Beynəlxalq Mendeleyev Olimpiadasının
gümüş medalçısı
Bu
yaxınlarda Özbəkistanın
Daşkənd şəhərində kimya
fənni üzrə 47-ci Beynəlxalq Mendeleyev
Olimpiadası keçirilmişdir.
Olimpiadada müxtəlif ölkələrdən - Azərbaycan,
Belarus, Bolqarıstan, Macarıstan, Qazaxıstan,
Qırğızıstan, Litva, Makedoniya, Moldova, Rusiya, Türkmənistan,
Türkiyə, Özbəkistan, Ukrayna, Estoniya və Səudiyyə
Ərəbistanından olan şagirdlər iştirak
etmişlər. 118 nəfər iştirakçıdan 71 nəfərin layiq
görüldüyü müxtəlif
medalların üçünü Azərbaycan
məktəbliləri qazanmışlar.
Açılış
mərasimi aprelin 24-də MDU-nun Daşkənd
filialının akt zalında keçirilmiş olimpiadanın beynəlxalq münsiflər heyətinin
sədri MDU-nun
kimya fakültəsinin professoru
Valentin Georgiyeviç
Nenaydenko olmuşdur.
Müsabiqənin
nəticələrinə görə Balaqardaş
Bəşirov gümüş, Sona Quluzadə və Murad
Rəhimov bürünc
medallara layiq görülmüş, Cavid
Əhmədov, Vəfa Tağıyeva isə IV və V dərəcəli
diplomlarla
mükafatlandırılmışlar.
Kimyaçılarımız qazandıqları medallarla
hər hansı bir ali
məktəbə imtahansız qəbul olmaq
hüququ qazanmışlar.
Vətənə
qələbə ilə qayıdan Balaqardaş
Bəşirov indi də iyulun
14-15 tarixlərində 78 ölkənin məktəbliləri
arasında Moskvada keçiriləcək ümumdünya olimpiadasına
hazırlaşır. O, arzularını oxucularımızla bu sözlərlə paylaşdı:
-
Açığı, növbəti olimpiadalarda
qızıl medala sahib
olmaq ən böyük
məqsədimdir. Azərbaycan təhsilini dünyanın sivil ölkələrinin təhsili ilə eyni
səviyyədə görməyi arzulayıram. İstərdim
ki, Azərbaycan gəncləri hər dəqiqədən
səmərəli istifadə etsinlər.
Orta təhsilimi artıq başa vurmuşam. Özümü
seçdiyim
ali məktəbin astanasında hiss edirəm.
Gələcəklə
bağlı planlarım ali təhsil
alıb kimya mühəndisi olmaq, Azərbaycanın mənafeyinə xidmət
etməkdir.
Ellada
UMUDLU
Azərbaycan müəllimi.- 2013.- 28 iyun.- S.15.