Sumqayıtda
şəhər məktəblilərinin elmi-praktik
konfransı keçirildi
Fevralın
25-də Sumqayıt Şəhər
İcra Hakimiyyətinin təşəbbüsü ilə
şəhərin icra hakimiyyətinin
akt zalında ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyi münasibəti ilə "Azərbaycanın
dövlətçilik tarixi" mövzusunda elmi-praktik konfrans
keçirilmişdir.
Şəhər rəhbərliyinin,
ekspert alimlərin, təhsil şöbəsinin əməkdaşlarının,
məktəb direktorlarının, şagirdlərin və digər
qonaqların iştirak etdiyi tədbiri giriş sözü ilə
Sumqayıt Şəhər İcra Hakimiyyətinin
başçısı Eldar Əzizov açaraq konfransın
ulu öndər Heydər Əliyevin anadan olmasının 90
illik yubileyi münasibətilə keçirildiyini bildirib, tədbirin
vətənpərvərlik tərbiyəsi baxımından
çox böyük əhəmiyyət kəsb etdiyini
xüsusi olaraq vurğuladı. Eldar Əzizov Azərbaycan
tarixinin çox qədim olduğunu qeyd edərək, tariximiz
haqqında ən qədim dövrdən müasir
dövrümüzə qədər baş vermiş hadisələr
və digər faktlar haqqında tədbir
iştirakçılarına maraqlı məlumatlar verdi.
Tariximizin zaman-zaman saxtalaşdırıldığını
deyən Eldar Əzizovun öyrənilməsi və gənc nəslə
düzgün çatdırılması üçün belə tədbirlərin ənənəvi
olaraq keçirilməsinin çox vacib bir məsələ
olduğunu qeyd edərək, öz dəyərli tövsiyələrini
vermişdir. Azərbaycanın hərb tarixindən danışan
Eldar Əzizov tariximizdə çox sayda görkəmli sərkərdələrimizin
və mübarizə təşkilatlarından söhbət
açmış və o cümlədən özü tərəfindən
tarixi mövzuda əsər yazdığı "Difai" mübarizə təşkilatının
fəaliyyəti barədə maraqlı faktlar demişdir.
İcra başçısı çıxışında
ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin
quruculuğu və möhkəmləndirilməsində əvəzsiz
rolunu xüsusi qeyd edərək onun şəhərimizə
göstərdiyi diqqət və qayğıdan
danışmışdır. Qeyd olunmuşdur ki, bu diqqət və
qayğı ulu öndərin layiqli davamçısı cənab
Prezidentimiz İlham Əliyev tərəfindən indi də
uğurla davam etdirilir. Şəhərimiz bunun sayəsində
günü-gündən hərtərəfli inkişaf edir.
Sonra Eldar Əzizov iclası aparmaq
üçün sözü Sumqayıt Şəhər Təhsil
Şöbəsinin müdiri Mahal Əliyevə verdi. Mahal Əliyev
bu maraqlı tədbirin keçirilməsi təşəbbüsünə
və onun ərsəyə gəlməsində
göstərdiyi diqqət və qayğıya görə
Sumqayıt Şəhər İcra Hakimiyyətinin
başçısı Eldar Əzizova şəhər təhsil
işçilərinin minnətdarlığını
bildirdi. O, məruzələrin
sayı, mövzuların əhatə dövrü barədə
məlumat verdikdən sonra konfrans öz işinə
başladı.
Sumqayıt şəhərinin
ayrı-ayrı orta məktəblərini təmsil edən
şagirdlər - 24 nömrəli
məktəbin IX sinif şagirdi Səma İsmayılzadə "Azərbaycanda ibtidai icma
quruluşu", 33 nömrəli məktəbin IX sinif
şagirdi Sevil
Bağırova "Azərbaycan
dövlətçiliyinin tarixi", 23 nömrəli məktəbin
IX sinif şagirdi Şövkət Kərimova "IX-XI əsrlərdə
Azərbaycan dövlətləri", 39 nömrəli məktəbin XI
sinif şagirdi Aysel Əbdülhəsənli "Azərbaycan
dövlətçiliyi XII-XV əsrlərdə", Texniki və
Təbiət Elmləri Liseyinin
X sinif şagirdi Fidan Həsənova "Azərbaycan Səfəvilər
dövründə (1501-1736-cı illər)", 40 nömrəli
məktəbin X sinif şagirdi Xanım Şəfiyeva "Azərbaycan
Nadir şahın hakimiyyəti dövründə", 13
nömrəli məktəbin tarix müəllimi Rəşad
Qocayev "Azərbaycan xanlıqlar dövründə", 36
nömrəli məktəbin X sinif şagirdi İlahə Məmmədova
"Azərbaycan Ağa Məhəmməd şah
Qacarın hakimiyyəti
dövründə", 3 nömrəli məktəbin XI sinif
şagirdi Sevər Əzizbəyova "Azərbaycanda milli
demokratik hərəkatın inkişafında "Difai"
partiyasının rolu", 26 nömrəli məktəbin X
sinif şagirdi Ziya Şivəxanov "Azərbaycan Xalq
Cumhuriyyəti", 31 nömrəli məktəbin IX sinif
şagirdi Ülkər Bağırova
"Ulu öndər Heydər Əliyevin Azərbaycana ilk
rəhbərlik dövrü (1969-82-ci illər)", Təbiət
Elmləri Təmayüllü Gimnaziyanın IX sinif
şagirdi Fidan Məmmədova
"Azərbaycan dövlətçiliyinin qorunmasında və
möhkəmləndirilməsində Heydər Əliyevin rolu
(1991-2003-cü illər)", 4 nömrəli məktəbin X
sinif şagirdi Ülviyyə Bayramova "Heydər Əliyevin
Sumqayıtın mədəni və iqtisadi inkişafında
rolu", 39 nömrəli məktəbin XI sinif şagirdi Elnarə Mirzəyeva "İlham Əliyev
Heydər Əliyev məktəbinin layiqli
davamçısıdır" və 14 nömrəli məktəbin VIII
sinif şagirdi Nəzrin Zülfüqarova "Sumqayıtın
inkişafında İlham Əliyev mərhələsi"
mövzularında geniş və ətraflı məruzələr
etdilər. Hər bir mövzu ilə bağlı məlumat,
sxem və xəritələr slayd formasında ekranda
nümayiş etdirildi.
Sonda Eldar Əzizov konfransın işindən
razı qaldığını deyərək, belə tədbirlərin bundan sonra
da mütəmadi keçiriləcəyinə əmin
olduğunu bildirdi və tədbirin bütün təşkilatçılarına
minnətdarlıq etdi.
Sumqayıt
Şəhər Təhsil Şöbəsinin Mətbuat xidməti
Azərbaycan
müəllimi.- 2013.- 1 mart.- S.3.