. mövzularda elmi
konfranslar keçirilmişdir. Bu konfranslarda
AzTU-da yerinə yetirilən dövlət büdcəli və təsərrüfat
hesablı elmi-tədqiqat işlərinin nəticələri, əməkdaşların
innovativ fəaliyyəti, yeni təhsil texnologiyalarının və
tədris-metodiki komplekslərin aprobasiyası və müzakirəsi
həyata keçirilmişdir. Universitetin əməkdaşları
həmçinin beynəlxalq miqyaslı elmi konfranslarda
çıxışlar etmiş və impekt-faktoru yüksək
jurnallarda çap olunmuşlar.
Universitet miqyasında aparılan elmi-tədqiqat,
layihə-texnoloji, innovativ fəaliyyətin və yeni tədris
texnologiyalarının nəticələrinin aprobasiya
olunmasında elmi-praktiki konfrans və seminarların
keçirilməsi və digər ölkələrdə
keçirilən beynəlxalq konfranslarda iştirak yüksək
səmərəliliyə malikdir.
6. Altıncı vacib istiqamət informasiya-kommunikasiya
texnologiyalarıdır.
Ali ixtisas təhsili sisteminin Boloniya prosesi
kontekstində modernləşdirilməsi, təhsilin keyfiyyətinin
yüksəldilməsi və nəticələrinin
tanınmasının əsas istiqamətlərindən biri də
tədris prosesində və idarəetmə strukturlarında müasir informasiya
texnologiyalarının tətbiqidir. Təhsildə informasiya
texnologiyalarının tətbiqi ilə əlaqədar həll
olunmalı məsələlərin dairəsi həddən artıq
genişdir. Təhsildə yeni tədris
texnologiyaları açıq və distant təhsil
üçün asinxron tədris texnologiyalarının tətbiqini,
elektron dərsliklərin, təhsil portallarının
yaradılmasını və multiagentli texnologiyalardan istifadəni
tələb edir. Təhsildə aparılan islahatlar bir tərəfdən
pedaqoji və psixoloji, digər tərəfdən isə
telekomminukasiya və şəbəkə texnologiyaları,
informasiyanın vizuallaşdırılması, süni
intellekt, mürəkkəb proseslərin modelləşdirilməsi
və avtomatlaşdırılması
kimi texnoloji problemlərlə qarşılaşır. Bu təzadların mahiyyəti ondadır ki, texniki
sistemlərin mürəkkəblik dərəcəsinin
inkişaf tempi onların layihələndirmə
üsullarının inkişaf tempindən yüksəkdir.
Layihələrin işlənmə müddətləri
texniki sistemlərin mürəkkəblik dərəcəsi
artdıqca artır, mənəvi köhnəlmə müddətləri
isə elmi-texniki inkişafın sürətləndirilməsi
ilə azalır. Keçən əsrin əvvəllərindən
bu günədək layihələndirmədə əmək məhsuldarlığı
20% artdığı halda, istehsalda 100%
artmışdır. Elmi-texniki informasiyanın həcminin
daim artması, ənənəvi layihələndirmə
üsul və vasitələri ilə optimal layihə həllərinin
axtarılmasında çətinliklər yaradır. ETİ-nin həcmi hər səkkiz ildən bir, iki dəfə
artır. Odur ki, müasir dövrdə intensivləşmə
probleminin həlli insanın imkanları tükənməkdə
olan fiziki əməyinin intensivləşməsi hesabına
deyil, kompüterin geniş imkanlarından istifadə edən,
praktiki olaraq imkanları qeyri-məhdud olan intellektual əməyin
intensivləşməsi hesabına həll edilməlidir
İKT üzrə Milli Strategiya və
Dövlət proqramlarının həyata keçirilməsi
çərçivəsində tələbəni kreativ
fikirləşməyə sövq edən, arqumentləşdlirilmiş axtarış aparmağa imkan verən,
eyni bir problemə müxtəlif prizmalar altında baxmağa
şərait yaradan müxtəlif informasiya qaynaqlarına malik
informasiya-kommunikasiya texnologiyalarının, onlayn mobil vasitələrin
və elektron tədris vasitələrinin
yaradılmasının yeni üsullarının: mətnlər,
təsvirlər, hiper-rabitə,hipermedya, veb
texnologiyaların tətbiqi
istiqamətində AzTU-da geniş və məqsədyönlü
fəaliyyət həyata keçirilir.
Müəllimlərə metodiki dəstək
göstərmək və onların vasitəsilə yeni
informasiya texnologiyalarının tədris prosesində daha
geniş miqyaslı tətbiqinə nail olmaq üçün elektron tədris
vasitələrinin işlənməsində
aşağıdakı tələblər nəzərə
alınmalıdır:
* Elektron tədris vəsaiti ancaq müvafiq
fənnin öyrənilməsi ilə bərabər, digər
informasiya sistemləri ilə də işləyə bilmək
üsul və imkanlarını öyrətmə vasitəsidir;
* Elektron tədris vəsaiti özündə
informasiya sorğu, avtomatlaşdırılmış nəzarət
və öyrətmə sistemlərinin mövcud
imkanlarını birləşdirməlidir;
* Elektron tədris vəsaiti ənənəvi
vəsaitlərdən fərqli olaraq materialların variativ təqdim
edilməsi və əks-əlaqənin təmin olunması
hesabına hər bir tələbənin fərdi xüsusiyyətlərini
daha dəqiq nəzərə almağa imkan verməlidir;
* Elektron tədris vəsaiti tədris
prosesinə adaptasiya olunma vasitələri ilə təmin
olunmalıdır.
Qeyri-informatika təmayüllü fənn müəllimlərinin
keyfiyyətli ETV yaratmaq
üçün kifayət qədər peşəkarlığa
malik olmaması, lazımi alət vasitələrinin və onlardan
istifadə metodikalarının azlığı elektron tədris
vasitələrinin işlənməsi və tətbiqi
qarşısında duran əsas
maneələrdir. Bu
maneələri aradan qaldırmaq üçün
informatika təmayüllü kafedralarda müxtəlif mürəkkəblik
səviyyəsinə malik ETV -lərin
yaradılmasını təmin edə bilən alətlər
müəyyənləşdirilməli və hər bir alət
üçün ETV yaratma metodikası işlənməlidir.
* Windows Held formatında hipermətnli ETV,
* PDF formatında multimedia ETV,
* Asymetrix Toolbook mühitində virtual
laboratoriyalar və tam multimedia ETV,
* (HTML, PHP) formatında İnternet əlavələr
formatında virtual laboratoriyalar və tam multimedia ETV.
Elektron tədris vasitələrinin işlənməsində
əks-əlaqənin yaradılması da vacib əhəmiyyət
kəsb edir. ETV-nin müəllifi ilə istifadəçisi
arasında əks-əlaqənin olması, müvafiq düzəlişlər
verməklə tələb olunan xüsusiyyətlərə malik öyrədici proqram vasitələrinin
yaradılması prosesini daha səmərəli idarə etməyə imkan verərdi.
Elektron tədris vasitələrinin
hazırlanmasının universitetlər miqyasında kütləvi hal
aldığını nəzərə alaraq, ETV
üçün vacib olan alət
vasitələri və onlardan istifadə metodikaları ilə
kafedraların təmin olunması, ETV-lərin kafedra, fakültə,
universitet və nazirlik yanında fəaliyyət göstərən
elmi-metodiki şuralarda ekspertizadan keçdikdən sonra
universitetin elektron kitabxanası, portalı və mərkəzi
verilənlər bazasına daxil edilməsinə xüsusi fikir
verilməlidir. Elektron kitabxananın universitetin əsas
reytinq göstəricilərindən biri olduğunu nəzərə
alaraq kafedraların elektron tədris kontentləri hesabına
e.kitabxanaların zənginləşdirilməsinə, ETV
yaratma və ondan istifadə vasitələri, alətlər,
metodikalar və informasiya təhlükəsizliyi vasitələri
ilə təmin olunmasına diqqət
artırılmalıdır.
7. Yeddinci vacib istiqamət respublika və
universitet miqyaslı nəşrlərdə yeni tədris
texnologiyaları, elmmetrik amillər, beynəlxalq verilənlər
bazalarından
istifadə imkanları və s. haqqında maarifləndirici
materialların çap olunmasıdır.
AAK-ın doktotluq dissertasiyaları
üçün irəli sürdüyü tələblər
kontekstində elmi təyinatlı verilənlər bazaları,
onların məqsəd və məramları və istifadə
mexanizmləri barəsində daha ətraflı maarifləndirici
materiallara ehtiyac olduğundan bu rubrikanı bir qədər
geniş təqdim edirik.
Yüksək ixtisaslı mütəxəssis
hazırlığı sisteminin səmərəli idarəetmə
mexanizmlərini yaratmaq məqsədilə elmi fəaliyyətin
nəticələrini obyektiv qiymətləndirmə sistemi
mövcud olmalıdır. Bu məqsədlə
beynəlxalq elm aləmində geniş tətbiq olunan
açar göstəricilərdən: istinad indeksi, Hirş
indeksi, operativlik əmsalı, özünə istinad və
özünü istinad indeksləri və başqa elmmetrik
meyarlardan istifadə edilir. İstinadların indeksləşməsi
ilk dəfə 1873-cü ildə, hüquqi ədəbiyyatların
araşdırılması
(Shepard’s Citations) məqsədilə həyata keçirilmişdir. Elmi ədəbiyyatlara
olan istinadların indeksləşməsi ideyası
Amerikanın Elmi İnformasiya İnstitutunun "Science Citation
İndex" (SCI) yaradıcısı olan, Filadelfiya
Universitetinin professoru, Yujin Harfild tərəfindən 1961-ci ildə işlənmişdir. İstinad indeksində məqalənin adı,
referatı və müəllifləri barəsində standart
biblioqrafik informasiyadan əlavə istinad olunan qaynaqlar və
indeksləşdirilmiş biblioqrafiya barəsində də məlumatlar
verilir. İstinad indeksindən istifadə edən istifadəçi həm
retrospektiv, həm də perspektivdə ehtimal olunan
informasiyanın axtarışını həyata keçirmək
imkanı əldə edir. İstinad olunan qaynağın axtarışı istifadəçiyə
öz işinə bir növ kənardan baxmaq, bu işdən
istifadə edilmə və ya onun başqa müəlliflər
tərəfindən tənqid olunmasını öyrənmək
üçün aşağıdakı imkanları verir:
* Jurnalın fəaliyyətini
araşdırmaq və onun impakt-faktorunu müəyyən etmək,
* Jurnalın konkret elmi-tədqiqat müəssisəsi
tərəfindən
istifadə olunma dərəcəsini müəyyən
etmək,
* Hər hansı alimin fəaliyyətini
qiymətləndirmək,
* Müsabiqədə iştirak edən
alimlərin elmmetrik göstəricilərini müqayisə etmək,
* Müsabiqədə iştirak edən alimə rəqiblərinin elmi işlərinin hansı
resurslara söykəndiyini müəyyən etmək.
İstinadların struktur analizinin və
bibliometrik göstəricilərinin müəyyən olunması
əsasən dövri mətbuatın nəşrlərinin
daxil edildiyi verilənlər bazasında həyata
keçirilir. Hazırda bir çox beynəlxalq istinad
sistemləri fəaliyyət göstərir (biblioqrafik verilənlər
bazası):Web of Science (WoS), Scopus, Web of
Knowledge, Astrophisics, PubMed, Mathematics, Chemikal Abstracts, Springers,
Agris, GeoRef və s.
Amerikanın
Elmi İnformasiya İnstitutunun (İSİ) İnternet versiyası
olan WoS istinadlar üzrə kifayət qədər
tanınmış verilənlər
bazalarıdır. WoS əsasən ingilis, qismən isə alman
dilində (1980-ci ildən) olan 9000-dən artıq nəşriyyatı
əhatə edir və öz tərkibində üç verilənlər
bazasını birləşdirir:
* Science Citation İndex Expanded (təbiət
elmləri üzrə baza)-1998-ci ildən bu günə qədər-təbiət
elmləri üzrə 1700-dən artıq jurnal;
* Social Sciences Citation İndex (sosial elmlər
üzrə baza)-1988-ci ildən bu günə qədər
sosioloji fənlər üzrə 2100 jurnal;
* Arts and Humanities Citation İndex (incəsənət
və humanitar elmlər üzrə)-1988-ci ildən bu günə
qədər 1300-dən artıq jurnal.
WoS verilənlər bazasında təqdim
olunan elmi istiqamətlər arasındakı faiz nisbətini
aşağıdakı kimi ifadə etmək olar: 25-27% texniki və
tətbiqi elmlər, 30% sosiohumanitar elmlər, 43-45% təbiət
elmləri bloku (o cümlədən 15-18%
torpaqşünaslıq, biologiya və səhiyyə).
WoS tədqiqatçılara və mütəxəssislərə
biliyin bütün sahələr üzrə 12000-dən
artıq jurnal və
12000 konfrans materialları, 4400
saytdan informasiya təqdim edir. WoS-un bazalarına
daxil olma imkanı
ödənişlı əsaslarla lisenziya şəklində
təqdim edilir. Təşkilatın istinad indeksinin müəyyən
edilməsi iki mərhələdə yerinə yetirilir: Əvvəlcə
həmin təşkilatın nəşrlərinin
axtarışı həyata keçirilir. Sonra
isə onlardan gətirilmiş sitatlar müəyyən olunur.
Təşkilatın istinad indeksini daha dolğun müəyyən
etmək üçün onun əməkdaşlarının
istinad indeksləri müəyyən olunur və cəmlənir.
İmpakt-faktor (İF) elmi jurnalın əhəmiyyətliliyinin
kəmiyyət göstəricisidir. Bu və ya digər jurnalın impakt-faktoru bir-birinə
yaxın elm sahələrində aparılan tədqiqatların
səviyyəsini müqayisə etməyə imkan verən
formal meyarlardan biridir. Qrantlar və elmi mükafatlar almaq üçün təşkil
edilən müsabiqələrdə (Nobel mükafatı da
daxil olmaqla) ekspertlər iddiaçının İSİ-nin əhatə
etdiyi jurnallarda nəşr olunma amilinə üstünlük
verirlər. İSİ-də
jurnalın impakt faktoru kəsrlə
ifadə olunur. Bu kəsrin məxrəcində müəyyən
vaxt ərzində (adətən iki il müddətində)
jurnalda çap olunmuş məqalələrin ümumi
sayı, surətində isə bu müddət ərzində
müxtəlif mənbələrdə bu məqalələrə
edilən istinadların sayı göstərilir. İmpakt-faktorun
hesablanması 3 illik
müddəti əhatə edir. Məsələn,
2008-ci il üçün jurnalın impakt faktoru İ2008
aşağıdakı kimi hesablanır. İ2008=A/B. Burada, A-
jurnalda 2006-2007-ci illər ərzində çap olunan məqalələrə
2008-ci ildə İSİ-nin izlədiyi jurnallardakı
istinadların sayıdır; B-
jurnalda 2006-2007-ci illərdə çap olunmuş məqalələrin
ümumi sayıdır. Başqa sözlə desək,
jurnalın impakt-faktoru əvvəlki iki il müddətində həmin
jurnalda çap olunmuş məqalələrə,
araşdırılma aparılan il ərzində edilən
istinadların orta sayına bərabərdir. İSİ tərəfindən
jurnalların impakt-faktorları hər il
hesablanır və Journal Citation Reports-un verilənlər
bazasında çap olunur.
Diaxron və sinxron impakt-faktorlar bir-birindən
fərqləndirilir. Mahiyyətcə
jurnalın ikiillik diaxron impakt-faktoru - jurnalda çap
olunmuş məqaləyə sonrakı iki il
ərzində ediləcək istinadların orta sayına bərabərdir.
Sinxron impakt-faktordan fərqli olaraq, diaxron göstərici
araşdırılan ildə çap olunmuş məqalələrə
edilmiş
istinadları nəzərə alır. Bir çox mütəxəssislərin nəzərincə,
bu göstərici reallığı daha düzgün əks
etdirir. Diaxron impakt-faktorun çatışmayan cəhəti,
jurnalın son iki illik buraxılışı
üçün onu hesablamağın qeyri-mümkünlüyüdür:
məsələn, 2008-ci ilin impakt-faktorunu hesablamaq
üçün 2010-cu ilin başa çatmasını
gözləmək lazımdır.
Sinxron impakt-faktor hesablanarkan istinad olunan
ilin və əvvəlki illərdə çap olunmuş məqalələrdən
hansılara istinad olunduğunun dəqiq müəyyən olunduğunu, diaxron impakt-faktorun
hesablanmasında isə məqalələrin çap
olunduğu ilin dəqiq müəyyən olunduğunu və bu
ildə çap olunmuş məqalələrə gələcək
istinadların hesablandığını nəzərə
alsaq, sinxron yanaşma
retrospektiv, diaxron yanaşma isə perspektiv yanaşma sayıla
bilər.
Bibliometrik göstərici kimi operativlik indeksindən də istifadə olunur. Operativlik
indeksi jurnalda çap olunmuş məqalənin elm aləminə
nə qədər tez məlum olduğunu müəyyən
edir. Sinxron və diaxron impakt-faktorlardan fərqli
olaraq operativlik indeksi ancaq cari ildəki istinadları nəzərə
alır. Bu indeksdən istifadə etməklə
məqaləyə həmin təqvim ilində edilən
istinadları müəyyən etmək mümkündür.
Jurnalın özünə istinad və
özünü istinad
əmsalları da əsas bibliometrik göstəricilərdəndir.
Jurnalın özünə istinad əmsalı, hər hansı jurnalda
çap olunmuş materiallara bu jurnalın özündə
edilmiş istinadların sayının jurnal tərəfindən
alınmış istinadların ümumi sayına nisbəti ilə
müəyyən olunur. Özünü istinad əmsalı isə jurnalda
çap olunmuş materiallarda bu jurnalın özünə
olan istinadların sayının bu jurnaldan edilən
istinadların ümumi sayına nisbətinə bərabərdir.
Başqa sözlə desək, özünə istinad əmsalı
jurnal tərəfindən alınmış bütün
istinadlar içərisində jurnalın özünə edilən
istinadların xüsusi çəkisini göstərir.
Aydındır ki, hər iki halda istinadlar müəyyən
vaxt intervalında araşdırılır.
Hazırda elmi informasiya bazarında əsas
rəqabət WoS və Scopus arasında aparılır.
Scopus verilənlər bazası 2004-cü ildə Elsevier şirkəti
tərəfindən yaradılmış və bununla da
2004-cü ilə qədər beynəlxalq elmi informasiya
bazarında monopoliyanı əlində saxlamış WoS-un təkhakimiyyətliliyinə
son qoyulmuşdur. Scopus, 8 il müddətində indeksləşdirilən
elmi jurnalların sayına görə öz rəqibini ötüb
keçmişdir. Scopus multidissiplinli referativ verilənlər
bazasında dünyanın 4 min elmi nəşriyyatından 15
mindən artıq elmi jurnalı, o cümlədən də 200
Rusiya jurnalı, ABŞ, Avropa və Yaponiyanın 13 mln.patenti və
elmi konfransların materialları qeydiyyatdan keçir. WoS-dan fərqli
olaraq Scopus humanitar elmləri və incəsənət təyinatlı
nəşrləri əhatə etmir, sosial elmlər üzrə
jurnalların - 17%-dən az bir hissəsini,
təbiət və texniki elmlərin isə - 83% təmsil edir.
Bu gün üçün Scopus verilənlər bazasında
31234, WoS -da isə
19538 yurnaldan informasiya saxlanılır. 15189 jurnal hər
iki verilənlər bazasında indeksləndirilirlər, bu da
WoS massivinin 3/4,Scopus-un isə
yarısını təşkil edir. Əgər ancaq aktiv
jurnalları (hazırda verilənlər bazasında indeksləşdirilən)
nəzərə alsaq onda "qeyri-aktiv" (əvvəllər
indeksləşdirilmiş) statusu almış jurnallara nəzərən
(Scopus-8.432; WoS -934) tamamilə
başqa bir mənzərənin şahidi oluruq. Scopus-da 19809,
Web of Science-da isə 12311 elmi jurnal "aktiv" statusuna malikdir, 11377 jurnal isə hazırda
hər iki verilənlər
bazasında indeksləşdirilirlər. WoS-da "unikal"
elmi jurnalların faizi 7,5% , Scopus-da isə
42% təşkil edir. Scopus-un yüksək sürətli inkişafına
baxmayaraq, 1996-cı ildən əvvəlki qeydiyyat
baxımından WoS-ın arxivləri daha həcmli və dərindir.
1996-cı ilə qədərki arxivlərdəki
biblioqrafik qeydlər, bibliometrik informasiya üçün vacib
olan istinad olunan ədəbiyyatların siyahısına malik
deyildirlər. Hər iki verilənlər
bazasındakı ən qədim qeydiyyat XIX əsrə təsadüf
edir. Bu dövrdə Scopus-da Lancet jurnalının
1823-cü il buraxılışı, WoS-da isə 1840-cı
ildə aparılmış kimyəvi reaksiyalar arxivləşdirilmişdir.
Hər iki verilənlər bazasında elmi
jurnalların seçim meyarları kifayət qədər sərt,
imtina faizi isə (ayrı-ayrı ölkələr
üçün 94% təşkil edir) kifayət qədər
yüksəkdir. Seçim tələblərinə cavab
verməyən jurnallara
İnaktive statusu verilir.
Qeyri-trivial məsələlərdə hər
iki bazada məntiqi operatorlardan istifadə etməklə
axtarış həyata keçirmək mümkündür.
WoS indeksi axtarışın nəticələrini
vizuallaşdırma və istinad kartına baxış vasitələrinə
malikdir. Retrospektiv analiz məsələləri
üçün zəngin və dərin arxivə malik WoS-dan,
perspektiv məsələlərdə forsayt və
proqnozlaşdırmada isə Scopusdan istifadə etmək daha məntiqli
sayılır.
Verilənlər bazasında jurnalın
indeksləşdirilməsi müəyyən səbəb ucbatından
dayandırıldıqda ona İnactive statusu verilir
və carı nömrələrin indeksə yükləndirilməsi
dayandırılır.
İndekslənən jurnalların
siyahısında (title list) bütün dövrlərdə bu
indeksə düşmüş jurnallar barəsində
informasiya olur. Onların hər biri üçün
arxivin dərinliyi və cari statusu (Active və ya İnactive) göstərilir. Jurnalın seçim meyarı hər bir indeksin daxili
siyasətindən asılıdır. Baza
meyarlarına cavab verməyən jurnallar ekspertizaya qəbul
edilmir. Bu meyarlara hər bir məqalədə ingilis dilində annotasiya
və açar sözlərin olması, periodikliyə dəqiq
riayət edilməsi, məqalənin resenziyalaşdırma
aparatından keçməsi və s. aid edilir.
Hər hansı bir alimin əsərlərinin
dəyər göstərici kimi
dövri elmi mətbuatda onun əsərlərinə
edilmiş istinadların sayı ilə səciyyələnən
Elmi istinad indeksi- Hirş indeksindən (h-indeks) istifadə
edilir. Elm-təhsil müəssisəsində
yüksək elmi-istinad indeksinə malik alimlərin olması,
bu təşkilatın fəaliyyətinin bütünlükdə
yüksək səmərəliliyə malik olması deməkdir.
Hirş indeksi-Kaliforniyanın
San-Dieqo Universitetinin fiziki Horhe
Hirş tərəfindən 2005-ci ildə təklif olunmuş
elmmetrik göstəricidir. Bu, bir növ alimin əsərlərinə
edilən istinadların ümumi sayı ilə müəyyən
olunan klassik "istinad indeksinə" alternativ bir göstəricidir.
Hirş indeksi tədqiqatçının məqalələri
və bu məqalələrə olan istinadların
sayına əsaslanır,
başqa sözlə desək, alim o vaxt h indeksinə mailk olur
ki, onun N sayda əsərinin h sayına ən azı h dəfə
istinad edilmiş olsun. Məsələn, h-indeksi 10 bərabərdir,
o deməkdir ki, bu alim tərəfindən ən azı 10 elmi
iş çap olunmuş və bu işlərin hər birinə
10 və daha çox dəfə istinad edilmişdir. Adətən
fizika sahəsində tanınmış alımin h indeksi 10-dan çox, Nobel mükafatı
laureatlarınin indeksi isə 60-dan yüksək olur. Bununla belə, maşınqayırma sahəsində
dünyanın ən adlı-sanlı aliminin h-indeksi 15-dən
yuxarı deyildir.
İstinad indekslərini üç əsas
qrupa bölmək olar: konkret bilik sahələri üzrə
verilənlər bazası, politematik beynəlxalq verilənlər
bazası, milli-konkret ölkənin və ya tarixən sıx
elmi əlaqələrə malik ölkələrin nəşrləri
barəsində informasiyaya malik politematik biblioqrafik verilənlər
bazası.
Milli səviyyələrdə elmi təşkilatları
müqayisəli qiymətləndirmə məsələlərinin
həllində
milli istinad indekslərindən istifadə etmək
daha məqsədəuyğun sayılır. Bu
onunla izah edilir ki, dünyadakı bütün elmi nəşrlər
bu və ya digər səbəbdən beynəlxalq indeksə
düşmürlər. Misal üçün, Rusiyadakı hər
10 məqalədən biri beynəlxalq indeksə
düşür. Başqa sözlə desək, beynəlxalq
verilənlər bazalarında qeydiyyatdan keçmiş 10% informasiya əsasında
qalan 90% nəşrləri qiymətlən-dirmək lazım gəlir.
İstinad indeksi iki əsas parametrdən
formalaşdırılır: indeksdəki jurnalların sayı
və hər bir jurnal üçün arxivin dərinliyi. Məsələn,
dərinliyi 1962-ci ildən 2012-ci ilə qədər olan
arxivdə ildə 4 dəfə çıxan yurnal verilənlər
bazasına 200 buraxılış daxil etdiyi halda, dərinliyi
2012-ci ildən 2012-ci ilə qədər olan arxivdə isə
həmin yurnal verilənlər bazasına ancaq 40
buraxılış daxil edir.
Araşdırmalar göstərir ki, beynəlxalq
verilənlər bazalarında rusdilli jurnallar nisbətən az faizlə təmsil olunurlar. Məsələn, Rusiya Federasiyasında nəşr
olunan 3000 elmi jurnaldan ancaq 150 jurnal WoS -da
qeydiyyatdan keçmişdir (yəni 5%). Onlar da əsasən
tərcümə olunmuş jurnallardır. Bütün
bunlar göstərir ki, bu günə qədər postsovet məkanında
nəşr olunan rusdilli elmi jurnalların materialları beynəlxalq
elmi ictimaiyyətin nəzər-diqqətindən kənarda
qalmış,
onlayn rejimində onlardan istifdə edilməmişdir.
Thomson Reuters Essential Science İndicators (2009)
göstəricilərinə əsasən istinad indeksinin beynəlxalq
verilənlər bazasında Rusiya ancaq 20-ci yeri tutur. Bu
ancaq jurnalların səviyyəsinin aşağı olması
ilə deyil, bir sıra obyektiv və subyektiv səbəblərlə
də, o cümlədən də dil baryeri ilə də izah
edilir:
* Jurnalın seçilməsində onun
keyfiyyəti, beynəlxalq standartlara uyğunluğu, nəşrin
müntəzəmliyi, məqalə ilə əlaqədar
biblioqrafiyanın olması, məqalənin təqdim
olunmasından nəşrinə qədərki müddət əsas
götürülür.
* İstinad olunma jurnalın tam mətnli və
anlaşıqlı elektron versiyasının olmasına
üstünlük verilir.
* Müxtəlif sahələr üzrə elmi
inkişafın xüsusiyyətləri jurnalın seçiminə
əsaslı təsir göstərir. Məsələn, elə
elmi istiqamətlər mövcuddurlar ki, onlar nisbətən
lokal və müəyyən dərəcədə də
region və ya ölkə daxilində özünə
qapılmış tərzdə
inkişaf edirlər. Bu özünü ictimai və
humanitar elmlərin bəzi spesifik sahələrində daha
parlaq büruzə verir.
Elmi istinad üzrə Rusiya indeksi yeni layihədir
və 2005-ci ildən fəaliyyətə başlamışdır. ÐÈÍÖ
Rusiyanın 2 milyondan artıq nəşrini
və həmçinin 2000-dən artıq jurnalda bu nəşrlərə
olan istinadları akkumulyasiya edən
milli informasiya-analitik sistemidir. ÐÈÍÖ ancaq
elmi tədqiqatları aktual biblioqrafik informasiya-sorğu
materialları ilə operativ təmin
etmək üçün deyil, həmçinin elmi-tədqiqat
müəssisələrinin, alimlərin, elmi jurnalların və
s. səmərəliliyini və nəticələrinin qiymətləndirilməsinə
imkan verən güclü bir alətdir.
ÐÈÍÖ
jurnal məqalələri, annotasiyalar-qısa şərhlər
və məqalələrdə istinad olunan ədəbiyyatların
siyahısı barəsində
tam biblioqrafik informasiya axtarışı və
emalını həyata keçirən
ixtisaslaşdırılmış
verilənlər bazasıdır. Biblioqrafik və istinad səciyyəli
informasiyadan başqa ÐÈÍÖ nəşrlərin
müəllifləri və onların təmsil olunduğu
müəssisələr barəsində də informasiya verilməsi
nəzərdə tutulur. Nəticədə elmi ierarxiyanın bütün vertikalı üzrə
nəşr və istinad göstəricilərinin
inteqrasiyasını həyata keçirmək imkanı əldə
edilir. Jurnallara edilən istinadlar üzrə impakt-faktor isə
periodik elmi nəşrlərin reytinqinin müəyyən
olunmasında və həmçinin ali məktəb və
elmi-tədqiqat institutlarının əməkdaşlarının
çap olunma aktivliyinin qiymətləndirilməsində meyar kimi istifadə edilir.
Qazaxstan Respublikasının Təhsil və
Elm Nazirliyi nəzdində fəaliyyət göstərən
Milli elmi-texniki informasiya mərkəzinin 2011-ci ildə Thomson
Reutersdən aldığı milli lisenziya Qazaxıstanın
akademik cəmiyyətinə multi-dissiplinar The Web of Knowledge
platformasından ödənişsiz
istifadə etmək imkanları vermişdir.
Azərbaycan alimlərinin, elmi-texniki
jurnallarının, elm və təhsil müəssisələrində
aparılan elmi-tədqiqatların, magistratura və doktorantura səviyyələrində
elmi kadr hazırlığının və ümumilikdə
universitetlərin reytinqinin qiymətləndirilməsində
elmmetrik göstəricilərin müəyyən olunması və
tətbiqinin vacib əhəmiyyətini nəzərə alaraq
Web of Science, Scopus, ÐÈÍÖ kimi verilənlər bazaları barəsində
maarifləndirici materialların çap olunmasına, nəşrlərin elmi, qrammatik və
biblioqrafik səviyyəsinin yüksəldilməsinə diqqət
artırılmalıdır. Web of Science və Scopus kimi verilənlər
bazalarında qeydiyyatdan keçmiş jurnalların əsasən
ingilis və qismən isə alman
dilli olduqlarını, onların böyük bir qismində
isə məqalələrin ödənişli əsaslarla
çap olunduğunu nəzərə
alaraq, gənc alimlər
üçün əlverişli
şərait yaratmaq məqsədilə Azərbaycanda elmi
informasiya institutunun və müvafiq verilənlər
bazasının
yaradılması məsələsi müvafiq dövlət qurumları
qarşısında qaldırılmalıdır. Rusiya ilə
Azərbaycanın tarixən sıx elmi əlaqələrə
malik olduğu baxımından, milli verilənlər bazası
yaradılanadək,
jurnalların və alimlərin elmmetrik göstəricilərinin
müəyyən olunmasında ÐÈÍÖ-in
impakt-faktorlarından istifadə etmək məqsədəuyğun
olardı.
Möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin "QARA QIZILI İNSAN KAPİTALINA
ÇEVİRƏK" hikmətinin
reallaşdırılmasının əsas komponentlərindən
biri kimi, yüksək elmtutumlu
texnologiyaların işlənməsi,
təbliği və tədris prosesində tətbiqi istiqamətində
aparılan məqsədyönlü fəaliyyət daim universitet və elmi-tədqiqat
müəssisələrinin
elmi-pedaqoji ictimaiyyətinin
diqqət mərkəzində
saxlanılmalıdır.
Havar MƏMMƏDOV,
Azərbaycan
Texniki Universitetinin rektoru, professor,
Həsən
HÜSEYNOV,
kafedra müdiri, professor
Azərbaycan
müəllimi.- 2013.- 21 iyun.- S.4-5.