Dünya siyasətçiləri
Heydər Əliyev haqqında
Heydər Əliyev - 90
Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli
fəaliyyəti xalqlarımızın
ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur.
O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın
möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir.
Vladimir
PUTİN,
Rusiya Federasiyasının Prezidenti
Mərhum Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində
Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış
edən, iqtisadi inkişaf və sosial rifah yolunda
möhkəm addımlarla
irəliləyən, beynəlxalq
birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə
təmin etməkdə
olan ölkədir.
Azərbaycanın bu gün yürütdüyü uğurlu
və tarazlaşdırılmış
xarici siyasətinin memarı olan Heydər Əliyevi itirməyimiz tarixi və mədəni tellərlə bir-birinə
bağlanmış olan
xalqlarımızı dərindən
kədərləndirmişdir.
Abdullah
GÜL,
Türkiyə Respublikasının Prezidenti
Mərhum Heydər Əliyev Azərbaycanın
xoşbəxtliyi və
firavanlığı, bölgədə
və dünyada sülh naminə göstərdiyi fövqəladə
xidmətlərlə türk
və dünya tarixində şərəfli
yer tutmuşdur.
Rəcəb Tayyib ƏRDOĞAN,
Türkiyə Respublikasının Baş naziri
Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət
olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi
dostluq əlaqələrinin
qurulmasında və Azərbaycanın müstəqilliyinin
qorunmasında onun şəxsi səyləri
həyati əhəmiyyət
daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları
və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar
da daxil olmaqla, terrorizmə qarşı mübarizədə
tərəfdaş olmuşlar.
Dağlıq Qarabağ
faciəsinin sülh danışıqları vasitəsilə
ədalətli və uzunmüddətli həllinə
nail olmaq sahəsində
onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm
əhəmiyyət kəsb
etmişdir.
Corc BUŞ,
Amerika Birləşmiş Ştatlarının keçmiş
Prezidenti
Bu qeyri-adi şəxsiyyət Azərbaycanı
çiçəklənmə yoluna gətirib çıxarmışdır.
Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında
müzakirələr apararkən,
münaqişənin sülh
yolu ilə həllində onun cəsarətini, müdrikliyini
və qətiyyətini
yüksək qiymətləndirdim.
Jak ŞİRAK,
Fransa Respublikasının keçmiş Prezidenti
Heydər Əliyev Azərbaycanın böyük
lideri idi.
O, böhranlar dövründə
öz ölkəsinə
sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə
fəxr edə bilər. Onun Prezident kimi fəaliyyəti dövründə
ölkələrimiz arasında
münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı.
Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, Dauninq küçəsi,
10 ünvanında yerləşən
iqamətgahımda bizim
görüşümüz yaxşı yadımdadır.
O, Azərbaycanla Birləşmiş
Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini
qoydu.
Toni
BLEYER,
Böyük Britaniyanın keçmiş Baş naziri
Heydər Əlirza oğlu Azərbaycan Respublikası
üçün, MDB-nin
inkişafı üçün,
Qazaxıstan və Azərbaycan xalqlarının
çoxəsrlik dostluğunun
möhkəmlənməsi üçün
çox işlər görmüşdür.
Nursultan NAZARBAYEV,
Qazaxıstan Respublikasının Prezidenti
Azərbaycan müəllimi.- 2013.- 10 may.- S.1.