Azərbaycan
Müəllimlər İnstitutunda bayram tədbiri
Martın 14-də Azərbaycan
Müəllimlər İnstitutunda
(AMİ) Novruz bayramı münasibətilə
AMİ Tələbə Gənclər Təşkilatı və
Nərimanov rayonu Gənclər və İdman İdarəsi ilə birgə bayram tədbiri keçirildi.
İlk növbədə, Azərbaycan
Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin
deputatı, professor Aqiyə
Naxçıvanlıya və Nərimanov rayonu
Gənclər və İdman İdarəsinin
rəisi Nəcəf Novruzova tədbirin təşkilinə
görə təşəkkür bildirildi.
Tədbirdə vurğulandı ki, Novruz milli
bayramımız olaraq uzun
əsrlərdən bəri yurdumuzun hər
yerində mərasimlərlə qeyd olunur. Məlumdur ki, sovet dövründə Novruz
bayramı qeyri-rəsmi qeyd olunurdu. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə
sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu
bayramı keçirirdi.
Bildirildi ki, ümummilli lider Heydər Əliyev
hər il Novruz
bayramını xalqla qeyd
edib, şəhərin mərkəzində
təşkil olunmuş şənliklərdə
iştirak edərək onlara
xoş arzularını bildirib.
Ulu öndərimizin siyasi
kursunun layiqli
davamçısı Prezident cənab İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu ənənəni
davam etdirir, bu gözəl bayramı hər il xalqla birgə qeyd edirlər.
Bayram tədbirində qeyd edildi ki,
ölkəmiz sürətlə inkişaf
edir, müasirləşir. Eyni
zamanda, qədim ənənələrimiz geniş təbliğ edilir,
onların nəsildən-nəslə keçməsi,
ötürülməsi üçün
işlər aparılır. Bu baxımdan Prezident cənab İlham Əliyevin
uğurlu daxili və xarici siyasəti ölkəmizin maddi nemətləri ilə yanaşı, mədəni-mənəvi
dəyərlərimizin də dünyada təbliğ
olunmasına geniş şərait
yaradır.
Tədbir
boyunca tapmaca,
yanıltmac, yumurta döyüşdürməsi,
şəkərbura bəzədilməsi müsabiqələri
keçirildi. Qalib gələn
tələbələrə müxtəlif hədiyyələr
verildi.
Tədbirdə
institutun Tələbə Gənclər Təşkilatının
fəal üzvlərinin institutda papaq atmasını özündə əks
etdirən videoyazı izlənildi. Tədbirdə
həmçinin Azərbaycan Müəllimlər İnstitutunun ölkəmizin müxtəlif
regionlarında fəaliyyət göstərən
filiallarının aktiv tələbə gənclərinin
bayram təbriklərindən ibarət
videoyazıları da
iştirakçılara nümayiş olundu.
İnstitutda tələbələrin
təhsil aldığı 5 ixtisas üzrə
hazırlanmış xonçalar
arasında müsabiqə keçirildi və müsabiqənin qalibi
təltif olundu. Xonçaların hər biri orijinallığı, milliliyi
və özünəməxsus yaradıcı yanaşma
ilə fərqlənirdi.
Qeyd edək ki,
bəzədilmiş xonçalar tədbirdən
sonra institutun bir qrup müəllim heyəti
və tələbə gənclərin iştirakı ilə Kor və zəif görənlər üçün internat məktəbinə
aparıldı.
Tədbirdə
Uşaq Yaradıcılıq Mərkəzinin
rəqs qrupu tərəfindən müxtəlif
rəqslər ifa olundu,
populyar gənc müğənnilər
mahnılar ifa etdilər. Tədbir
iştirakçılar tərəfindən böyük
maraqla qarşılandı.
Azərbaycan
müəllimi.- 2013.- 15 mart.- S.6.