Novruz xalqımızın qədim və milli bayramıdır

 

Novruz bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır. Xalqımız çoxəsrlik tarixində böyük sınaqlardan keçibdir. Tariximizin ağır, çətin dövrləri olubdur. İnsanlar ağır günlər, çətin illər yaşayıblar. Ancaq bunlara baxmayaraq, Novruz bayramını heç kəs heç vaxt unutmayıbdır. Əksinə Novruz bayramı insanları, xalqımızı həmişə sevindirib, ən çətin anlarda, ən ağır günlərdə də onlarda xoş, nikbin əhval-ruhiyyə yaradıbdır. Ona görə də bu bayram hər bir azərbaycanlı üçün əziz bayramdır. Bu eyni zamanda, hər bir şəxsin qəlbinin bayramıdır, hər bir ailənin bayramıdır.  İndi, Azərbaycan dövlət müstəqilliyini, milli azadlığını əldə edəndən sonra Novruz bizim dövlət bayramımız olubdur. Ona görə də xalqımızın gözəl ənənələrini son illərdə sürətlə bərpa edərək, respublikamız, xalqımız bu bayramı ildən-ilə daha da şən, gözəl, yüksək səviyyədə keçirir.

 

 

Heydər ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2013.- 15 mart.- S.6.