Professor Səməd Seyidovun kitabı dünyanın 100 bestselleri siyahısında

   

Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun "Yaradıcılığın fenomenologiyası: tarix, paradokslar, şəxsiyyət" (Phenomenology of Creativity: "History", "Paradoxes", "Personality")  kitabı dünyanın məşhur "amazon.com" saytında ən çox maraq göstərilən 100 ən yaxşı əsər siyahısına düşmüşdür. 100 bestseller arasında ön yerlərdən birini tutan kitab dünya üzrə 100 ən yaxşı əsərin içərisində yer almışdır.

Xatırladaq ki, "Yaradıcılığın fenomenologiyası: tarix, paradokslar, şəxsiyyət" adlı kitab  ABŞ-da və Böyük Britaniyada ingilis dilində nəşr olunmuşdur və məşhur amazon.com saytında yayımlanmışdır. Məşhur və nüfuzlu amazon.com saytında professor Səməd Seyidovun müəllifi olduğu kitabın yayımlanması bir azərbaycanlı alimin uğurudur. Kitab ilk dəfə 2009-cu ildə rus dilində nəşr olunmuşdur. Kitabın rəyçiləri Rusiya Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor A.B.Dmitriyev və psixologiya elmləri doktoru, professor Q.İ.Yefremovadır.

Xatırladaq ki, 2011-ci ildə kitab Azərbaycan dilində də nəşr olunmuşdur.

 

 

Azərbaycan müəllimi.- 2013.- 17 may.- S.11.