Təhsil
naziri VMA üzvləri ilə görüşdü
Fevralın
23-də Təhsil Nazirliyində Azərbaycan Milli Valideyn-Müəllim
Assosiasiyasının (AMVMA) üzvləri ilə
görüş keçirildi.
Tədbiri
giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov
görüşün əsas məqsədinin valideynlərin tədris
prosesinə cəlb edilməsindən və məktəblərin
idarə edilməsinə ictimai nəzarətin daha da gücləndirilməsi
məsələlərinin müzakirəsindən ibarət
olduğunu diqqətə çatdırdı. Nazir təhsilin inkişafı ilə əlaqədar
mütəmadi müzakirələr
aparıldığını və mövcud problemlərin
aradan qaldırılması üçün səylərin
artırıldığını bildirdi. Təhsil Nazirliyinin
"Qaynar xətt" xidmətinin fəaliyyəti haqqında
danışan Misir Mərdanov bu xidmətin işinin daha da təkmilləşdirilməsinin
nəzərdə tutulduğunu söylədi.
Son illər
məktəblərdə fəaliyyətə
başlamış Valideyn-Müəllim Assosiasiyalarının
fəaliyyətini yüksək qiymətləndirən təhsil
naziri bununla yanaşı hələ də bir çox təhsil
müəssisələrində müvafiq qurumların
yaradılmadığını qeyd etdi. Nazir yeni
yaradılmış VMA-lara zəngin ənənələri və
təcrübəsi olan VMA-ların iş prinsipindən
yararlanmağı tövsiyə etdi.
Təhsil
işçilərinin cəmiyyətin aparıcı qüvvəsi
olduğunu bildirən Misir Mərdanov ictimaiyyətin təhsil
müəssisələrinin fəaliyyəti haqqında daha
dolğun məlumatlandırılması baxımından VMA-ların
üzərinə böyük məsuliyyət
düşdüyünü bildirdi. Nazir həmçinin təhsil
ocaqlarında yaranan problemlərin aradan qaldırılması
işində VMA-ların fəaliyyətinin daha səmərəli
təşkil edilməsinin zəruriliyini nəzərə
çatdırdı.
"Zəngi"
liseyi VMA-nın sədri Vüqar Rəhimzadə
çıxış edərək tədbirin əhəmiyyətindən
danışdı. Valideynlərin təhsil prosesində
yaxından iştirak etmələrinin ümumi işin xeyrinə
olduğunu nəzərə çatdıran V.Rəhimzadə
bu prosesdə dünyanın inkişaf etmiş aparıcı
ölkələrinin təcrübəsindən istifadə etməyin
vacibliyini vurğuladı.
Tədbirdə
ümumi təhsil məktəblərinin VMA üzvləri, məktəb
rəhbərləri, müəllimlər, valideynlər
çıxış etdi və bir sıra təkliflər səsləndirdilər.
Daha
sonra təhsilin müxtəlif sahələrini əhatə edən
açıq müzakirələr aparıldı.
Sonda
bir sıra təhsil işçiləri "Azərbaycan
Respublikasının qabaqcıl təhsil işçisi"
döş nişanı ilə təltif olundu, ümumi təhsil
məktəblərinin fəal VMA üzvlərinə
sertifikatlar təqdim edildi.
Niyazi RƏHİMOV
Azərbaycan
müəllimi.- 2013.- 1 mart.- S.2.