BDU-da Xocalı faciəsinin qurbanları
anılıb
Fevralın
25-də Bakı Dövlət Universitetində Xocalı faciəsinin
21-ci ildönümünə həsr olunmuş
tədbir keçirilib. Tədbiri giriş sözü ilə
açan universitetin rektoru, akademik Abel Məhərrəmov ən qəddar və
amansız terror hadisələrindən biri olan Xocalı
soyqırımı haqqında danışıb. Bildirib ki, Xocalı soyqırımı 200 ildən
artıq müddətdə erməni millətçiləri tərəfindən
xalqımıza qarşı aparılan etnik
təmizləmə və soyqırımı siyasətinin
qanlı səhifəsidir. 1992-ci ilin fevralın
25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş
sovet ordusuna məxsus
366-cı alayın əsgər və zabitləri ilə birlikdə
7 min nəfərədək əhalisi olan Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə
uşaqları, qadınları, qocaları
ağlasığmaz vəhşiliklə öldürüblər.
Rektor deyib ki, ümummilli
liderimiz Heydər Əliyev xalqın təkidli
tələbi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı,
bütövlükdə erməni millətçilərinin azərbaycanlılara
qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri
dünya dövlətlərinə,
parlamentlərinə və beynəlxalq təşkilatlara
çatdırmışlar. Rektor həmçinin
qeyd edib ki, bu gün
Prezident İlham Əliyev,
Heydər Əliyev Fondu, Fondun
Rusiya nümayəndəliyi Xocalı
soyqırımının dünya dövlətləri
tərəfindən tanıdılması istiqamətində məqsədyönlü
tədbirlər həyata keçirir.
Daha sonra filologiya fakültəsinin tələbələri
Zəlimxan Yaqubun "Xocalım, ay Xocalım" şeirini
səsləndiriblər. Universitetin dram teatrı Xocalı faciəsi haqqında tamaşa göstərdikdən sonra
15 dildə Xocalıya ədalət səsləndirilib. Tədbir
"Sən qalib gələcəksən"
adlı şeirlə yekunlaşıb.
BDU-nun
Mətbuat və informasiya şöbəsi
Azərbaycan
müəllimi.- 2013.- 1 mart.- S.5.