İnformatikadan fəal dərs
Artıq beşinci
ildir ki, ölkəmizin
ümumi təhsil sistemində yeni fənn kurikulumları tətbiq olunur. Bu müddət ərzində
fənn kurikulumlarında öz əksini
tapmış yeni təlim
standartlarının reallaşdırılması, qiymətləndirmə
sisteminin tətbiqi, yeni
təlim strategiyalarından istifadə sahəsində xeyli müsbət təcrübə
toplanmışdır. Yeni kurikulumların tətbiqi müəllimləri fəal
təlimin təşkili, yeni, interaktiv təlim üsullarının müəyyənləşdirilməsi
və təcrübədə tətbiqi sahəsində fəal
axtarışlara qoşmuş,
yaradıcı fəaliyyət göstərmələrinə
təkan vermişdir.
Nəticədə
son illər ənənəvi dərslərdən
öz yüksək səmərəliliyi
ilə fərqlənən fəal dərslərdən istifadə
xeyli çoxalmış, müəllimlərin
təlim fəaliyyətlərinin
planlaşdırılmasına aid olduqca maraqlı, faydalı nümunələr
meydana gəlmişdir. Bu
sahədə uğurlar qazanmış digər
həmkarlarım kimi mən də tədris
etdiyim informatika fənni
üzrə dərslərimi fəal təlimlə, yeni təlim texnologiyalarından, İKT vasitələrindən
yaradıcı istifadə əsasında qurmağa
çalışıram.
Qeyd etmək lazımdır ki, son illər cəmiyyətin
getdikcə daha da
informasiyalaşması informatika fənnini
ümumi təhsil sistemində tədris olunan fənlər sırasında
aparıcı mövqeyə çıxarmışdır. İndi cəmiyyətin elə bir
sahəsi yoxdur ki, orada İKT-dən istifadə olunmasın. İKT üzrə ilkin biliklərin əsası isə məhz informatika dərslərində qoyulur.
Bu fənnin
tədrisi vasitəsi ilə
şagirdlərdə alqoritmik təfəkkür
elementləri yaradılması, kompüter
texnikasından istifadə etmək qabiliyyətinin, ətraf aləmi
informasiya sistemi
baxımından təhlil və qərar qəbul etmək
bacarıqlarının formalaşdırılması,
onların informasiya və kommunikasiya
texnologiyalarından istifadəyə
hazırlanması təmin olunur.
Şagirdlər informasiyalaşmış cəmiyyətin tələblərinə
uyğun zəruri məlumatlarla işləmə
bacarıqlarına, kompüterdə daha çox populyar olan proqram vasitələrindən
istifadə vərdişlərinə də əsasən informatika dərslərində yiyələnirlər.
Göstərilən istiqamətlərdə şagirdlərə
keyfiyyətli biliklər vermək, bacarıq və vərdişlər
aşılamaq müəllimdən öz
işinə yaradıcı yanaşmağı, dərslərində
fəal təlimdən geniş istifadə
etməyi tələb edir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı
ilə 2013-cü ilin ölkəmizdə
"İKT ili" elan
olunması biz informatika
müəllimlərinin üzərinə daha
böyük məsuliyyət yükü qoyur. Bütün
bunları nəzərə alaraq mən dərs
dediyim informatika fənninin
tədrisi keyfiyyətini yüksəltmək, fənnin kurikulumunda qeyd olunmuş məzmun standartlarını tam reallaşdırmaq üçün
dərslərimi fəal təlim əsasında qurur, yeni təlim
strategiyalarından və təlim üsullarından yaradıcı
şəkildə istifadə etməyə səy göstərirəm.
Bu sahədə topladığım təcrübəni
konkret bir dərs
nümunəsində oxuculara da çatdırmaq istəyirəm.
Sinif: V
sinif
Mövzu: Kompüterdə şəkil
çəkirəm
Standart: 3.1.3.; 3.2.1. Bu standartlara əsasən şagirdlər
proqramın icrasına dair bacarıqlar nümayiş etdirir, qrafiki redaktorda rəsmlərin
fraqmentləri üzərində işləyirlər.
İnteqrasiya: Təsviri incəsənət,
Azərbaycan dili, riyaziyyat,
musiqi.
Məqsəd
şagirdlərə
- Paint proqramının pəncərəsinin
hissələrini tanımaq;
- Qrafiki redaktorda rəsmlərin
fraqmentləri üzərində işləmək;
- Qrafiki redaktorda rəsmlərin
fraqmentləri üzərində alətlər qutusundakı alətlərdən
və menyulardan istifadə etməklə
işləmək bacarıqları aşılamaqdır.
Təchizat: Kompüter, proyektor, iş vərəqləri
Dərsin
forması: Kollektivlə iş, cütlüklərlə iş, qruplarla iş
Üsullar:
Beyin həmləsi, muhazirə,
müzakirə
Dərsin
mərhələləri
Motivasiya:
Motivasiya qismində ortaya gətirilmış problem və onun həlli fəal dərsdə təfəkkür prosesini
işləməyə sövq edən və şagirdlərin idrak fəallığını
artıran amil kimi
çıxış edir.
Bu prosesin
ən mühüm nailiyyətlərindən
biri düşünmənin sərbəstliyi
və müstəqilliyidir: şagirdlər öz
fikirilərini "Zənnimcə...", "Mənə belə
gəlir ki,...", "Mən belə hesab edirəm ki,..."
sözlərindən istifadə etməklə ifadə edirlər.
Motivasiya yaratmaq
üçün elektron
lövhədə aşağıdakı slayd
nümayiş etdirilir:
Şagirdlər
irəli sürülmüş problemin həllinə məqsədyönlü
şəkildə qoşulur, özündə
yeni informasiyanı və yeni
sualları daşıyan müxtəlif fərziyyələr irəli
sürürlər. Problemın həlli üzrə irəli
sürülən fərziyyələri təsdiq və ya təkzib edən belə bir
tədqiqat sualı qoyulur: Hansı proqramlar vasitəsi ilə şəkillər
çəkmək olar?
Sualla bağlı hər şagird öz fikirlərini
yazıb lövhəyə yapışdırır. Burada proqramların adları müxtəlif olur. Bunu dəqiqləşdirmək
üçün müəllim tapmaca verir.
Beş hərfim vardır mənim,
Şəkil çəkmək sənətim,
Windows anamdır mənim,
Tap, adım nədir mənim?
Şagirdlər tapmacanın cavabının Paint proqramı olduğunu söyləyirlər.
Müəllim: Niyə
məhz Paint proqramı,
axı başqa beş hərfdən
ibarət proqramlar da vardır, - deyir. Şagird cavab verir ki, kompüterdə qrafik informasiyaları emal etmək üçün istifadə
edilən proqramlar - qrafik redaktor adlanır. Cürbəcür imkanlara malik
çoxlu sayda qrafik redaktorlar mövcuddur.
Belə proqramlardan biri
də Windows əməliyyat
sisteminə daxil olan Paint proqramıdır.
Təqdimatın aparılması:
Şagirdlər cüt-cüt kompüter
qarşısında əyləşirlər.
Bu hallarda şagirdlərin
müxtəlif nöqteyi-nəzərlərinin
müqayisəsi və
əlaqələndirilməsi, onların bir-birinə qarşılıqlı köməyi
(güclü cütlük
- zəif şagird) tələb olunur. Şagirdlərin bir-birlərinin baxışlarını
daha yaxşı başa düşmələrinə,
əməkdaşlıq etmələrinə,
bir-biriləri qarşısında
öz məsuliyyətlərini
dərk etmələrinə
imkan yaradır. Birlikdə Paint pəncərəsinin
elementləri ilə tanış olur və praktik
işi yerinə yetirirlər.
Yaradıcı tətbiqetmə:
Qruplara iş vərəqi verilir və video göstərilir. Qruplarla işin gedişində
şagirdlərin birgə
fəaliyyəti əməkdaşlıq
və müxtəlif problemləri bir yerdə həll etməyi öyrədir.
Bu da öz növbəsində, hər
bir şagirdin təlim prosesində öz bacarığını
nümayiş etdirməsi,
özünə inamın
artması, özünü
tam dəyərlı şəxsiyyət
kimi dərk etməsi, problemın həlli üçün vacib olan fərdin
və qrupun qarşılıqlı surətdə
bir-birini tamamlaması
prinsipini mənimsəməsi
hesabına hər bir uşağın müstəqil şəxsiyyət
kimi inkişafını
təmin edir. Qrupda iş eyni zamanda biliyi
sərbəst əldə
etmək bacarıqlarının
inkişaf etməsi üçün şərait
yaradır. Sonra qruplara aşağıdakı
işçi vərəqləri
paylanır:
Paint Paint proqramında gül şəkli çəkməli.
Rastr Paint proqramında
ev şəkli
çəkməli.
Vektor Paint proqramında bayraq şəkli çəkməli.
Draw Paint proqramında
tank şəkli çəkməli.
Hər tapşırığa
uyğun videogörüntülər
nümayiş olunur.
IV qrup. Video (tank)
Tapşırıq: Paint proqramında tank şəkli
çəkməli.
Məlumat mübadiləsi və müzakirəsi
Qrupların işləri təqdim olunur.
Bu mərhələdə şagirdlərin tədqiqatın
gedişində əldə
etdikləri tapıntıların,
yeni informasiyanın mübadiləsi aparılır.
Təqdimat bir növ yeni biliklərin dairəsini cızır və bütün şagirdlər tərəfindən
bir-birinin təqdimatını
fəal dinləməyə
sövq edir.
Ümumiləşdirmə və nəticə
Şagirdlər əldə etdikləri bilikləri ümumiləşdirirlər.
Paint proqramının imkanlarından
istifadəyə fikir verilir. Alətlər panelinin rəsm çəkmək üçün
ən geniş istifadə olunan alətlərdən ibarət
olduğuna, alətlərlə
rəngləmə zamanı
palitradakı (rənglər
zolağı) rənglərdən
- siçanın sol düyməsini
basdıqda əsas rəngdən, sağ düyməsini basdıqda
isə fonun rəngindən istifadə
edildiyinə fikir verməlidirlər.
Qiymətləndirmə qrup şəklində
aparılır.
Qiymətləndirmə fərdi şəkildə
aparılır.
Refleksiya: Kompüterdə
işlədikdə şagirdlərin
əlləri və
gözləri yorulur, bu yorğunluğu aradan qaldırmaq üçün idman dəqiqələri yerinə
yetirilir.
Ev tapşırığı. Ev tapşırıqları müstəqil
tədqiqata, sərbəst
və yaradıcı düşünmə qabiliyyətinin
inkişaf etdirilməsinə imkan
verir. Evə Paint proqramından istifadə etməklə şəkil çəkmək
tapşırılır.
Sevil XAMMƏDOVA,
Bakıdakı Bağça-Məktəb-Lisey
Kompleksinin informatika müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin
2011-2012-ci
dərs ili üzrə qalibi
Azərbaycan müəllimi.- 2013.- 1 mart.- S.10.