AMİ-də
elmi-praktik seminar
Martın
1-də Azərbaycan Müəllimlər İnstitutunda
1 mart - Ümumdünya
Mülki Müdafiə Gününə həsr
olunmuş elmi-praktik seminar keçirildi. Tədbiri
giriş sözü
ilə açan institutun
tədris işləri üzrə prorektoru,
dosent Razim Məmmədov
bildirdi ki, müasir dövrdə insanların təhlükəsizliyinin
təminatı çox mühüm
əhəmiyyət kəsb edir. Azərbaycan
Prezidenti cənab İlham
Əliyevin müvafiq sərəncamı
ilə Fövqəladə Hallar Nazirliyinin yaradılması ölkəmizdə
bu sahəyə xüsusi
diqqətin göstəricisidir. Bildirildi ki, AMİ-nin
mülki müdafiə, tibbi
biliklərin əsasları və fiziki tərbiyə
kafedrasının əməkdaşları mülki
müdafiənin əhatə etdiyi
mövzuları tələbələrimizə, eləcə də
ixtisasartırma təhsilinə cəlb edilmiş
müdavimlərə tədris edirlər.
Qeyd olundu
ki, institutun rektoru, Milli Məclisin
deputatı, professor Aqiyə
Naxçıvanlının xüsusi diqqət
və qayğısı ilə AMİ-də mülki
müdafiəyə dair təlimlərin
keçirilməsi üçün "Fəlakət
riskinin azaldılması üzrə təlim
və resurs mərkəzi"
yaradılmışdır, eyni zamanda institutda fiziki
tərbiyə dərslərinin keçirilməsi məqsədilə
çox gözəl idman
zalı, tibb məntəqəsi fəaliyyət
göstərir.
Mülki müdafiə, tibbi biliklərin əsasları və fiziki tərbiyə kafedrasının müdiri, professor Hənifə
Qurbanov mülki
müdafiənin yaranmasından və onun əhəmiyyətindən
bəhs edərək bildirdi ki, 1972-ci ildən etibarən Beynəlxalq Mülki Müdafiə Təşkilatının
Baş Məclisinin qərarı ilə hər
il martın 1-i Ümumdünya
Mülki Müdafiə günü
bütün qitələrdə kütləvi
humanitar tədbir kimi qeyd olunur. Azərbaycan
Respublikasının 1993-cü ildən daxil
olduğu bu təşkilata
üzv olan dövlətlərdə
keçirilən tədbirlərin builki mövzusu "Mülki
müdafiə və əhalinin fəlakət riskinin
qarşısının alınmasına
hazırlığı" adlanır.
Baş müəllim Faiq Manafov "Mülki müdafiə və onun
vəzifələri" mövzusunda
çıxış etdi, çox
vacib və aktual problem olan mülki
müdafiənin təşkili və idarə olunmasından
danışdı, təbii fəlakətlər haqqında dünya statistikasından məlumatlar
çatdırdı, fövqəladə hallar
haqqında
videoçarx təqdim etdi.
Baş müəllim Həsən Əliyev "İlk
tibbi yardım aparılması" mövzusunda çıxış edərək
bildirdi ki, düzgün və vaxtında göstərilən
ilk tibbi yardımdan
insanın həyatı, sağlamlığı və
sonrakı müalicəsinin səmərəliliyi
asılıdır.
Bədbəxt hadisələr və qəfləti xəstəliklər
nəticəsində yaranan vəziyyətdə
xəstənin həyatı ətrafdakı insanlardan
asılı olur.
Mülki müdafiə üzrə
mühəndis Teymur Qurbanov
"Mülki müdafiə və əhalinin
fəlakət riskinin
qarşısının alınmasına
hazırlığı" mövzusunda
çıxış etdi, Beynəlxalq Mülki Müdafiə Təşkilatının
yaranma tarixindən, ölkəmizdə mülki müdafiə ilə bağlı qəbul
edilmiş qanunlardan, Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən
danışdı.
Filologiya və təhsildə psixoloji xidmət fakültəsinin I kurs tələbəsi Aytac Gərayzadə ilk
tibbi yardım haqqında videoçarx
təqdim edərək bədbəxt hadisələr zamanı süni nəfəsvermə, qanaxmaların
dayandırılması, yumşaq
sarğıların qoyulma üsulları,
sınıqlar və
çıxıqları olan insanlara ilk tibbi
yardım tədbirlərindən bəhs etdi.
Rəşad
SADIQOV,
AMİ-nin
tərbiyə işləri üzrə prorektoru
Azərbaycan
müəllimi.- 2013.- 8 mart.- S.5.