Yaponiyalı
tədqiqatçı Bakı Dövlət Universitetində olub
İyunun 27-də Yaponiyanın Torpaq və Nəqliyyat Nazirliyinin
turizm komitəsinin üzvü,
"Kuşiro Şimbun"
jurnalının müşaviri İtaru İşi
Bakı Dövlət Universitetində olub.
Rektor, akademik
Abel Məhərrəmovla görüşən
qonaq səfərinin məqsədi
haqqında danışıb. Bildirib ki, ilk səfərində
universitetin şərqşünaslıq
fakültəsinin yapon dili
kafedrasında olub və bir
dəfə də olsun Yaponiyada
olmayan, orada təcrübə
keçməyən tələbələrin dil
biliklərinin çox yüksək səviyyədə
olmasından məmnun qalıb.
Bu səfərində isə
ümumən BDU haqqında araşdırma yazısı
hazırlamaq və Bakı haqqında yazdığı kitaba bu məlumatları daxil etməkdir.
Rektor Abel Məhərrəmov
öz növbəsində tədqiqatçı
İtaru İşinin
təkliflərini dəyərləndirib və onun
maraqlandığı suallara cavab verib. Sonra
tədqiqatçı jurnalist BDU-nun elmi
laboratoriyalarında və mərkəzlərində olub.
BDU-nun Mətbuat və informasiya şöbəsi
Azərbaycan müəllimi.- 2013.- 28 iyun.- S.2.