Sərgidə
tələbələrin əl işləri nümayiş
olunub
Bəşər
tarixinin ən qanlı faciəsi olan Xocalı
soyqırımı Gəncə Humanitar Kollecində də yad
edildi. Kollecin akt zalında "Təsviri incəsənət və
rəsmxət" ixtisası üzrə təhsil alan tələbələrin
Xocalı soyqırımına həsr olunmuş əl işlərindən
ibarət sərgisi təşkil olundu. Sərgini seyr edən tələbələr
ermənilərin mənfur simalarının bir daha şahidi
oldular.
Sərgiyə
baxışdan sonra "Musiqi təhsili" ixtisasında təhsil
alan tələbələrin iştirakı ilə ədəbi-bədii
kompozisiya təqdim edildi. Tələbələrin
hazırladığı səhnəciklərlə bərabər
Xocalı soyqırımına aid kinofilmlərdən fraqmentlər
də göstərildi.
Tədbirin
sonunda hərbi xidmətə getməyə
hazırlaşan oğlanlardan
ibarət xor bəstəkar Cavanşir Quliyevin "Əsgər
marşı"nı ifa etdi.
Azərbaycan
müəllimi.- 2013.- 1 mart.- S.8.